Karantin oğruları “işsiz” qoyub – “Evində qalırsansa, mal-mülkün də salamat olur...”
Dünyanı ağuşuna alan, hər kəsi evinə çəkilməyə, sosial izolyasiyaya məcbur edən koronavirus infeksiyası oğruları işsiz qoyub. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da infeksiyaya yoluxmamaq üçün “Evdə qal” kampaniyası aparılır. Xüsusi karantin rejimi tətbiq olunur.
Bu kampaniya insanlara ev mühitində, çölə çıxmadan vaxtı səmərəli keçirməsinə və təmaslardan qaçmaq yolu ilə ölümcül infeksiyaya yoluxmamağa hədəflənib. Odur ki, əksəriyyət özlərinin və doğmalarının sağlamlıqları, təhlükəsizliyi naminə evdən çıxmır. Bu isə öz növbəsində cinayət xronikalarında da əksini tapır. Belə ki, Daxili İşlər Nazirliyinin saytında hər gün respublika ərazisində baş verən cinayətlərin statistikası açıqlanır. “Hər şey müqayisədə daha aydın görünür” devizi ilə “silahlanıb” 2020-ci ilin 2 aprel tarixi ilə düz 1 il əvvəlin – 2019-cu il 2 aprel tarixindəki cinayət xronikasına nəzər saldıq. Bu il 2 aprel tarixinin cinayət statistikası belədir:
Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 18 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 5 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.
Aprelin 2-də saat 9 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Y.Əsgərov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Beydulla Qəniyevi vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Faktla bağlı Nərimanov RPİ tərəfindən araşdırma aparılır.
Aprelin 2-də daha bir yol qəzası Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Kənd sakini N.Kərimov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmkəndlisi Kəmalə Hüseynovanı vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.
Bakı ŞBPİ və Nizami RPİ 24-cü PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 2-də Bakı şəhər sakini R.Bayramovanın cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş R.İsmayılov saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun paytaxt sakini R.Rzayevin mobil telefonunu oğurlaması da müəyyən edilib.
Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-də rayon ərazisindəki evlərin birindən 250 manat pul, 8400 manat dəyərində qızıl-zinət əşyaları, televizor və mobil telefon oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş S.Mirzəyev saxlanılıb.
Nəsimi RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 21 qrama yaxın, yaşadığı evdən isə 5 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.
Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər - Bakı şəhər sakinləri E.Rəsulov, R.Orucəliyev və C.Həsənov saxlanılmışlar. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onların kirayədə yaşadıqları evdən 15 qrama yaxın heroin, 960 qrama yaxın tiryək, 33 qramdan artıq marixuana və metamfetamin aşkar edilərək götürülüb.
Əgər bu ilin 2 aprelində ümumilikdə respublika ərazisində axtarışda olduğuna görə ümumilikdə 5 nəfər tutulubsa, 1 il əvvəl 2 aprel tarixində cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb. 4 nəfər oğurluğa görə həbs olunub.
2 aprel 2019-cu ildə 2 həyətyanı sahədən su sayğacı oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini M.Məmmədov saxlanılıb. Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən şəhər ərazisində 2 həyətyanı sahədən su sayğacı oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini M.Məmmədov tutulub.
Həmin gün oğurluqda şübhəli bilinən Şəmkir rayonunun Yeni Həyat kənd sakini İ.Qarayev saxlanılıb. Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki 1 evdən su mühərriki, elektrik mişarı və təmir-tikinti aləti oğurlamaqda sübhəli bilinən Yeni Həyat kənd sakini İ.Qarayev tutulub. 255 metr uzunluğunda qaz borusunu oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Yevlax şəhər sakinləri T.Bərxudarov və K.Şükürov saxlanılıblar. Yevlax rayonunun Aran qəsəbəsi ərazisində 255 metr uzunluğunda qaz borusunun kəsilərək oğurlanmasına cəhd göstərilib. Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəhər sakinləri T.Bərxudarov və K.Şükürov tutulublar.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, “Evdə qal” kampaniyası ilk növbədə vətəndaşların həyat və sağlamlıqları üçün olduqca vacib bir kampaniyadır. “Hər bir vətəndaş evdə qalmaqla özünə, ailəsinə, yaxınlarına bu qorxulu infeksiyadan kənar qalmağa yardım etmiş olur. Dövlət qurumlarının işi də xeyli yüngülləşir, hüquq-mühafizə orqanlarının vəziyyətə nəzarət imkanları artır. Vətəndaş evdə qalmaqla həm də hökumətin verdiyi qərarlara riayət etmiş olur, dövlətə kömək əlini uzadır. Bu bir reallıqdır ki, pandemiya dünyanı başına alıb, böyük dövlətlər belə bu bəlanın qarşısında aciz görünürlər. Belə bir şəraitdə Azərbaycanda vətəndaşların aktiv şəkildə “Evdə qal” kampaniyasına qoşulması sevindiricidir. Elə statistik məlumatlardan görünür ki, bu kampaniya dövründə oğurluqlar, müxtəlif cinayətlər minimuma enib. Prosesin bu şəkildə davam etməsi ümumi işin xeyrinədir. Vətəndaş evində qalırsa, özü də, mal-mülkü də salamat olur. Ona görə də hər kəs evdə qalmaqla bu kampaniyaya aktiv dəstək verməlidir”.
Sabiq polis rəisi, Elmi-Praktik Hüquq Mərkəzinin rəhbəri Mahmud Hacıyevdə ötənlərdə “Yeni Müsavat”a demişdi ki, “Evdə qal” kampaniyası ilk növbədə vətəndaşların həyat və sağlamlıqları üçün olduqca vacib bir kampaniyadır. Onun dediklərindən sitat: “Statistik məlumatlardan görünür ki, bu kampaniya dövründə ev oğurluqları minimuma düşüb. Ev oğruları bir evi hədəf seçibsə, ora girənlər artıq risk etdiklərini bilirlər. Ona görə də oğrular evə girməzdən əvvəl müəyyən edirlər ki, evə risk edib girməyə dəyərmi? Ev sahibi, onun gəlirləri haqda informasiya toplayırlar. Evə risk edib girəcəksə, oradan cüzi məbləğ aparacaqsa, belə bir riskə çox vaxt getmirlər. Yetim-yesirin evinə girməkdən çox vaxt çəkinirlər. Buna görə də oğrular çalışırlar ki, evə orada heç kim olmadığı bir vaxtda girsinlər. Bu baxımdan ev oğruluqlarının minimuma düşməsi başa düşüləndir. “Evdə qal” kampaniyası zamanı qəzaların, istehsalat qəzalarının sayında da azalma müşahidə edilir. İnsanlar “Evdə qal” kampaniyasına uyğun olaraq evlərini tərk etməməyə üstünlük verirlər. Bu da öz növbəsində onların dünyanı bürüyən koronavirus infeksiyasına yoluxmaqdan sığortalayır, digər tərəfdən də qəzalardan kənar qalmalarına yol açır”.
Mahmud Hacıyev vətəndaşları “Evdə qal” kampaniyasına aktiv şəkildə dəstəkləməyə, riayət etməyə çağırmışdı.
Musavat.com
Paylaş:
Müəllif : Yazar
Tarix:3-04-2020, 18:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-04-2020, 18:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti