3 yaşlı Zəhranı oğurlamaqda ittiham edilən qadın ekspertizaya göndərildi - əqli problemi var
Ötən il azyaşlı Zəhranı oğurlamaqda suçlanan qadın növbəti dəfə hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 30 yaşlı Tərgül Nəzərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
T.Nəzərova Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham edilir.
O, üç yaşlı Zəhra Bağırovanı oğurlamaqda təqsirləndirilərək həbs edilib.
İşə hakim Novruz Kərimovun sədrliyi ilə baxılıb. Məhkəmənin hazırlıq iclasının davamında azyaşlı Zəhra da atası ilə birlikdə iştirak edib. Tərgül Nəzərova Zəhranın tanımadığını deyib, gülümsəyərək hakimə baxıb.
Məhkəmə müşavirədən sonra hazırlıq iclasının qərarını elan edib. Qərara əsasən Tərgül Nəzərova barəsində kompleks məhkəmə psixiatrik-psixoloji stasionar ekspertizası təyin olunması ilə bağlı qərar çıxarılıb.
Məlum olub ki, Tərgül Nəzərova barəsində istintaq dövründə də 3 dəfə ekspertiza keçirilib. İlk ekspertizada onun anlaqlı olduğu, ikinci ekspertizada anlaqsız olduğu, üçüncü ekspertizada isə anlaqlı olduğu göstərilir.
Hakim elan edib ki, Tərgül Nəzərova məhkəmədəki davranışlarında anlaqlı olması ilə bağlı şübhələr yaranıb. Buna görə də onun barəsində yenidən ekspertiza təyin edilməlidir.
Qərar qəbul edilib və məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Xatırladaq ki, ötən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilən zaman məlum olmuşdu ki, Masallı rayon sakini olan Tərgül doğum tarixini bilmir. Hakim ona martın 8-də anadan olduğunu xatırladıb.
Tərgül ailəli olduğunu, övladının olmadığını bildirib.
Davranışlarından əqli probleminin olduğu hiss edilən Tərgül məhkəmədən nə vaxt azadlığa buraxılacağını soruşub və ağlamağa başlayıb. Hakim ondan ağlamasının səbəbini soruşub. Tərgül anasının ölüm xəbərini aldığını söyləyib.
Məlum olub ki, onun bacısından başqa heç kimi yoxdur. Tərgül bacısına xəbər vermək istədiyini deyib.
Hakim Tərgüldən ittiham aktının sürətini, məhkəmə bildirişini alıb-almadığını soruşub. Tərgül "yox" cavabını verdikdə hakim ondan soruşub ki, ittiham aktının nə olduğunu bilirmi?
Məlum olub ki, Tərgül ittiham aktının nə olduğunu belə bilmir.
Tərgüldən həyat yoldaşının kim olması soruşulub. Həyat yoldaşının adının Ceyhun olduğunu deyən Tərgül daha sonra bu sözünü təkzib edib və dəqiq xatırlamadığını deyib.
Dövlət hesabına Tərgülə vəkil də təyin edilib. Tərgüldən vəkilinin kim olduğu soruşulanda isə "Tərlandır" deyə cavab verib.
O da məlum olub ki, Tərlan Tərgül barəsində cinayət işini aparan müstəntiq imiş. Hakim Tərgülü vəkili ilə tanış edib.
Vəkil Tərgüldən soruşub ki, onu həkim yanınan aparıblarmı? Tərgül cavab verib ki, həkim yanına aparanda ağlayıb və qorxub.
O da məlum olub ki, Tərgülün kamera görüntülərində 3 yaşlı Zəhranın əlindən tutduğu əks olunur.
Tərgüldən balaca qız uşağını haradan tanıdığını soruşublar. Fikrini tam izah edə bilməyən Tərgül deyib ki, uşağı ona bacısı verib.
Məhkəmə bəzi qaranlıq məqamları aydınlaşdırmaq üçün Tərgülə suallar versə də onun cavablarından heç nə aydınlaşdırmaq mümkün olmayıb.
Tərgül istinyaqdakı ifadəsinin altına imza da atıbmış. Hakim ondan imzanı necə atdığını soruşub və həmin imzanı Tərcümə göstərib. Tərgül imzanı müstəntiq Tərlanın atdığını deyib.
Məhkəmə iclasında Zəhranın atası da iştirak edib. O, məhkəmədən söz istəyərək deyib ki, Tərgülün bacısı və adı çəkilən Ceyhun bu işlə bağlı hər şeyi bilir. Onun sözlərinə görə qızı Zəhranın məhəllədən qara maşınla aparıblar. O zaman orada iki qadın və bir də kişi olub.
Prokuror işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası martın 10-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Sabubçu rayonunda baş verib.
Üç yaşlı Zəhra Bağırzadə itkin düşüb. Hadisə günü valideynləri Zəhranı evin böyük övladının yanında qoyaraq işə gediblər.
Azyaşlı nəzarətsiz qalaraq evdən çıxıb və itkin düşüb. Onun valideynləri bu barədə polisə məlumat veriblər. İki gün sonra azyaşlı paytaxtın Nizami rayonu ərazisində tapılıb. Uşaq tapılan zaman onu oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, 1980-ci il təvəllüdlü Nəzərova Tərgül Şükür qızı da saxlanılıb.
Musavat.com
Paylaş:
Müəllif : Yazar
Tarix:16-03-2020, 11:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-03-2020, 11:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26