İki qardaşı öldürən şəxslə bağlı qərar verildi - ÖMÜRLÜK HƏBS
Bakı Apellyasiya Məhkəməsində iki qardaşı qətlə yetirməkdə təqsirləndirilən Zaur Tərlanovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə başa çatıb.
regionxeberlericom.az-un ONA-a istinadən xəbərinə görə, Həsən Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, Z. Tərlanov barədə ömürlük azadlıqdan məhrumetmə hökmü qüvvədə saxlanılıb.
Qeyd edək ki, 2015-ci il yanvarın 8-də saat 17.00 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Z.Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus "Vinçester" markalı odlu silahla "Lexus" markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri Cavid və Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq öldürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Tərlanov ömürlük azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb. Daha sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə qərarı tamamilə ləğv edib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib. Bakı Apellyasiya Məhkəməsi isə Z.Tərlanovun cəzasını 20 ilə endirib. Zərərçəkmişin hüquqi varisi həmin qərardan kassasiya şikayəti verib. İş yenidən Ali Məhkəmə tərəfindən Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-03-2019, 16:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-03-2019, 16:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11