"Narkoz verilən xəstəni palatada əməliyyat etmək olarmı?" - Oğlunu itirən atanın FƏRYADI
Bir arı sancmasından 24-yaşlı oğlunu itirən Filman Həsənov iki ildən çoxdur prokurorluq və məhkəmə yollarındadır. Oğlunun ölümünə həkim səhlənkarlığının səbəb olduğunu iddia edən ata həm günahkarların cəzalandırılmasını, həm də onu maraqlandıran suallara cavab almaq istəyir. Ancaq hələ heç birinə nail ola bilməyib.
regionxeberlericom.az DİA.AZ-a istinadən xəbər verir ki, mərhum Cavid İmanlını sağ çiynindən arı sancıb, həmin nahiyə şişib, ağrı verib. O, Sabunçudakı 3 saylı Kliniki Tibbi Mərkəzə gedib. Atasının dediyinə görə, Cavidi cərrahiyyə şöbəsinə yerləşdiriblər: «Həkim Tağı Əliyev şiş olan yerə iynə batırıb, çirkin olub-olmadığını yoxlayıb. Deyib ki, çirk yoxdur, bir gün sonra buraxacaqlar. Ertəsi gün anası onu çıxarmaq üçün xəstəxanaya gedəndə buraxmayıblar, deyiblər, təcili əməliyyat olunmalıdır. Anası etiraz edib. Həkim deyib ki, əməliyyat edilməsə, qanqren olacaq. Anası əməliyyat otağının qabağında Cavidin gətirilməsini gözləyib. Ancaq onu əməliyyat otağında yox, kifayət qədər xəstələr olan palatada gizli əməliyyat eləyiblər. Mənim oğlum həkim səhvinin qurbanı oldu...».
F.Həsənovun sözlərinə görə, sonradan biliblər ki, elə həmin gün oğlu vəfat edib. Ekspertiza rəy verib ki, Cavidin ölümünə çiynindəki irinli iltihab (absesləşmiş fleqmonası) və orqanizmin ümumi intoksikasiyası səbəb olub. Ekspertiza həmçinin, o nəticəyə gəlib ki, gəncin ölümündə həkim səhlənkarlığı yoxdur.
Ancaq oğlunu həkim səhvi üzündən (artıq dozada narkoz verilməsindən) itirdiyini iddia edən F.Həsənov prokurorluğa, ölkə rəhbərliyinə şikayətlər göndərməklə yanaşı, özü də müstəqil şəkildə araşdırma aparmaq qərarına gəlib. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna 7 suallıq sorğu göndərib. Suallar da belə olub: arı sancmasından 3 gün keçəndən sonra 24-25 yaşında cavan adam aneflatik şok keçirə bilərmi; narkoz verilən xəstəni palatada əməliyyat etmək olarmı; arı sancmış adamda fleqmona (hüceyrə boşluqlarının məhdudlaşmayan yayılmış kəskin irinli iltihabı-red.) ola bilərmi və s.
F.Həsənov deyir ki, Həkimləri Təkmilləşdirmə İnstitutu onun suallarına cavab verməkdən imtina edib. Daha doğrusu, cavab məktubunda yazılıb ki, «burada qaldırılan bütün sualları Səhiyyə Nazirliyinin ekspert komissiyası cavablandırıb». Ona görə də F.Həsənov institutu məhkəməyə verib. Yasamal rayon Məhkəməsi onun iddiasını rədd edib. Bu qərardan apellyasiya şikayəti versə də, nəticə dəyişməyib.
Ancaq Ali Məhkəmə fərqli qərar verib. Yazıb ki, Həkimləri Təkmilləşdirmə İnstitutu şikayətçinin məktubuna əsaslandırılmış cavab verməliydi: «Əgər suallar onun səlahiyyətinə aid deyilsə belə, aidiyyəti üzrə müraciət etməli olduğu subyekt göstərilməli idi. Lakin bütün sualların Səhiyyə Nazirliyinin ekspert komissiyası tərəfindən cavablandırıldığını əsas gətirib sualları cavablandırmayıb. İş materiallarından görünür ki, ekspert komissiyasının rəyində də Filman Həsənovun suallarına cavab yoxdur. Orada yalnız ölüm faktı ilə aparılmış müalicə arasında səbəbli əlaqənin olub-olmaması müəyyənləşdirilib».
İnstitutun nümayəndəsi və vəkili Rauf Abdullayev isə məhkəmədə deyib ki, məktubdakı suallardan bəziləri ümumi xarakter daşıyır, birmənalı cavabı yoxdur. Qalanları da konkret sahədə xüsusi elmi tədqiqatların aparılmasını tələb edir: «Bu tip sualların cavablandırılması üçün məhkəmə-tibbi ekspertizası var. Məsələ ilə əlaqədar araşdırmalar artıq aparılıb, Səhiyyə Nazirliyi məlumatları Filman Həsənova təqdim edib. Onun qoyduğu suallara Səhiyyə Nazirliyinin Ekspert Komissiyası və ya Məhkəmə Tibbi Ekspertizasının cavab vermək səlahiyyəti var. Bunu institutdan tələb edə bilməz».
Ali Məhkəmə aşağı instansiyaların qərarını ləğv edib, ötən il dekabrın 26-da bu işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Ancaq hələ ki, apellyasiya məhkəməsində baxılmayıb.
Bununla paralel ata oğlunun ölümünə görə həkimlərin məsuliyyətə cəlb edilməsi üçün də aylardır prokurorluq və məhkəmə arasındadır. Sabunçu rayon Prokurorluğu cinayət işi başlanmasını rədd edib. F.Həsənovun şikayətindən sonra məhkəmə də prokurorluğun qərarını ləğv edib, işin təkrar araşdırılmasına qərar verilib. Amma Sabunçu rayon Məhkəməsi yenə eyniməzmunlu qərar çıxarıb.
Ata yenə şikayət edib. Bu dəfə Bakı şəhər prokurorunun müavini Sabunçu rayon Prokurorluğunun qərarını ləğv edib. Bu iş Sabunçudan alınıb, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinə verilib. Bu idarədə də cinayət işinin başlanması yenidən rədd edilib. F.Həsənov yenə məhkəməyə üz tutub. Dekabrda Səbail rayon Məhkəməsi Bakı şəhər Prokurorluğunun rədd qərarını ləğv edib. Bundan sonrasından isə hələ ki, xəbər yoxdur.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-02-2020, 10:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-02-2020, 10:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11