Dağlanan uşaqla bağlı hər iki tərəf bir-birini təqsirləndirir
İki gün əvvəl Tərtər rayonunda Dünyamalıyeva Könül Bəhlul qızının azyaşlı oğlunu şişlə yandırması xəbəri ölkədə rezonansa səbəb oldu. Hadisənin təfərrüatları barədə yayılan ilkin məlumata görə, o, şişi qaz sobasında qızdıraraq azyaşlının bud, çanaq, qol və əlinə basıb. Hadisə ilə bağlı uşağın atası R.Dünyamalıyev hüquq-mühafizə orqanlarına müraciət edib.
Sputnik Azərbaycan-ın müxbiri bu məlumatla əlaqədar olaraq hadisə yerində olub, son vəziyyəti öyrənmək üçün valideynlərlə görüşüb.
Könül Dünyamalıyevanın anası Kamilə Quliyevanın sözlərinə görə, qızı 10 il öncə Bərdənin Soğanverdilər kəndində məskunlaşmış Laçın rayonunun Ərəbşələr kənd sakini Rafiq Dünyamalıyevlə ailə qurub: "Qızım gəlin köçəndən həmişə ailəsində dava-dalaş olub. Bu səbəbdən də Könül tez-tez ata evinə gəlirdi. Mən isə qızıma öyüd-nəsihət verərək onu geri qaytarırdım. "Döz, otur, ailəni dağıtma" deyirdim. Lakin onlar bu evliliyi davam etdirə bilmədilər, boşandılar. 2019-cu ilin iyul ayından qızım bizim evə geri döndü".
Bundan sonra tərəflərin bu nikahdan dünyaya gələn qızları Bahar ana, Telman isə atası ilə birgə yaşayıb.
Könül Dünyamalıyeva oğlu Telmanı balacalığından özü saxladığını deyir. O, bu gün Rafiq Dünyamalıyevin uşağa yiyə çıxmasınının səbəbini isə belə izah edir: "O, uşağı işlətmək, qoyunları otartmaq üçün əlimdən alıb. Uşaq təhlükəli xəstəlikdən əziyyət çəkir. Onu qoyun otartmağa göndərmək olmaz. Uşağa xüsusi qulluq lazımdır".
Münaqişənin səbəbindən danışan Könül Dünyamalıyeva bildirib ki, gəlini olduğu ailədə onu daimi incidiblər. Qaynana, baldız, hətta qaynı belə onu sıxışdırıb. Onun iddiasına görə, hətta bir dəfə qaynı onun övladını başına qaldıraraq yerə çırpıb.
Haqqında yayılmış xəbərlərə münasibət bildirən Könül Dünyamaliyeva belə deyir: "Uşağım Telmanı dağlamağım haqqında yayılan xəbər yalandır. Mən elə bir iş tutmamışam. Bu mənə qarşı Rafiqin böhtanıdır. Əvvəl ondan ayrılmaq üçün məhkəməyə boşanma ərizəsi vermişdim. O vaxt boşanmadan imtina etdi. İndi isə özü müraciət edib. İstəyir ki, aliment verməsin. O bu yolla məni gözdən salmağa çalışır".
Könül Dünyamalıyevanın anası da qızı ilə eyni fikirdədir: "İki il öncə boşanma üçün məhkəməyə müraciət edəndə Rafiq hakimə dedi ki, aliment verməyəcəyəm. Mənim buna imkanım yoxdur. Aliment verməkdən ötrü gedib, kiminsə mal-qarasını oğurlamalı deyiləm ki? O vaxt aliment verməməsi üçün qızımla barışıq elan etdi. Ancaq bunların bir yerdə yaşaması uzun çəkmədi. Bir ildən sonra qızım yenidən yanıma qayıtmalı oldu. İndi özü boşanma üçün məhkəməyə müraciət edib. Fikri də qızım haqqında böhtan deyib, uşaqları əlindən almaqdı. Bununla da aliment verməkdən yayınmaq istəyir", - deyə Könülün anası bildirib.
"Nəvəmə gəldikdə isə, o çox nadinc uşaqdır. Bir neçə dəfə ağaca çıxıb və oradan yerə düşüb. Hətta bir dəfə yanan ocağa neft atıb, alov sifətini qarsmışdır", - deyə o əlavə edir.
Bu arada söhbətə qonşular da müdaxilə edir. Kamilə Quliyevanın qonşusu Aynur xanım deyir ki, anası oğluna, qaşığı qızdırıb, "səni yandıracam" deməklə həmişə qorxudub, ancaq, ona heç bir xəsarət yetirməyib".
Könül Dünyamalıyevanın yanında qalan qızı Bahar anasının onları incitmədiyini söyləyir. Anasının ən çox qardaşını yox, onu istədiyini deyir.
Tərəfsizlik prinsipinə sadiq qalaraq qarşı tərəfin də söylənilənlərə münasibətini öyrənmək üçün Rafiq Dünyamalıyevin Bərdə rayonunun Soğanverdilər kəndindəki evində olduq. Öncə dağlandığı deyilən Telman Dünyamalızadə aldığı xəsarət yerini göstərir. Yanında iki ləkə görünür. Uşaq ötən ilin aprelində anası tərəfindən cəzalandırıldığını, qızdırılmış şişlə ona dağ basıldığını bildirir. Hətta o, mütəmadi olaraq anasının onu incitdiyini də deyir: "2019-cu ilin aprelində nənəmgildə idim. Anam məni nadinclik elədiyimə görə qızdırılmış şişlə yanımdan dağladı. Mən də zəng edib atama dedim. Ondan sonra mən atamla qalası oldum. Məni sağaltmaq üçün qonşudan "Vişnevski" maz alıb, yarama sürtüb, sağaltdılar. Hətta bezdiyimdən bir dəfə özümü asmaq da istədim".
Azyaşlı atası ilə birgə qoyun otarmasından da söz salır, deyir ki, atasına kömək etmək istəyir.
Rafiq Dünyamalıyev isə ailə qurduqdan etibarən ailədə söz-söhbətlərin olduğunu danmır: "Könül deyirdi ki, anan, bacın bizimlə yaşamasın. Bəs mən nə etməliyəm? Qoca anamı, ailə həyatı qurmayan, bizim himayəmizə sığınmış bacımı evdən qovmalıyammı? Biz həmişə çalışmışıq ki, ailəmiz dağılmasın. Ancaq bu alınmadı".
O, övladının anası tərəfindən döyülməsinə bunadək olan susqunluğunun səbəbini belə izah edib: "Anam qoymadı, ört-basdır elədi. Dedi ki, lazım deyil. İstəmirdik ki, evimizdəki söz-söhbət böyüsün. Ancaq bu da alınmadı, bu barədə polisə məlumat verdim".
Həmsöhbətimizin nənəsi Minə xanım da söhbətə qoşulur. O, ananın övladına qarşı qəddarlığından danışır. Onun sözlərinə görə, gəlin hətta uşağın xəstəliyini qeyd etməklə, uşağın eşitdiyi tərzdə "bu xəstəliklə qalası deyil, öləcək" deyir.
Göründüyü kimi, hər iki tərəf problemin qarşı tərəfdən qaynaqlandığını deyir. Sözün düzünü uşaq deyər, desələr də, cütlüyün hər iki övladı fərqli münasibət sərgiləyib. Yəni ananın himayəsində olan Bahar anasını, atanın himayəsində olan Telman isə atasını haqlı bilir. Bir sözlə, artıq uşaqlar ailə münaqişəsinin qurbanına çevriliblər.
Qeyd edək ki, artıq Tərtər rayon prokurorluğu tərəfindən istintaq başlanıb. Son qərar, nəticə hələ ki, açıqlanmayıb. Sadəcə 9 aydan sonra bu məsələnin niyə aşkara çıxması da qaranlıq qalır.
Onu da qeyd edək ki, hadisə yerində olduğumuz vaxtda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Tərtər rayon İcra Hakimiyyətinin əməkdaşı və Qaraqoyunlu kənd ərazi nümayəndəsi də məsələnin mahiyyətini bilmək üçün mənzil başında idilər.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-02-2020, 10:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-02-2020, 10:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26