Elinanın intiharı ilə bağlı cinayət işi: - direktor müavininin də həbsi tələb edilir
Məktəbli Elinanın ölümünə görə məktəb direktorunun müavini və icra başçısının müavininin də məsuliyyətə cəlb edilməsi istənilir.
Musavat.com xəbər verir ki, Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın ölümü ilə bağlı yenidən məhkəməyə müraciət edilib.
Mərhumun anası və nümayəndələri məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Məhərrəmova və 1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) həkimləri barəsində cinayət işinin başlanması ilə bağlı Bakı şəhər Prokurorluğuna müraciət ediblər. İstintaq zamanı Bakı şəhər Prokurorluğunda həmin şəxslərlə bağlı cinayət işi açılmayıb.
Nümayəndələr Bakı şəhər Prokurorluğu tərəfindən verilən qərardan məhkəməyə şikayət ediblər. Həmin şikayət üzrə iş Səbail rayon Məhkəməsində hakim Anar Tanrıverdiyevin icraatına verilib.
Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin hökmü ilə Elinanın təhsil aldığı məktəbin direktoru olmuş Sevinc Abbasova barəsində 2 il 2 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması ilə bağlı hökm çıxarılıb. S.Abbasova bu müddət ərzində elektron qolbaq ilə gəzməli olacaq. Hökmün mülki iddia hissəsində S.Abbasovadan 18 min manat tutularaq, Elinanın anasına ödənilməsi də göstərilib.
Rəsmi ittihamda qeyd olunur ki, Elina Hacıyeva mütəmadi olaraq dərslərə gecikib, geyimi məktəbli formasına uyğun olmayıb. O da qeyd edilir ki, Elina sonuncu hadisədən öncə bir dəfə məktəbdə ülgüclə boğazını kəsib, şagirdlər daim Elinanı sıxışdırıb, lakin direktor Sevinc Abbasova bununla bağlı hər hansı addım atmayıb. Direktor sadəcə, E.Hacıyevanın anasına şifahi məlumat verməklə kifayətlənib.
İttihama görə, E.Hacıyeva özünü pəncərədən atandan sonra S.Abbasova təcili tibbi yardımı vaxtında çağırmayıb. Bununla da E.Hacıyevanın həyatını təhlükədə qoyub. Elan olunmuş ittihamla Sevinc Abbasova özünü təqsirli bilməyib.
Məktəbdə intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib. S.Abbasovaya qarşı Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-02-2020, 17:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-02-2020, 17:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11