Qaradağda mina hadisəsi baş verib, 1 nəfər xəsarət alıb
Bu il yanvar ayı ərzində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağdam, Ağcabədi, Ağstafa, Bərdə, Cəbrayıl, Füzuli, Göygöl, Qaradağ, Qazax, Sabirabad, Tovuz, Tərtər, Xızı rayonları və Bakı, Gəncə, Sumqayıt şəhərləri ərazisində 1 230 079 m² (123 ha) ərazi yoxlanılıb, 463 ədəd partlamamış hərbi sursat (PHS), 5 ədəd piyada əleyhinə, 2 ədəd tank əleyhinə mina (cəmi 470 ədəd) və 3 937 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.
ANAMA-dan "Report"a verilən məlumata görə, əməliyyatlarda 458 nəfər əməliyyat heyəti, 125 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.
Yanvar ayı ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 4, Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 15, Dövlət Sərhəd Xidmətindən (DSX) 5 və rayon polis şöbələrindən 1 müraciət daxil olmub.
Müraciətlər əsasında DİN-in, FHN-in, Səhiyyə Nazirliyinin və DSX-nin əməkdaşları ilə birlikdə 21 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə Ağcabədi, Ağstafa, Füzuli, Göygöl, Xızı, Qazax, Qaradağ, Sabirabad, Tovuz rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 22 236 m² ərazi yoxlanılmış, 50 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina (cəmi: 54 ədəd) və 3 937 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.
Ümumiyyətlə, Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 542 459 167 m² (54 246 ha) ərazi təmizlənib, 806 326 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.
2020-ci ilin yanvar ayı ərzində Qaradağ rayonu ərazisində mina hadisəsi qeydə alınıb, nəticədə 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-02-2020, 15:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-02-2020, 15:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11