10 kq-dan çox narkotik ələ keçirildi - Gömrükçülərdən uğurlu əməliyyat - VİDEO
Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitələrin "Aynur" adlı şəxs tərəfindən realizə olunacağı barədə məlumat daxil olub.
DGK-dan BakuPost-a verilən məlumata görə, dərhal yaradılan əməliyyat qrupu Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə Abşeron rayonu, Xırdalan şəhəri, "AAF-Park" yaşayış kompleksində yerləşən istirahət parkında əməliyyat keçirib və Azərbaycan Respublikası vətəndaşı Məmmədova Aynurə Əlibala qızı şərti alıcı qismində çıxış edən əməliyyat müvəkkilinə narkotik vasitələri satarkən saxlanılıb.
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasına gətirilən Məmmədova Aynurə Əlibala qızına məxsus sellofan torbaya və qara rəngli çantaya baxış keçirilib. Yoxlama zamanı sellofan torbadan 4 kq 55 qram narkotik vasitə - tiryək, qara rəngli çantadan isə 4 kq 958 qram narkotik vasitə - həşiş aşkar edilib.
Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları isə 1 kq-dan artık heroini aşkar edərək qanunsuz dövriyyədən çıxarıb. Belə ki, Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Pakistan İslam Respublikası vətəndaşı Ahmad Kaleem Khan Ahmada məxsus çamadana piyada keçid xəttində olan "Heiman X-Ray" markalı rentgen yük yoxlama qurğusu vasitəsilə baxış keçirilərkən monitorda şübhəli cizgilər müşahidə olunub.
Ahmad Kaleem Khan Ahmad şifahi sorğu-sual zamanı ona məxsus çamadanda gömrük nəzarətindən gizlədilən hər hansı predmetin, o cümlədən narkotik vasitələrin olmadığını bildirib. Lakin çamadanın yoxlanılması zamanı gömrükçülərin şübhələri və daxil olan əməliyyat məlumatı təsdiqini tapıb. Çamadanın alt divarı ilə astarının arasından, gömrük nəzarətindən gizlədilmiş - çemodanın alt divarına yapışqanlı lentlə bərkidilərək divar boyunca yerləşdirilmiş bir ədəd sellofan bağlamada, qablaşdırılması ilə birgə çəkisi 1 kq 118 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib.
Şimal Ərazi Baş Gömrük İdarəsinin "Yalama" gömrük postunun əməkdaşları isə Rusiya Federasiyası istiqamətindən idxal gömrük nəzarəti zonasına daxil olan qatardan külli miqdara güclü təsir edən maddələr aşkar ediblər.
392 nömrəli "Rostov-Bakı" qatarına baxış keçirilən zaman 2-ci vaqonun 2, 3, 4 və 5-ci kupelərinin tavan hissəsindəki boşluqlarda gömrük nəzarətindən gizlədilmiş, ümumilikdə 650 ədəd flakonda "Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı"-na daxil olan dərman preparatları aşkar olunub. Araşdırma zamanı həmin maddələri 2-ci vaqonun bələdçiləri Sobolevskaya Karina Vajevna və Pravdyuk Mariya Serqeyevnanın gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə keçirməyə cəhd göstərdikləri məlum olub.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-01-2020, 17:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-01-2020, 17:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti