Xəzərdə balıqçı gəmisi batdı
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərini davam etdirir.
DSX-dan verilən məlumata görə, yanvarın 25-də saat 21 radələrində Xəzər dənizinin cənub istiqamətində Salyan reydində sahildən 3,5 mil (6 km) məsafədə olan “İdris” balıqçı gəmisindən gəmidə dəliyin əmələ gəlməsi, gəminin batma təhlükəsi ilə üzləşməsi və heyət üzvlərinin xilas edilməsinə ehtiyacın olması ilə bağlı xidmətin Sahil Mühafizəsinin yaxınlıqdakı sahil nəzarəti bölməsinə məlumat daxil olub.
Sahil nəzarəti bölməsi dərhal operativ tədbirlər həyata keçirərək xilasetmə üçün həmin istiqamətə kiçik həcmli üzmə vasitəsi göndərib. Gəmidə dəliyin böyük olması səbəbindən daxil olan suyun qarşısını almaq mümkün olmayıb və 4 balıqçı 22:15 radələrində xilas edilib. Saat 23 radələrində gəminin batması müşahidə olunub.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluqçuları xilas edilənlərin Neftçala rayon sakinləri - gəmi kapitanı 62 yaşlı Talıbov Ələsgər Məmmədəli oğlu, mexanik 57 yaşlı Mikayılov Əlimədət Ağasadiq oğlu, matros 58 yaşlı Əhmədov Ələddin Tapdıq oğlu, matros 48 yaşlı Novruzov Əsgər Məhərrəm oğlu olmaları müəyyən edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-01-2020, 15:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-01-2020, 15:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti