Türkiyədə zəlzələ zonasında təhsil alan tələbələrimiz Naxçıvandan Bakıya gətiriləcəklər - Rəsmi - YENİLƏNİB
Türkiyədə zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələr avtobuslarla Naxçıvana aparılacaq.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin “Twitter” səhifəsində bildirilib.
Qeyd olunub ki, tələbələr daha sonra təyyarə vasitəsilə Naxçıvandan Bakıya gətiriləcəklər.
15:50
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyəsinə başlanılıb”.
Bunu APA -nın yerli bürosuna Azərbaycanın Türkiyədəki səfirliyinin ikinci katibi Mürşüd Məmmədov deyib.
Onun sözlərinə görə, Elazığ və Malatyada təhsil alan Azərbaycan vətəndaşları olan tələbələr məlumatlandırılıb və onların təxliyəsi üçün avtobuslar ayrılıb.
M. Məmmədov bildirib ki, yalnız tələbələr deyil, zəlzələ ərazisində yaşayan digər Azərbaycan vətəndaşları da bu avtobusların xidmətindən istifadə edə biləcək: “Hazırda bir avtobus Elazığa yaxınlaşmaqdadır. Tələbələr Malatya və Elazığdan Naxçıvana aparılacaq. Sənədləri qaydasında olmayan vətəndaşlarımıza Qars Baş Konsulluğu tərəfindən yardım göstəriləcək”.
M. Məmmədov vurğulayıb ki, tələbələr arasında zəlzələdən zərərçəkən olmayıb və tələbələrin geri qayıtması Türkiyə dövlətinin müvafiq məlumatından sonra mümkün olacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqda tapşırıq verib.
Xatırladaq ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.
Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb.
Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-01-2020, 17:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-01-2020, 17:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01