Bakıda rus turisti zorlayan şəxs həbsdən çıxıb, yüzlərlə adamı aldatdı - TƏFƏRRÜAT
Bir neçə gün əvvəl Bakıda vətəndaşları işə düzəltmək adı ilə aldadan dəstənin üzvləri saxlanııb.
regionxeberlericom.az BakuPost-a istinadən məlumatına görə, martın əvvəllərində bir qrup şəxs paytaxtda fəaliyyət göstərən "ELİV” işədüzəltmə şirkətinin məsul əməkdaşları tərəfindən aldadılaraq onlara məxsus külli miqdarda pul vəsaitinin ələ keçirilməsi barədə polisə müraciət edib.
Şikayətçilər adıçəkilən firma rəhbərlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmalarını, onlara dəymiş ziyanın ödətdirilməsinə köməklik göstərilməsini xahiş edib. Həmin müraciətlər əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən təxirəsalınmadan həyata keçirilmiş tədbirlərlə qeyd olunan cinayətin Bakı şəhər sakini Məcid Məcidovun təşkilatçılığı ilə mütəşəkkil qrup tərəfindən törədildiyi müəyyən edilib.
BakuPost dəstənin rəhbəri Məcid Məcidovla bağlı yeni məlumatlar əldə edib. O, əslən Salyan rayonundandır. Atası Mehdi Məcidov rayonda tanınmış həkimlərdəndir. Bu, Məcid Məcidovun ilk cinayəti deyil. Onun 2013-cü ildə Bakıda rus turisti zorlaması böyük əks-səda doğurmuşdu. İttihama görə, Rusiya Federasiyasının vətəndaşı olan 23 yaşlı İrina Bazaron 11 may 2013-cü il tarixdə gecə saat 5 radələrində Səbail rayonunda müvəqqəti yaşadığı mənzildə Bakı şəhər sakini Məcid Məcidov tərəfindən zorlanması barədə müraciəti Səbail Rayon Prokurorluğunda araşdırılıb. Müəyyən edilib ki, Bakı şəhərində fəaliyyət göstərən "Grand House” daşınmaz əmlak firmasının rəhbəri M. Məcidov mayın 10-da İ, Bazaronun müraciəti əsasında Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi, 27 saylı ünvanda yerləşən mənzili 10 gün müddətinə kirayəyə verib. M. Məcidov mənzilin açarlarının birini ona təqdim edib, ertəsi gün isə gecə saat 5 radələrində özündə olan ikinci açarla qanunsuz olaraq həmin mənzilə daxil olaraq zor tətbiq etməklə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edib, onunla cinsi əlaqədə olaraq zorlayıb.
Həmin ilin iyun ayında Məcid Məcidov barəsində həbs qərarı seçilib və məhkəmədə hökm oxunana kimi təcridxanada qalıb. 2014-cü il sentyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlisultan Osmanovun sədrliyi keçirilən prosesdə bəraətverici əsaslarla hökm oxunub və Məcidov məhkəmə zalından azad olunub. Prokurorluğun hökmdən narazı qalması ilə verdiyi protestə Bakı Apellyasiya Məhkəməsində baxılıb və şikayət təmin olunmayıb. Hakim Faiq Qasımov 25 yaşlı gənci azadlıqda saxlayıb və işi aparan müstəntiq barəsində xüsusi qərardad çıxarıb.
İş Ali Məhkəməyə çıxarılıb və burada prokurorluğun xeyrinə qərar verilib, Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, iş yenidən apellyasiyaya qaytarılıb. 2016-cı ilin mart ayının 3-də keçirilən apellyasiya məhkəməsində qərar verilib. Apellyasiya Məhkəməsinin hakimi Qaib Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Məcid Məcidov barəsində 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası seçilib. Həmin tarixdə M. Məcidov ölkədə olmadığı üçün onun həbsi reallaşmayıb. Hökmdən təxminən 20 gün sonra Məcid Məcidov 39-cu Polis Bölməsinə gələrək təslim olub.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-04-2019, 10:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-04-2019, 10:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11