Bakı Dairəvi yolu da TƏHLÜKƏ QARŞISINDA: sürüşmə İDDİASI
Xəbər verdiyimiz kimi, yanvarın 9-da səhər saatlarında Badamdar qəsəbəsindəki sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edərək yolu bağlayıb.
Yol mühəndisi, ekspert Rauf Ağamirzəyev Lent.az -a bildirib ki, ölkədə son illərdə sürüşmə yerləri barədə lokal nöqtələr yaranıb:
“Sürüşmə baş verdikdə yalnız Badamdar, Bibiheybət, Xırdalan, Şamaxı yolu və ya Lerikin adlarını eşidirik. Bu yerlərdən başqa ərazilərdə çox nadir hallarda sürüşmələr olur.
Badamdarda baş verən sürüşməyə gəlincə, hamıya məlumdur ki, ərazidə plansız tikintilər var. Ərazidən yeraltı çaylar, sular (qrunt) keçir. Burada yaşayış yerləri salındıqda qrunt suları çıxarılır və betonlanır. Burada olan sular isə özünə yeni məcra, cığır açır və nəticədə sürüşmə baş verir”.
Ekspert qeyd edib ki, problem qısa müddətdə tamamilə həll edilməlidir:
“Həlli üçün əvvəlcə su kanalizasiya sistemləri, kollektorlar şəbəkəsi yaradılmalıdır. Daha sonra araşdırma aparılmalı, mayak qoyulmalıdır. Əgər sürüşmənin artan istiqamətdə getməsi təsdiqlənərsə, burada mütləq evuakasiya aparılmalıdır.
Müsbət məqam budur ki, sürüşmə hadisələrində insan tələfatı olmayıb, ancaq olmaması üçün də burada ciddi işlər aparılmalıdır”.
R.Ağamirzəyev bildirib ki, tədbirlər görülməzsə, növbəti sürüşmə Bakı Dairəvi yolunda qeydə alına bilər:
“Bu yerlərin hamısı eyni relyefdə yerləşir və sürüşmə yüklənmənin nəticəsində baş verir. Burada işlər elə qurulmalıdır ki, problem tam həllini tapsın. Əsas problem isə ərazidə olan kanalizasiya sistemləridir. İşlərin qaydasında getməsi və uğurlu nəticə üçün müvafiq qurumlar birgə işləməlidir”.
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı saytımıza bildirib ki, Səbail rayonu, Badamdar qəsəbəsinin sürüşmə zonası kimi tanınan 3-cü yaşayış massivində içməli su və kanalizasiya layihələri icra olunur:
“3-cü yaşayış massivi ərazisində tullantı sularının axıdılmasında da problemlər yaranır və yaşayış massivinin əksər hissəsində kanalizasiya şəbəkəsi mövcud deyil. Buna görə də tullantı suları əsasən açıq kanallara və şambolara axıdılır. Bu da ərazidə torpaq sürüşmələrinin sürətlənməsinə səbəb olur. Bildiyiniz kimi, buna görə də ötən il sözügedən ərazidə kanalizasiya şəbəkəsinin tamamilə yenidən qurulması qərara alınıb.
Layihə çərçivəsində ərazidə ümumi uzunluğu 23 kilometr olan kanalizasiya xətləri inşa edilməsi planlaşdırılır. Onun artıq 8 kilometr hissəsi hazırdır. Yay aylarına qədər bütün işlərin yekunlaşması gözlənilir. Bununla da kanalizasiya sistemi tamamilə qurulacaq və problem həll ediləcək”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov isə saytımıza bildirib ki, Badamdarla 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə sahəsində aktivlik davam edir:
“Gərginlik hələ də qalmaqdadır. Aparılan müşahidələr zamanı sürüşmə sahəsində xırda uçqunlar qeydə alınıb. Monitorinq və araşdırmalar davam etdirilir.
Ə.Qaralov deyib ki, hazırda sürüşmənin qarşısının alınması üçün hansısa təklif etmək mümkün deyil:
“Hazırda sürüşmə kütləsinin üzərinə çıxmaq mümkün deyil, bu, təhlükəlidir. Proses tam başa çatmalı, sürüşmə stabilləşməlidir. Bundan sonra komissiya əraziyə baxış keçirməli və müəyyən təkliflər irəli sürülməlidir”.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının ilkin araşdırmalarının nəticələrinə görə sürüşmənin məişət sularının torpağa axıdılması və atmosfer çöküntülərinin təsiri nəticəsində torpaq kütləsinin ağırlaşması səbəbindən baş verdiyi ehtimal olunur.
AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun yaydığı məlumata görə isə son vaxtlar yol ətrafı qruntda baş vermiş aktivlik tam şəkildə antropogen təsirin nəticəsidir:
“Ərazinin intensiv mənimsənilməsi, tikinti normativlərinə əməl edilməməsi, sürüşmə zonasının həddən artıq yüklənməsi, kanalizasiya xətlərinin olmaması, yeni yolların salınmasında buraxılmış səhvlər və s. ümumi tarazlığın pozulmasına və ərazidə sürüşməyə meylli kütlənin aktivləşməsinə gətirib çıxarıb. Belə aktivləşmədə təbii amillərin təsiri (atmosfer yağıntılarının miqdarı, qrunt sularının səviyyə artımı və s.) daha az ehtimal olunur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-01-2020, 13:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-01-2020, 13:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti