General Çovdarov və “sağ əli” yenidən məhkəmədə - milyonluq dava
Dekabrın 19-da Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və polkovnik Səlim Məmmədovun kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə qapalı keçirilən prosesdə polkovnik Səlim Məmmədovun məhkəməyə müraciəti daxil olub. Müraciətdə qeyd olunub ki, polkovnik özü məhkəmədə iştirak etmək istəyir. Məhkəmə 2020-ci il yanvarın 30-na qədər təxirə salınıb.
Qeyd edək ki, A.Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apelyasiya Məhkəməsi onların apelyasiya şikayətini təmin etməyib. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov və Səlim Məmmədov (o cümlədən Akif Əliyev və Orxan Osmanova) məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.
A.Çovdarovun ailə üzvləri - oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları - Günay Əmircanova və Aidə Qadımova əmlak müsadirəsi ilə bağlı da şikayət veriblər.
A.Çovdarov apelyasiya məhkəməsinin qərarından verdiyi kasasiya şikayətini geri götürsə də, oktyabr ayında yenidən Ali Məhkəməyə müraciət edib.
Qeyd edək ki, istintaq zamanı müəyyən edilib ki, A. Çovdarov cinayət işi üzrə təqsirləndirilən şəxslərdən Səlim Məmmədovla 2009-cu ilin oktyabr-noyabr aylarında rəsmi surətdə qeydiyyata alınmış araşdırma materialı və şikayət ərizəsi olmadığı halda hakimiyyətdən və qulluq mövqeyindən istifadə etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Kərimov Neman Süleyman oğlunun külli miqdarda pul vəsaitini ələ keçirmək üçün onu və yaxın qohumu Mövsümov Elvin Zakir oğlunu azadlıqdan məhrum edib. Belə ki, N. Kərimov və E. Mövsümov Binəqədi rayonunda yerləşən “Elit” hotelində olduqları vaxt Səlim Məmmədov qanunvericiliklə müəyyən edilmiş funksional vəzifələrin icrası üçün nəzərdə tutulan nəqliyyat və digər texniki vasitələrdən, dəstə üzvü olmayan xüsusi təyinatlı qulluqçulardan istifadə etməklə odlu silahla basqın edərək hər hansı prosessual qərar və protokol tərtib etmədən adları çəkilən şəxsləri zorla MTN-ə gətirib. A. Çovdarov onlardan 80 min manat məbləğində pul tələb edib. Həmin gün isə Səlim Məmmədovun vasitəsilə həmin məbləğdə pulu nazirliyin inzibati binasında həbs edilənlərin qohumundan qəbul edib.
Məmmədov istintaqa verdiyi ifadəsində A.Çovdarovu “ələ verib”. O, xidməti səlahiyyətlərinə aid olmayan fəaliyyətlə məşğul olmasını etiraf edərək bildirib ki, səhhətində yaranmış problemlərlə bağlı Baş İdarə rəisi Akif Çovdarova dəfələrlə raport yazaraq təqaüdə çıxarılmasını xahiş etsə də, Akif Çovdarov raportları rəsmiyyətə almayıb cırıb atıb.
O bildirib ki, fəaliyyəti müddəti ərzində Akif Çovdarovun haqsız tənqidinə məruz qalıb, yalnız xidməti fəaliyyəti nəticəsində əldə etdiyi nəticələrə görə pillə-pillə vəzifədə irəli çəkilərək 2009-cu ilin may ayında Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin 1-ci İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
S.Məmmədov əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi epizodu üzrə bildirib ki, maddi məsul şəxs olmayıb. MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsində maddi-məsul şəxs baş idarə rəisi Akif Çovdarov olub. Bu nəticəyə gəlməyinə səbəb Akif Çovdarovun vəkalətnamə vermə səlahiyyətinin olması olub. Akif Çovdarov MTN-in Maliyyə İdarəsindən kimə vəkalətnamə veribsə, həmin şəxs də pulu götürə bilib. 02.03.2015-ci il tarixli vəkalətnaməni ona Akif Çovdarov verib. Məhz Çovdarovun göstərişi əsasında vəkalətnaməyə imza edib və eyni səbəbdən MTN-in Maliyyə İdarəsinin kassasından 50 min ABŞ dolları götürüb Baş İdarə rəisi Akif Çovdarova xidməti otağında verib. Həmin xüsusatların yoxlanılması zamanı Dövlət Təhlükəsizliyi Xidmətinin Daxili Təhlükəsizlik İdarəsinə verdiyi 07.04.2016-cı il tarixli izahatında baş idarə rəisi Akif Çovdarov tərəfindən imzalanmış və sabiq nazir tərəfindən icazə verilmiş raport əsasında Akif Çovdarovun verdiyi vəkalətnamə əsasında maliyyə idarəsinin kassasından müvəqqəti cəlb olunmuş şəxsin mükafatlandırılması üçün 50.000 ABŞ dolları məbləğində pul vəsaitini götürdüyünü, 01.04.2015-ci il tarixdə həmin pul vəsaitini tam məbləğdə Akif Çovdarova verdiyini deyib.
Məhkəmə də S.Məmmədov sensasion faktlar açıqlamışdı. O, 579 adam tutduğunu, amma heç birinin evində axtarışda kobudluq etmədiyini söyləmişdi. O, məhkəmədə özü ilə yanaşı, Akif Çovdarovu, keçmiş nazir Eldar Mahmudovu da müdafiə etmişdi. Məsələn, deyib ki, onlar daim “dövlətə, dövlətçiliyə xidmət edib”: “Çıxarılacaq hökmdən asılı olmayaraq , yenə dövlətçiliyə sadiq qalacağıq. Keçmiş ”MTN-çi" olmur".
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:20-12-2019, 09:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-12-2019, 09:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01