"Qız qaçırana 10 il, adam öldürənə 15 il?" - Qısqanc ərinin bıçaqladığı Gülnar 12 gün sonra ölüb
Qeyri-rəsmi rəsmi ər-arvad münasibətində olduğu qadını öldürməyə cəhddə ittiham edilən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Seymur Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.
Prokuror Cinayət Məcəlləsinin 29.120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən Seymur Abdullayevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məlum olub ki, S.Abdullayev daha əvvəl də bir neçə dəfə məhkumluq həyatı yaşayıb. O, hərbi xidmətdə olarkən 4 il həbs cəzası alıb. Bundan başqa, o, bir dəfə də xuliqanlığa görə məhkumluq həyatı yaşayıb.
Mərhumun atası Şaməddin Əmənov prokurorun çıxışına etiraz edib. Zərərçəkən bildirib ki, qızının ölümünə səbəb olan şəxsə ömürlük cəza verilməsini istəyir.
"Qız qaçırana 10 il cəza verirlər. Adam öldürənə 15 il? Bu qədər ədalətsizlik olar? Qızımı xüsusi amansızlıqla, insanların, məktəblilərin gözü qarşısında vəhşicəsinə öldürüb. Buna görə də ona ömürlük cəza verilməlidir. Mən qızımdan ömürlük məhrum oldum. Bu da azadlıqdan ömürlük məhrum olmalıdır"- deyə mərhumun atası bildirib.
Təqsirləndirilən Seymur Abdullayevin vəkili müdafiə çıxışı edib. Vəkil bildirib ki, müdafiə etdiyi şəxsin mərhumu öldürmək niyyəti olmayıb:
"Seymur da bildirdi ki, həyat yoldaşını öldürmək istəməyib. Bunu öz ifadəsində də bildirdi. Müdafiə etdiyim şəxs affekt vəziyyətində olub. O, özünə də zərbələr endirib. İttihamda göstərilir ki, guya Seymur heç kimin Gülnara kömək etməsinə imkan verməyib. Amma şahid ifadələrində bu öz təsdiqini tapmadı. Seymurun əməli Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilməli və ona aşağı həddə cəza təyin edilməlidir".
Mərhumun atası vəkilin də çıxışına etiraz edib.
"Vəkilin danışdıqları nağıldır. Bu adam 5 dəfə məhkumluq həyatı yaşayıb. Buna aşağı cəza verəcəklər ki, yenidən azadlığa çıxsın? Yenidən belə cinayətlər törətsin? Bu cür adamlara heç vəkil də lazım deyil"- deyə Şaməddin Əmənov etirazını bildirib.
Məhkəmə təqsirləndirilən şəxsə son sözlə çıxış etməyi təklif edib.
Seymur Abdullayev son sözündə deyib ki, arvadını öldürmək niyyəti olmayıb:
"Mən onu öldürmək istəmirdim. O mənim anamın gəlini idi. Telefondakı zəngləri görəndə əsəbləşdim. Onu başqa şəxslə yolda görəndə özümü itirdim. Mən Şaməddin kişinin dediyi kimi adam deyiləm. Mən o sözlərə layiq deyiləm. Məhkəmədən mənə yüngül cəza verilməsini xahiş edirəm"- deyə Seymur son sözündə bildirib.
Məhkəmə müşavirədən sonra hökmü elan edib.
Hökmdə göstərilib ki, Seymur Abdullayev qısqanclıq zəminində arvadı Gülnar Əmənovanı qəsdən öldürməyə cəhd edib. Bu məqsədlə Gülnarın işlədiyi mağazaya gələrək ona çoxsaylı bıçaq zərbələri endirib. Ətrafda olanlar müdaxilə etməyə çalışsalar da Seymur əməlindən əl çəkməyib. Mağazada olan digər şəxslər əllərində olan əşyalarla Seymuru vuraraq oradan uzaqlaşdırmaq istəsə də, bu mümkün olmayıb.
Seymur Gülnarı bıçaqladıqdan sonra hadisə yerindən qaçıb. Törətdiyi əmələ görə Seymur Abdullayevə Cinayət Məcəlləsinin 29.120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Xəstəxanaya yerləşdirilən Gülnar Əmənova əməliyyat olunub.
Hökmdə göstərilib ki, Gülnar Əmənova əməliyyat olunarkən həkim səhlənkarlığından ölüb. Belə ki, əməliyyat zamanı Gülnar Əmənovanın ödü zədələnib və əməliyyatdan 12 gün sonra komadan ayılmayıb və dünyasını dəyişib.
Hakim bildirib ki, Gülnarın həkim səhlənkarlığından ölməsinə görə ayrıca cinayət işi açılıb.
Hökmdə göstərilib ki, Gülnar Əmənova dünyasını dəyişsə də, Seymur Abdullayev qəsdən adam öldürməyə cəhd maddəsini ilə cəzalandırılmalıdır.
Hökmə əsasən Seymur Abdullayevə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Hadisə mayın 3-də Sumqayıtda Nərimanov küçəsi, "Mərkəzi bazar" ərazisində baş verib.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-11-2019, 13:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-11-2019, 13:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11