Küçələrdə gecələyən ata və körpə qızı xəstəxanaya yerləşdirilib - "Atanın durumu o qədər ağır idi ki..."
Bu günlərdə sosial şəbəkədə ata və 9 yaşlı qızının Koroğlu stansiyasında yerdə yatması ilə bağlı görüntülər yayılıb. Məlumata görə, ata Əkrəm Xosrovov Lerik sakinidir. Onun 43 yaşı var, Qazaxıstanda doğulub və uzun illər orada yaşayıb. Hazırda Azərbaycan vətəndaşıdır. Azərbaycanda qeyri-rəsmi nikahdan bir övladı dünyaya gəlib. Daha sonra uşağın anası dünyasını dəyişib. Ata və 9 yaşlı qızının səhhəti ağırdır.
Ata santexnika işləri ilə məşğul olub, lakin uzun müddət səhhətində problem olduğu üçün o, son zamanlar işləyə bilməyib. Lakin onların əsas müraciəti sənədlərində olan nöqsanların aradan qaldırılması ilə bağlıdır.
Ata və qızının son durumu ilə bağlı Sherg.az-a danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, dünən ata ağciyər xəstəlikləri xəstəxanasında tam müayinədən keçib:
“Hazırda xəstəxanadadır və müalicə alır. Yəqin ki, hələ 1 həftə nəzarətdə olacaq. Uşaq da ayrıca olaraq ixtisaslaşmış müəssisələrdən birində tam müayinədən keçirilib. Artıq uşağa müalicələr yazılıb, kollektivdə qalması üçün bir təhlükə yoxdur. Çünki ata və qızın ən ciddi problemləri ciyərləri ilə bağlı idi. Dünən və bu gün hər ikisinə tibbi baxımdan tam olaraq nə lazımdısa edilib.
Uşağa doğum haqda şəhadətnamə verəndə ata adı sənəddə səhv gedib, Əkrəm yox, Akiram yazılıb. Atanın bacıları Qazaxıstanda yaşayırlar. Amma sənəddə nöqsanlar olduğu üçün onlar ora gedə bilmirlər.
Ata adının səhv yazılması ilə bağlı lazımi orqanlara müraciət edəcəyik. Amma hazırda əsas məqsədimiz onları krizisdən çıxarmaqdır. Çünki atanın durumu o qədər ağır idi ki, çox qorxmuşduq. Ona nəsə olarsa, uşaq da ortalıqda qalar. Uşağın gözünün qabağında böyük stress yaşandı. Atanın ola bilsin sağlıq durumu, ya da biganəliyi, hansısa zərərli vərdişi uşağı da belə vəziyyətə gətirib çıxarıb. Bunu dana bilmərik”.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-11-2019, 17:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-11-2019, 17:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26