Sumqayıtda zavodda qəza - Ölən və yaralananlar var
Sumqayıtda polad əritmə sexində partlayış baş verib.
regionxeberlericom.az-un “Report”a istinadən Sumqayıt- Abşeron bürosunun məlumatına görə, hadisə İnşaatçılar qəsəbəsində, keçmiş TES 1-in ərazisində fəaliyyət göstərən polad əritmə sexində qeydə alınıb.
Belə ki, partlayış zamanı həmin sexdə çalışan 4 nəfər, 1967-ci il təvəllüdlü Mehrəliyev Əlibaba Kamil oğlu, 1992-ci il təvəllüdlü Qaraçayev Ceyhun Nazim oğlu,1974-cü il təvəllüdlü Cəlilov Vüqar Məzahir oğlu və 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu ağır yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Daha sonra yaralılar Bakı şəhərinə aparılıb. Onlardan biri 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
***
Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev “Qafqazinfo”ya açıqlamasında heç bir partlayış hadisəsinin olmadığını, hadisənin 4-5 gün əvvəl Metaləritmə sexində iş prosesi zamanı ehtiyatsızlıqdan baş verdiyini bildirib. Üzərinə yanacaq tökülən 5 nəfər fəhlədən 4-ü xəstəxanadan evə buraxılıb. 1 nəfərin vəziyyəti ağır olduğundan Bakıya - 5 saylı xəstəxanaya göndərilib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:27-03-2019, 22:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:27-03-2019, 22:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11