Nadir Səlifov barəsində cinayət işi başlandı – Koalisiya baş tutmadı
Azərbaycanlı “qanuni oğru” Nadir Səlifov (“Quli”) barəsində Rusiya Federasiyaında cinayət işi başlanıb.
regionxeberlericom.az Yenisabah.az-a istinadən xəbər verir ki, Nadir Səlifov Rusiya Federasiyasının Cinayət Məclləsinin 210.1-ci (kriminal iyerarxiyada yüksək mövqe tutmaq) maddəsilə ittiham edilir.
210.1-ci maddə Rusiya Federasiyasının Cinayət Məcəlləsinə bu yaxınlarda əlavə edilib və xüsusi olaraq “qanuni oğru”lara qarşıdır. Yeni maddə ilə “qanuni oğru”lar hətta cinayət etmədiyi halda uzun müddətli həbsə göndərilə bilər. İndi “qanuni oğru”ların iki yolu var: Ya kriminal aləmin ali titulundan imtina etməli, ya da uzun müddətli məhkumluq həyatı yaşamalıdırlar. Bu maddə ilə təqsirləndirilən Nadir Səlifovu da 15 il həbs cəzası gözləyir.
Bu arada Nadir Səlifovun “qanuni oğru” titiulundan məhrum edilməsi üçün çabalar göstərən gürcü əsilli kriminal avtoritet Badri Koquaşvilinin (“Badri Kutaisi”) İtaliyaya getdiyi bildirilir.
Məlumata görə, Türkiyə, Çexiya və Yunanınstandakı “qanuni oğru”ları Nadir Səlifova qarşı səfərbər edə bilməyən Badri Koquaşvili İtaliyada “qanuni oğru” Merab Canqveladze (“Merab Suxumski”) ilə görüşüb. Görüşdə “qanuni oğru”lar Georgi Qurçiani (“Gia Svan”) və Quram Odişaria (“Buya”) da iştirak edib. Badri Koquaşvili Nadir Səlifovun “qanuni oğru”lar üçün təhlükə olduğunu iddia edərək onları “Quli”yə qarşı birləşməyə çağırıb. Onun sözlərinə görə, əgər indi Nadir Səlifovun qarşısı alınmasa sonra gec olacaq.
Badri Koquaşvili bildirib ki, Nadir Səlifova qarşı birləşsələr “qanuni oğru” Zaxari Kalaşovla (“Şakro Molody”) “Suxumi klanı” arasındakı problemlər yoluna qoyulacaq. Lakin Merab Canqveladze Badri Koquaşvilinin təklifini qəbul etməyib. O, “Şakro Molodoy”a inanmadığını, Nadir Səlifova gəlincə isə onu təkcə “qanuni oğru” deyil, həm də dost olduğuna görə müdafiə etdiyini bildirib.
“Merab Suxumski” həmçinin Badri Koquaşvilinin özünün “qanuni oğru”lar Roland Gegeçkori (“Roland Şlyapa”) və Merabi Mzaruela (“Duyake”) ilə problemlərinin olduğunu xatırladıb. Bundan əlavə, onun “qanuni oğru” Tariel Oniani (“Taro”) tərəfindən “oğru” kimi tanınmayan Emzar Caparidze (“Quatia”) ilə dostluq etməsinə irad tutub. Badri Koquaşvili isə öz növbəsində Roland Gegeçkori və Merabi Mzareulanı “oğru” kimi tanımadığını, Emzar Caparidze ilə isə dostluq etmədiyini bildirib. Lakin bu halda da Merab Canqveladze Badri Koquaşvilinin “anti-“Quli” koalisiyası”na dəstək verməyəcəyini bildirib.
Badri Koquaşvili iki aydan artıqdır ki, Nadir Səlifova qarşı koalisiya yaratmaq istəyir. Onunla Nadir Səlifov arasındakı konflikt gürcü kriminal avtoritet Quram Çixladzenin (“Kvejoeviç”) vurulmasından sonra yaranıb. Quram Çixladze Türkiyədə Nadir Səlifovla görüşdə vurulub. Onu vuran isə Nadir Səlifova yaxınlığı ilə seçilən qazax əsilli kriminal avtoritet Arman Cumagəldiyev (“Arman Dikiy”) olub. Sonradan Arman Cumagəldiyev onun “qanuni oğru” titulunu daşıdığından xəbərsiz olduğunu bildirib.
Artıq bu insidentin də təfərrüatları üzə çıxıb. Məlum olub ki, həmin gün Arman Cumagəldiyevin doğum günü imiş. Nadir Səlifov da həmin məclisdə fəxri qonaq qismində işriak edirmiş. Doğum günü Türkiyədəki otellərin birində qeyd edilirmiş. Quram Çixladze də həmin vaxt otelə gəlib və orada Nadir Səlifovla görüşüb. Görüş zamanı Nadir Səlifovun yanında olan Arman Cumagəldiyev gürcü avtoritetin “Quli” ilə yuxarı tonda danışdığının şahidi olub. O, buna görə Quram Çixladzeyə irad bildirib. Gürcü avtoritet isə “sən kimsən ki, söhbətə qarışırsan?!” deyə Arman Cumagəldiyevə sərt cavab verib.
Sən demə, bundan əvvəl Arman Cumagəldiyevlə Quram Çixladze oteldə toqquşublarmış. Həmin vaxt Quram Çixladze özünü biznesmen kimi təqdim edibmiş. Beləliklə, Arman Cumagəldiyevin biznesmen kimi tanıdığı Quram Çixladzenin həm “qanuni oğru” ilə yuxarı tonda danışması, həm də buna görə ona tutulan irada sərt cavab verməsi qazaxlı əsilli avtoritetin hiddətinə səbəb olub. O, əsəblərini cilovlaya bilməyərək Quram Çixladzeyə zərbə endirib.
Bundan sonra Quram Çixladze masadan qalxaraq “Bir azdan qayıdacam” deyərək oteli tərk edib. Lakin geri qayıtmayıb. Bütün bunlar Maqadan vilayətinin qubernatoru Valentin Tsvetkovun qətlinə görə həbs yatan iki kriminalitetin gözü qarşısında baş verib. Adları açıqlanmayan həmin şəxslərin “Şakro Molodoy”a yaxın olduğu bildirilir. Bundan başqa, Arman Cumagəldiyevlə Quram Çixladzenin oteldə toqquşmasının və ikincinin özünü biznesmen kimi təqdim etməsinin videogörüntüsü var. Bu məsələ ilə bağlı keçirilən “sxodka”da Arman Cumagəldiyev baş verənləri olduğu kimi diqqətə çatdırıb.
Qanuni oğru”lar onun və xüsusilə Nadir Səlifovun hərəkətlərində heç bir qəbahət olmadığını bildiriblər.
Badri Koquaşvilinin “Quli”ni bu məsələyə görə ali tituldan məhrum etdirmək üçün göstərdiyi çabaların uğursuz olmasının səbəbi də təqsirin Quram Çixladzedə olmasıdır. Doğrudur, Badri Koquaşvili indi başqa səbəblər göstərir. Fəqət, kriminal aləmdə hər kəs konfliktə Çixladze ilə bağlı insidentin səbəb olduğunu bilir.
Koquaşvilinin “Merab Suxumski” ilə görüşü son uğursuz cəhd hesab edilir. İddialara görə, bundan sonra Nadir Səlifovu kriminal aləmdə sıxışdırmaq üçün yeni qüvvə irəli atılıb. Bu, bir müddət əvvəl həbsdən çıxan çeçen əsilli “qanuni oğru” Əhməd Şalıyevdir. Artıq “Şakro Molodoy”un onunla təmasa girdiyi bildirilir. Amma Əhməd Şalıyevin Tariel Oniani ilə problemləri var. O, çeçen əsilli avtoriteti “oğru” kimi tanımır. Onun “sxodka”da əvvəlcə bu problemi yoluna qoyması lazım olacaq.
Nəzərə alsaq ki, Tariel Onianiyə yaxın hesab edilən Merab Canqveladze Nadir Səlifovu dəstəkləyir, o zaman Əhməd Şalıyevi “oğru” kimi tanımaq “Quli”yə hücum üçün yaşıl işıq yandırmaq kimi qiymətləndirilə bilər. Bu baxımdan, Tariel Onianinin Əhməd Şalıyevlə barışıq əldə edəcəyi inandırıcı görünmür.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-11-2019, 15:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-11-2019, 15:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01