reklam
Regionxeberlericom.az » Hadisə » Qəbələdə ağır qəza - 1 ölü, 4 yaralı

reklam

Qəbələdə ağır qəza - 1 ölü, 4 yaralı

















Ötən gün saat 20 radələrində Qəbələ rayonunun Tövlə kəndində ağır yol qəzası baş verib.

“VAZ 2106” və “VAZ 2101” markalı avtomobillər toqquşub.

Nəticədə birinci avtomobildə olan sərnişin 1958-ci il təvəllüdlü Ehsan Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişin - 1976-cı il təvəllüdlü Müslüm Soltanov və sürücü 56 yaşlı Emin Muşdaqov xəsarət alıb.

Həmçinin digər avtomobilin sürücüsü 30 yaşlı Aqasif Qəribli və 2002-ci il təvəllüdlü sərnişini Elnur Cəbrayılov yaralanıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.




Paylaş:


Müəllif : Tarix:
1-02-2025, 10:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər