reklam
Regionxeberlericom.az » Hadisə » Polis ona bıçaqla hücum edən qadını tapança ilə öldürdü - VİDEO

reklam

Polis ona bıçaqla hücum edən qadını tapança ilə öldürdü - VİDEO














ABŞ-ın Virciniya ştatında polis əməkdaşı ona bıçaqla hücum edən 33 yaşlı Sidney Uilsonu öldürüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hücumun görüntüləri polisin bədən kamerası tərəfindən qeydə alınıb…

ABŞ-ın Virciniya ştatında yaşayan qadın onun qapısını döyən polisə hücum edib.

Görüntülərə görə, sağlamlıq yoxlaması üçün çağırılan məmur Vilsonun qapısını döyür və aralarında qısa dialoqdan sonra qadın qapını bağlayır.

Təxminən 3 dəqiqə polis yenidən qapını açmağa çalışır.

Bu müddətdən sonra qapını açan və təxminən 1.80 boyunda olduğu deyilən qadın əvvəlcə məmurdan “necəsən?” soruşduqdan sonra əlindəki bıçaqla hücum edir.

Polis geriyə doğru addımlayarkən, qadın zabitə doğru addımlamağa davam edir.

Qadına dəfələrlə xəbərdarlıq edən polis əməkdaşının çoxsaylı bıçaq zərbələri vurulduğu bildirilib.

Hücumun anbaan videosunda polisin 3 atəş açdığı və qadının yerə yıxıldığı görünür.

Xəstəxanaya aparılan qadının dünyasını dəyişdiyi bildirilib. Bıçaq yarası alan polis isə müalicə olunub.

Hadisə ilə bağlı verdiyi açıqlamada, hər bir can itkisinə yas tutduqlarını bildirən polis rəisi, “Bu hadisədə həyatını itirən adam fərqli deyil… Onu çox sevən, ona yas tutan ailəsi, dostları, sevdikləri var. Biz bunu bilirik, dua edirik və bu ailə ilə yaxından maraqlanırıq” deyib.

Polis məmurunun, ölümlə nəticələnən olay sonrası açılan istintaq çərçivəsində inzibati vəzifəsini davam etdirdiyi bildirilib.




Paylaş:


Müəllif : Tarix:
16-10-2024, 09:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər