reklam
Regionxeberlericom.az » Hadisə » Ucarda 31 yaşlı qadın qətlə yetirildi - Həyat yoldaşı saxlanıldı

reklam

Ucarda 31 yaşlı qadın qətlə yetirildi - Həyat yoldaşı saxlanıldı

















Bu gün saat 15 radələrində Ucar rayonunun Qazyan kənd sakini, 1993-cü il təvəllüdlü Rəvanə İsmayılovanın kəsici alətlə xəsarətlər yetirilməsi nəticəsində ölməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-dən verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən R.İsmayılovanın həyat yoldaşı, 1979-cu il təvəllüdlü Kamil Qarayev saxlanılıb.

Araşdırmalar aparılır.

***

Ucar rayon prokurorluğundan verilən məlumata görə, iyulun 28-də saat 15 radələrində Ucar rayonu ərazisində 1993-cü il təvəllüdlü Rəvanə İsmayılovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1979-cu il təvəllüdlü Kamil Qarayevin arvadı Rəvanə İsmayılovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Kamil Qarayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

RegionXəbərləricom.az


















Paylaş:


Müəllif : Tarix:
28-07-2024, 17:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər