“Dəmirli un” qalmaqal yaratdı: “AQTA getsin buğda əksin” - REAKSİYA
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirdiyi ictimai dinləmədə deyib.
Onun sözlərinə görə, dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb:
"Yaxın günlərdə həmin zənginləşdirmə proseduru həyata keçiriləcək. Anlaşdığımız çörək istehsalı, un emalı müəssisələrində unun dəmirlə zənginləşdirilməsi prosesi həyata keçiriləcək. Beləliklə, ticarət şəbəkələrində satılan adi unla yanaşı, dəmirlə zənginləşdirilmiş una da rast gələ biləcəyik”.
Maraqlıdır, unu dəmirlə zəngimləşdirmək insan orqanizminə necə təsir edəcək?
Məsələ ilə bağlı Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru, Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, burada söhbət sözün əsl mənasında unun hansı dəmirdən və necə zənginləşdirilməsindən gedir:
"Bu, sadə məsələ deyil. Bu gün çörəyə müxtəlif kimyəvi qatqılar əlavə edərək elə bir vəziyyət yaratdılar ki, hazırda çörəyin nə ətri, nə də dadı qalıb. Ötən günlərdə yanıma xəstə uşaq gətirmişdilər. Qanda dəmir çatışmazlığı çıxıb, dietoloqa müraciət ediblər. Dietoloq da uşağa çoxlu alma və çuğundur yeməyi məsləhət bilib. Halbuki bu, yalnış idi.
Alma və çuğundurun tərkibində dəmir olsa da, həmin dəmir bədənə sovrulmur. Yəni, bunun timsalında biz bilmirik ki, unun tərkibinə əlavə ediləcək dəmir bədəndə necə sovrulacaq. Bundan əlavə, biz elektroenergetikanın ən sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq, ətrafımızda elektromaqnit sahələri var. Sual yaranır, həmin elektromaqnit sahələrində bədənə düşən dəmir özünü necə aparacaq? Bunu müəyyənləşdirmək lazımdır. Vaxtilə nanotexnologiyalarla qidanın tərkibinə gümüş yeridirdilər. Gümüş mikrobları öldürür deyə, çox ölkələrdə yeyilir.
Biz - milli kulinariya üzrə mütəxəssislər bu günə kimi keçirilən beynəlxalq elmi konfranslarda gümüşün insan bədəninə necə təsir göstərəcəyi haqqında danışmışıq. Bəs dəmir özünü bu halda necə göstərəcək? Bu dəmirin hansı dəmir olduğunu müəyyənləşdirmək lazımdır. Məsələn, dəmir var ki, bədəni cıza bilər. Yəni, bunun mənfi, ya da müsbət hal olduğunu bilmək üçün dəmirin xüsusiyyətləri, neçə faizli olduğunu bilməliyik".
Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov isə AQTA-nın bu addımını asan yola baş vurmaq kimi dəyərləndirir:
"Unu dəmirlə zəngiləşdirmək lazım deyil. AQTA işğaldan azad olunmuş ərazilərdə buğda əksin və buğda unundan məhsul əldə etsin, idxaldan asılı qalmasın".
Dəmirlə zənginləşdirilmiş unun insan orqanizminə təsiri barədə tanınmış cərrah, tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla bildirib ki, təcrübədə müxtəlif ərzaq maddələrinin müəyyən komponentlərlə zəngiləşdirilməsi məsələsi var:
"Elə sovet vaxtı Böyük Qafqazın sularında yod çatışmadığına görə, suları yodlaşdırırdılar ki, zob xəstəliyi olmasın. Nəzərə alsaq ki, un məmulatları da çox istifadə olunur, onun dəmir və digər elementlərlə zəngiləşdirilməsi mümkündür. Lakin ərzaqlar elə maddələrlə zəngiləşdirilməlidir ki, onlardan istifadə zamanı həmin maddələr sıradan çıxmasın.
Digər tərəfəndən anemiya, dəmir defisitli, talassemiyalı xəstələrin adətən bu məhsullardan istifadə etməsi daha məqsədəuyğun sayılacaq. Bu da həkim təyinatı əsasında həyata keçiriləcək".
Paylaş:
Müəllif : Fuad
Tarix:19-04-2024, 10:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |