Adil Vəliyevin rayonunda problemlər boğaza qədərdir... - GİLEY
Sabunçu rayonu, Yeni Balaxanı massivində yaşayan sakinlər ərazi üzrə bələdiyyənin və icra nümayəndəliyinin işindən narazıdır. Sakinlər bildirirlər ki, yaşadıqları massiv problemlərin girdabında qalıb. Əsas məsələ də yolsuzluq və bundan qaynaqlanan problemlərdir...
Musavat.com-un əməkdaşı olaraq ərazidə olub, vəziyyətlə maraqlandıq. Orada gördüklərimizə keçməzdən öncə arayış verək ki, köhnə balaxanılıların vaxtilə öz aralarında "fazenda", "bağ Əlisəfa" adlandırdıqları keçmiş əkin sahəsi indi Yeni Balaxanı yaşayış massivinə çevrilib.
Köhnə Balaxanının Zabrat istiqamətində olan yüzlərlə hektar sahəsində 1988-ci ilədək daha çox taxıl əkilib. Həmin il ərazidə əkin işləri dayandırılıb və torpaq istifadəsiz qalıb. 1990-cı illərin əvvəlində isə hissə-hissə satılmağa başlayıb. Beləcə, 90-cı illərdə burada ilk evlər görünüb. İndi isə orada yaşayan əhalinin sayı 15 mini keçib və günbəgün artmaqda davam edir. Ərazidə torpaq sahələri heç də ucuz deyil. Sənədli torpaqların 1 sotu 7-10 min manatdır.
Söhbət etdiyimiz sakin Kazım Qasımov bildirdi ki, massivin ara yolları keçilməzdir: "Mən özüm soyuducu təmiri ilə məşğul oluram. Ona görə də çox zaman bura işin yük maşını ilə gəlirəm. Ancaq evimizə qədər həmin maşını belə, sürə bilmirəm. Əsas yoldan bizim məhəlləyə dönəndə yolsuzluq başlayır. Maşını bir neçə dəfə oradan sürdükdə xarab olur, dağılır. Massivin əsas yolunu yerli camaatdan biri çəkdirib. Həmin yol da qeyd etdiyim şəxsin evinə qədər uzanır. Sağ olsun ki, belə bir iş görüb. Bu yol çəkilməzdən öncə əraziyə bərbad gündə işləyən 105 nömrəli avtobus, yarı yoldan dönüb qayıdırdı. Sürücülər deyirdilər ki, avtobus dağılır. Halbuki, elə avtobuslar bu yola girməsə belə, dağılmış vəziyyətdədir. Massiv metronun "Koroğlu" stansiyasından 5-6 km məsafədə yerləşir. Ancaq burada bələdiyyənin, icra nümayəndəliyinin işləməməsi səbəbindən vəziyyət bu gündədir".
Digər sakin Qafar Rüstəmov bildirdi ki, ərazidə bələdiyyə və icra nümayəndəliyi ancaq kimsə ev tikəndə, daşın üstünə daş qoyanda ortaya çıxır: "Dəfələrlə demişik ki, bu küçələrə heç olmasa, 1 dənə zibil qabı qoyun. Bələdiyyə bizə deyir ki, pul verin qoyaq. Ona görə də küçələr zibillə doludur. Azca külək olan zaman göydə zibillər uçuşur. Ancaq həyətdə bir dənə tikinti işi apar, bələdiyyə, icra nümayəndələri tökülüşüb, gəlirlər. Deyirlər ki, qanunsuz iş aparırsan. Pullarını alıb gedirlər. Burada evlərin çoxu ikimərtəbəli villalardır. Camaatı mədəni insanlardır. Ancaq nə park var, nə bağça, nə də məktəb. Bakının mərkəzinə bu qədər yaxın olan ərazi unudulub. Bundan əlavə gördüyünüz kimi küçələrdən elektrik xətləri keçir. Ancaq küçələrin heç biri işıqlandırılmır. Gecə saatlarında buradan keçəndə adam vahimələnir. Yalnız mağazaların, obyektlərin, bir də camaatın öz pulları ilə yandırdıqları lampaların hesabına işıqlanma var. Burada xeyli əhali yaşayır. Nə üçün nəzərə alınmır?"
Digər sakinlər də oxşar problemləri sadaladılar. Doğrudan da müşahidə etdik ki, asfaltlanan yol belə, yarımçıqdır. Belə ki, ərazidə yerləşən beton zavodundan bir qədər irəlidə asfaltlanmayan hissə var ki, sakinlər ən çox bu hissədən narazılıqlarını bildirdilər: "Digər yollar yararsızdır və bunu bilib, ora maşınla girmirik. Zavodun yanında isə hər yan asfaltdır, ortada boş yer qoyublar. Sürücülərin maşınları xarab olur, piyadaların üst-başı batır. Bu hissəni 2 il öncə belə saxladılar ki, hava isinən kimi bərpa edəcəklər. Üstündən 2 il keçsə də, nəticə yoxdur".
Məsələ ilə bağlı icra nümayəndəliyindən bildirildi ki, səslənən problemlər araşdırılacaq...
Paylaş:
Müəllif : Redaktor
Tarix:11-09-2019, 10:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:11-09-2019, 10:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11