Təhsil Nazirliyinin keçirdiyi seçki ilə bağlı qalmaqal – Saxtakarlııq ittihamı
Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilərlə bağlı narazılıq var. Sosial şəbəkələrdə gedən müzakirələrdə seçkilərin şəffaf keçirilməsi şübhə altına alınır.
Təhsil üzrə ekspert Kamran Əsədov isə “BakuPost”a seçkinin tam şəkildə formal keçirildiyini deyib və Təhsil Nazirliyini saxtakarlıqda ittiham edib.
“Əgər həqiqətən Təhsil Nazirliyi yaratdıqları İctimai Şurada keyfiyyət axtarışında olsaydı, özləri ictimaiyyət tərəfindən müsbət qəbul edilən şəxsləri də dəvət edərdilər. Hər şey və hər kəs bir yana, “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyinin qeydə alınmaması əslində, Təhsil Nazirliyi yanında İctimai Şura haqqında təsəvvür ortaya qoyur. Belə qurum və şəxslər çoxdur”,- deyə ekspert bildirib.
İctimai Şuraya üzv seçilən təhsil eksperti Etibar Əliyev isə seçkinin formal və saxtakarlıqla keçdiyi barədə iddialarla razılaşmır. Etibar Əliyev Yenisabah.az-a açıqlamasında bildirib ki, bu iddialların heç bir əsası yoxdur. “Başa düşmürəm ki, hansı saxtakarlıqdan söhbət gedir. 41 nəfər 34 namizəddən 11-ni Şuraya üzv seçib. 41 nəfər seçki üçün çox kiçik rəqəmdir. Burada necə saxtakarlıq ola bilər axı?
Siyahıya baxsanız görərsiniz ki, Şuraya üzv seçilən şəxslər cəmiyyətdə, təhsil sahəsində kifayət qədər tanınmış adamlardır. Şahlar Əsgərovu, Asif Cahangirovu, Elmina Kazımzadəni, İqar Orucovu, Ülviyyə Mikayılovanı nümunə göstərə bilərəm. Hələ özümü demirəm. Hər halda təhsil sahəsi ilə bağlı azı 11 kitabın müəllifiyəm, hər həftə mətbuatda məqalələrim dərc olunur və s. Burada təsadüfi adamlar yoxdur.
Bir məqamı da deyim. Yazırlar ki, filankəsləri Şurada görmək istərdik. Axı həmin şəxslər namizədliklərini irəli sürməyiblər. Şura kiminsə şəxsi istəkləri ilə formalaşmır. Gərək namizəliyini verəsən və səs toplayıb seçiləsən. Kimsə bu seçkidə iştirak etməyibsə, bu, onun problemidir. Şəxsən mən Kamran Əsədov kimi bir ekspertin Şurada təmsil olunmasını istəyirdim. Amma o, namizədliyini vermədi ”,- deyə ekspert bildirib.
Etibar Əliyev seçicilər və namizədlərin müəyyənləşdirilməsi prosesinə də aydınlıq gətirib: “Burada hər hansı qeyri-şəffalıqdan söhbət gedə bilməz. Çünki Təhsil Nazirliyi seçkilə bağlı kifayət qədər təbliğat aparmışdı. Bu kampaniyada təbii ki, seçicilər və namizədlər barədə də məlumatlandırma işi aparılırdı.
Seçicilər də tanınırdı, namizədlər də. Seçki Komissiyalarında da kifayət qədər tanınmış şəxslər təmsil olunurdu. Namizədlərin müəyyənləşdirilməsi “o olsun, bu olmasın” prinsipi ilə həyata keçirilməyib. Burada Təhsil Nazirliyinə müraciət edənlərlə bağlı hərtərəfli araşdırma aparılıb. Bu spesifik sahədir və namizədlər təhsil və elm sahəsində biliyə malik olmalıdırlar”.
Xatırladaq ki, Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər sentyabrın 4-də Azərbaycan-Fransız Universitetinin (UFAZ) akt zalında keçirilib.
Səsvermənin nəticəsinə əsasən, İlqar Orucov, Şahlar Əsgərov, Etibar Əliyev, Nadir İsrafilov, Ülviyyə Mikayılova, Elmina Kazımzadə, Anar Vəliyev, Mirzə Cəfərzadə, Asif Cahangirov, Mais Əliyev və Hikmət Əlizadə İctimai Şuraya üzv seçiliblər.
Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 2019-cu il 11 iyul tarixli əmrinə əsasən yaradılır. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirməkdir.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-09-2019, 16:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-09-2019, 16:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti