“Kürd mafiyası” Azərbaycana narkotik daşıyır - Məhkəmədə açıqlandı
Füzuli rayonundan köçkün düşmüş bacı-qardaş narkotik vasitələrin satışı ittihamı ilə hakim qarşısına çıxarılıb. Məlum olub ki, onlar İrandan olan narko tacirlərlə cinayət əlaqəsinə giriblər. Cinayətkar qrupun yaxalanmasında Dövlət Gömrük Komitəsinin özünü alıcı kimi təqdim edən əməkdaşının rolu olub.
Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda, narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Füzulu rayon sakini 41 yaşlı Püstəxanım Mirzəyeva və qardaşı 46 yaşlı Bəşir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
regionxeberlericom.az-un Virtualaz.org-a istinadən xəbərinə görə, təqsirləndirilən şəxslər İranda şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə cinayət əlaqəsinə giriblər və Azərbaycana qaçaqmalçılıq yoluyla narkotik vasitə gətirməklə bağlı plan qurublar. Plana əsasən, ötən il noyabrın 30-da Bəşir Məmmədov İrana yollanıb.
Gömrük Komitəsi əməliyyat qurur
Cinayətkar qrupun fəaliyyəti ilə bağlı Dövlət Gömrük Komitəsinə məlumat daxil olub. Gömrük əməkdaşı şərti alıcı qismində B.Məmmədovla telefonda danışıb. B.Məmmədov ona özünü “Şükran” kimi təqdim edib. Qrup üzvlərinə “Azad” adlı şəxsin (şərti alıcının adı belə olub-red.) narkotik vasitələrin satışını həyata keçirəcək etibarlı, güvəniləcək adam olduğunu deyib.
Nəhayət, ötən ilin dekabrında Abşeron rayonu, Mehdiabaddakı “Gənclər” şəhərciyi , 8 saylı binanın həyətində Püstəxanım Mirzəyeva 5 kilo həşişi şərti alıcıya satmaq istəyərkən saxlanılıb. Həmin vaxt qardaşı B.Məmmədov İranda olub. O, bacısı həbs edildikdən bir neçə gün sonra Azərbaycana qayıdarkən Biləsuvar gömrük postunda saxlanılıb.
Təqsirləndirilən Püstəxanım Mirzəyeva ifadəsində deyib ki, səhhəti ilə bağlı bacısıyla birgə İranın Parsabad şəhərinə müayinəyə getmişdi. Oradakı xəstəxanada Saleh və Xədicə adlı ər-arvadla tanış olub, həmin şəxslər cərrahiyyə əməliyyatı olunmaq üçün ona Tehrana getməyi məsləhət görüblər.
”Bizi evlərinə dəvət etdilər, qalmağa yerimiz olmadığından razılaşdıq. Bir-birimizin telefon nömrəsini götürdük. Ertəsi gün isə Azərbaycana qayıtdıq”,-Mirzəyeva bildirib.
Narkobaron Saleh və “bariqaları”
P.Mirzəyevanın ifadəsinə görə, Bakıya qayıtdıqdan sonra ara-sıra Salehgillə əlaqə saxlayıb. Ötən il noyabrın sonunda Saleh ona zəng vuraraq həşiş göndərəcəyini, narkotik vasitəni Ukraynadan olan tanışının gəlib götürəcəyini, 30 min manat pul verəcəyini, həmin puldan ona 500 manat çatacağını deyib. Əvvəlcə razılaşmayıb, tutulacağından qorxub, amma sonradan razılaşıb.
Narkotik vasitənin Əmir adlı İran vətəndaşı tərəfindən Bakıya gətiriləcəyi və Püstəxanıma veriləcəyi bildirilib. Ona “malı” digər şəxsə verib pul alması tapşırılıb: “Saleh zəng vurub dedi ki, həşiş Beyləqan rayonu ərazisində sərhəddən keçirilib, Əmir adlı şəxsdədir, gətirib sənə verəcək. Həyətdə gözlədim, 40-45 yaşlı bir kişi gəlib çanta verdi, dedi ki, Saleh göndərib. Evə gəldim, Salehə zəng vurdum. Saleh dedi ki, yarım saata gəlib 30 min manat verib malı götürəcəklər”.
İranlının girov saxladığı azərbaycanlı
Təqsirləndirilən şəxsin dediklərindən belə məlum olub ki, həmin vaxt qardaşı Bəşiri Saleh öz evində girov saxlayıb, narkotiki ukraynalıya verib pulunu almayacağı təqdirdə Bəşiri suya atacağı ilə hədələyib.
İstintaq zamanı sonrakı ifadələrində Salehin göndərdiyi çantadakının həşiş olduğunu bilmədiyini, maşın yağı olduğunu düşündüyünü göstərib.Məhkəmədə isə elan olunmuş ittihamla özünü təqsirli bilməyib. İfadəsində səhvinin iranlının ona verdiyi çantanı götürməsi olduğunu deyib.
25 il sonra Rusiyadan vətənə dönən Bəşiri İrana çəkib aparan nə olub?
Təqsirləndirilən Bəşir Məmmədov ifadəsində 1994-cü idən Rusiyanın Orenburq vilayətində yaşadığını, qəsdən adam öldürdüyünə görə 9 il azadlıqdan məhrum edildiyini, 2017-ci ildə həbsdən buraxıldığını və Azərbaycana deportasiya olunduğunu göstərib. Bacılarının hər ikisinin xəstəlikləri ilə bağlı İrana gedib-gəldiklərini öyrənib: “Püstəxanımgildə olanda Saleh zəng vurdu, bacımla görüntülü danışdılar. Bacım Salehlə məni tanış etdi, sonuncu da məni İrana qonaq çağırdı. Ötən ilin noyabrında İranın Aslandüz şəhərinə getdim. Salehlə görüşdük, məni həkimə, oradan da evinə apardı. Salehgildə olanda onun İbrahim adlı bir dostu gəldi. Dedi ki, bir Ukrayna vətəndaşı var, ona narkotik satmaq istəyirik, amma həmin şəxsi tanımırıq, dövlət işçisi olmasından qorxuruq”.
Saleh “kürd mafiyası”nın Azərbaycana narkotik daşıması haqda
B.Məmmədov iranlıların təkidi ilə “Azad”ı tanımaq üçün onunla danışıb, əlaqə saxlayıb. Ondan Ukraynadakı qohumunu tanıyıb-tanımadığını soruşub. O da öz növbəsində həmin şəxsi tanıdığını deyib.
Təqsirləndirilən şəxsin ifadəsindən: “Salehgilə dedim ki, narahatçılığa heç bir əsas yoxdur, “Azad”la iş görə bilərlər. Saleh deyirdi ki, Arazboyu ərazilərdə kürd mafiyası mövcuddur. Həmin mafiya Türkiyə, Ermənistan və Azərbaycana Araz boyunca narkotik vasitə gətirir. Sərhəddi keçərək narkotik vasitələri Araz çayı ətrafında yerləşdirirlər. Azərbaycandan olanlar özləri həmin malları oradan götürüb müxtəlif rayonlara, paytaxta daşıyırlar. “Azad”ın etibarlı şəxs olduğunu biləndən sonra Saleh 5 kilo həşişi kürd mafiyasının İran vətəndaşı olan nümayəndəsinin artıq Azərbaycana apardığını, təhvil vermək üçün ünvan gözlədiklərini deyib”.
“Qardaşın buradadır, girov saxlamışam, başını kəsərəm”
B.Məmmədov deyib ki, bacısı çantadakının narkotik vasitə olduğunu biləndə tərəddüd edib. Saleh isə telefonda ona “qardaşın burdadır, onun başını kəsərəm, girov saxlamışam” deyib. Həm də işin müqabiində 500 manat verəcəyini söyləyib: “Sonradan bilmişəm ki, telefonda danışdığım şəxs – “Azad”gömrük əməkdaşı Malik Əliyev olub. Azərbaycana qayıdanda gömrükdə məni saxladılar, Dövlət Gömrük Komitəsinə apardılar, dedilər ki, bacın narkotiklə tutulub, inanmadım. Məni də narkotik vasitə gətirməkdə ittiham etdilər”.
Qeyd edək ki, istintaq zamanı bacı-qardaş etirafedici ifadələr versələr də, məhkəmədə ittihamlarla razılaşmayıb, günahsız olduqlarını deyiblər.
B.Məmmədov ziddiyyətli ifadə verməsinin səbəbini belə izah edib: “Bacımın günahsız olduğunu bilirdim, ona görə də cinayəti boynuma götürdüm. Onun buraxılacağını düşündüm. Amma bacımı buraxmadılar”.
Məhkəmə prosesi davam edir.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-09-2019, 11:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-09-2019, 11:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26