“Quli” erməni “kriminal”ın “qanuni oğru” statusunu bərpa etdi - FOTO
“Quli” ləqəb ilə tanınan “qanuni oğru” Nadir Səlifov 20 il əvvəl titulunu itirmiş “Arman Kalujiski” kimi tanınan Arman Caninyanın statusunu bərpa edib.
Bu, gürcü “qanuni oğru” Quram Çixladzenin (Kvejoviç) döyüldüyü “sxodka”da baş verib.
Arman Caninyanın “qanuni oğru” adının qaytarılması ilə bağlı uzun müddət idi ki, kriminal avtoritetlər arasında məsləhətləşmələr gedirdi. Onun titulunu qaytarmaq təşəbbüsünü isə “Batya” ləqəbli Otari Tokotiya irəli sürmüşdü. Lakin bunun üçün kriminal aləmdə daha çox nüfuza malik və kifayət qədər böyük təsir imkanları olan “Quli”nin də razılığı lazım idi. “Quli” qərarını bildirməzdən əvvəl Arman Caninyana qarşı iddiası olan bütün erməni “qanun oğrular”la telefon əlaqə saxlayıb. Bəlli olub ki, Arman Caninyanla bağlı artıq hər hansı problem qalmayıb. Bundan sonra “Quli” onun titutlunun geri qaytarılmasına müsbət cavab verib.
Otari Tokotiya və “Yura Lazarevski” kimi tanınan Yura Usoyan da Arman Caninyanı “qanun oğru” kimi tanıdıqlarını bəyan ediblər. Kriminal aləmin “xaç atası” kimi tanınan “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov da onun statusunun bərpa edilməsinə etiraz etməyib.
Armen Caninyan 1996-cı ildə erməni “qanun oğru” “Kndo” ləqəbli Maels Mkrtçyanın təqdimatı ilə taclandırlıb. Lakin 1999-cu ildə “qanuni oğru” statusunu itirib. O, başqa bir erməni “qanuni oğru”su “Mais Kirovakanskiy” kimi tanınan Mais Karapetyanın iddialarına cavab vermək üçün təşkil olunan “sxodka”ya qatılmaqdan imtina edib. Bununla da “oğru” titulunu itirmiş olub. Karapetyanın qətlindən iki əvvələ qədər Caninyan onunla problemlərini həll edə bilməyib. Lakin özünü “qanuni oğru” adlandırmaqda davam edib.
2001-ci ilin aprelində isə kriminal aləmin daha on nüfuzlu avtoriteti Caninyanın “qanun oğru” olmadığını bəyan etdi.
O, 2003-cü ildə İrkutsk vilayətində cəza çəkərkən “Tyurik” ləqəbli Vladimir Tyurin və “Taxi” ləqəbli George Uqlava tərəfindən təhdid edildiyi üçün dustaqlardan təcrid olunub.
Paylaş:
Müəllif : Redaktor
Tarix:2-09-2019, 10:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:2-09-2019, 10:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29