İnam Kərimovu bitirən səbəb: - KTN-na nəzarət digər qurumlara tapşırıldı?
Azərbaycanın kənd təsərrüfatı məhsulları bazarından qiymətlər cib yandırır. KTN-nin hazırladığı hesabatlarda isə tərəvəzdən tutmuş meyvəyə, pambıqçılığa, taxılçılığa qədər bütün sahələrdə analoqu olmayan inkişafdan bəhs edilir. Di gəl ki, Dövlət Gömrük Komitəsinin statistik məlumatları tamamilə başqa şeylərdən xəbər verir – istehsalın artdığı qeyd olunan bütün sahələrdə idxal da xeyli artıb.
Axı bu, necə ola bilər? Olmaya KTN başqa, DGK başqa çəki vahidi ilə işləyir?
DGK ilə KTN-nin ölçmə vahidləri arasındakı fərqi ən gözəl şəkildə ortaya qoyan taxılçılıqla bağlı verilən məlumatlardır. KTN-nin cari ilin 6 aylıq hesabatına görə, Azərbaycanda taxıl istehsalı (qarğıdalı da daxil olmaqla) 40,7% artıb. DGK-nın eyni ilin 5 ayı üçün hazırladığı hesabatda isə Azərbaycanın taxıl idxalı nə az nə çox, düz 28% artdığı bəyan edilir. İlk 5 ayda ölkəmizə 551 min 443 ton buğda idxal olunub. Azərbaycanın illik ərzaq buğda istehlakının 2 milyon ton olduğunu nəzərə alsaq, bu, ilin 4 ayında ümumi istehlakımızın 25%-dən çoxunu idxal etmişik, deməkdir.
Sözsüz ki, istehsal 40%-dən çox artsaydı, bu, idxala da təsir göstərərdi. Yəqin ki, idxalımız bu qədər artmaz, əksinə, azalardı.
Eyni sözləri digər məhsullar barədə də demək olar. KTN-nin bəhs etdiyimiz hesabatına görə, tərəvəz istehsalı 13,8%, meyvə və giləmeyvə istehsalı 21,1%, bostan məhsulları istehsalı 37,5% artıb. Cari ilin 6 ayı ərzində ölkədə 335,7 min ton kartof, 675,1 min ton tərəvəz, 125,2 min ton meyvə və giləmeyvə, 54,8 min ton bostan məhsulları istehsal olunub. Bazarlarda isə ötən illə müqayisədə qiymətləri ən çox artan da eyni adlı məhsullardır.
Maraqlıdır ki, bu artım hökumət nümayəndələrinin də diqqətindən yayınmayıb. Bir həftə əvvəl Kən Təsərrüfatı naziri İnam Kərimovla bərabər təğyiri-libas olub “Yaşıl bazar”a yollanan Baş nazirin müavini Əli Əhmədov bir satıcıdan kaftofun qiymətini soruşub. Aldığı cavaba heyrətini gizlətməyən Əli Əhmədov deyib:
"Yayın ortasında iki manata kartof olmaz".
Kənd təsərrüfatı məhsullarının qiymətləri cib yaxarkən, KTN hansı artımdan bəhs edir, anlamaq mümkün deyil.
Yeri gəlmişkən, Dövlət Gömrük Komitəsinin tərtib etdiyi cari ilin 7 ayı ərzində ən çox idxal edilən mallar siyahısında da ilk 9 yeri məhz kənd təsərrüfatı məhsulları tutub. Ümumi idxalımızın 10%-dən çoxunu təşkil edən ərzaq malları üçün ilin 7 ayı ərzində 856 milyon 233 min manatımız xaricə axıb. Halbuki, Azərbaycan aqrar ölkədir və Prezident İlham Əliyevin KTN qarşısında qoyduğu əsas öhdəlik idxaldan asılılığı sıfıra endirmək olmuşdu. Ölkə başçısının bu etimadının doğrulmamasının ən ciddi dəlili olan 7 aylıq idxal mallar siyahısını təqdim edirik:
Sual oluna bilər: DGK ilə KTN-nin bir-birinə zidd hesabatında kimə inanmalıyıq?
Zənnimcə, bu suala ən yaxşı cavabı Vergilər nazirinin müavini Sahib Ələkbərov verə bilər. “APA-Economics”in məlumatına görə, Vergilər Nazirliyində kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi ilə əlaqədar qarşıda duran məsələlərlə bağlı keçirilən seminar-müşavirədə çıxış edən nazir müavini deyib:
“Kənd təsərrüfatı sahəsində çalışanlara dövlət tərəfindən subsidiyalar verilir, onlar bir sıra əlavə güzəştlərdən və yardımlardan istifadə edirlər. Lakin təəssüflər olsun ki, bu sahədə hesabatlılıq günün tələblərinə cavab vermir, müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqlar mövcuddur”.
Sahib Ələkbərovun bu sözlərindən də aydın olur ki, KTN ilə DGK-nin hazırladıqları hesabatlardakı ziddiyyətlər Vergilər Nazirliyinin də diqqətindən yayınmayıb. Ən əsası isə, hökumətin digər qurumları kimi Vergilər nazirliyi də İnam Kərimovun rəhbərlik etdiyi komandanın rəqəmləri saxtalaşdırdığına inanırlar. Sahib Ələkbərovun Dövlət Gömrük Komitəsinin hesabatlarına daha çox etibar etdikləri barədə fikirlərindən belə aydınlaşır:
“Vergilər Nazirliyində və Dövlət Gömrük Komitəsində hesabatların alınması tam elektronlaşdırılıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Dövlət Statistika Komitəsində və Əmlak Məsələləri Dövlət Komitəsində bu prosesin davam etdirilir. Bu istiqamətdə görüləcək işlərin məqsədi kənd təsərrüfatı məhsullarının istehsalçılarının vergiyə cəlb edilməsi yox, real vəziyyəti düzgün əks etdirən uçotun və şəffaflığın təmin edilməsidir. Eyni zamanda bu, kənd təsərrüfatı sahəsində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması və onların pensiya təminatı üçün də çox vacib olan bir məsələdir”.
Göründüyü kimi, hökumət “kənd təsərrüfatı sektorunda real vəziyyəti düşgün əks etdirən uçot və şəffalığın təmin edilməsi üçün” bu sahədə hesabatları hazırlamaq görəvini digər qurumlara həvalə etmək niyyətindədir. Hər halda Sahib Ələkbərovun sözlərini analiz edəndə ortaya bu nəticə çıxır.
Bir zamanlar “ASAN Xidmət” adlı başarılı bir layihəyə imza atan İnam Kərimovu Kənd Təsərrüfatı naziri kimi bitirən səbəblərə gəlincə, fikrimizcə, başlıca amil onun işdən daha çox özünüreklama və rəqəmlərlə oyunmağa vaxt ayırmasıdır. Nə yazıq ki, KT naziri təyin olunduğu ilyarımlıq müddət ərzində İnam Kərimov kombaynların dalına “zınqrov” qoşmaqla, Hafiz Hacıyevin təbirincə desək, idarəsini xanımlar klubuna çevirməklə və əleyhdarlarına cavab verənləri (trollluğu) mükafatlandırmaqla yadda qaldı. Sonuncu iddianı irəli sürən isə tanınmış kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli irəli sürür. Vahid bəyin iki gün öncə facebook səhifəsində paylaşdığı statusda deyilir:
“İndi bəlli olub ki, kənd təsərrüfatı naziri məhz məni təhqir etdiyinə görə bir nadanı direktor təyin edib. Həmin adam dostuna deyib ki, mən zamanında nazirin nəbzini tutdum və yaxşı vəzifəyə getmək üçün müəllimin (Mənim V. M.) haqqında tənqidi yazı yazdım. Onun dediyinə görə, nazir dərhal müsbət reaksiya verib, ona yüksək vəzifə təklif edib. Əgər həqiqətən belə olubsa, deməli, naziri bu yolla ələ alanların sayı çox olacaq. Ona görə ki, mən kənd təsərrüfatında mövcud olan problemlərdən və dövlət qurumlarının fəaliyyətsizliyindən yazmaqda davam edəcəm”.
Belə görünür ki, Vahid Məhərrəmlinin inadkarlığı sayəsində İnam Kərimov da ona bəslənən inamı itirməyə davam edəcək.
Ovqat.com
Paylaş:
Müəllif : Yazar
Tarix:30-08-2019, 13:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-08-2019, 13:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |