Arzu Rəhimovun Gədəbəydəki adamı bazar açıb... - İTTİHAM
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsi hərbi bilet satır, – bunu Anews.az-ın elektron poçtuna göndərdiyi şikayət məktubunda Gədəbəy rayon Arıqıran kənd sakini Ziyəddin Məmmədov bildirib.
“Məndən oğlumun hərbi bileti üçün əvvəlcə 4 min manat pul istədilər. Sonra 250 manata endirdilər. Oğlum Rəhman Məmmədov hərbi xidmətə yararsız olmasına baxmayaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsi hərbi bileti vermir. 3 il qabaq oğlum orta məktəbi bitirdi. Hərbi xidmətə getmək üçün Gədəbəy rayon Hərbi Komissarlığına dəvət olundu. Həkim yoxlanılması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeçiliyində olan hospitalda həkim yoxlamasından keçdi və həkimlərin rəyinə əsasən xidmətə yararsız kimi qiymətləndirildi. Həmin gündən 3 il keçməsinə baxmayaraq hələ də hərbi bilet ala bilmirik.” – deyə Məmmədov bildirir.
Bundan sonra bir neçə dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsinə müraciət etsə də Ziyəddin Məmmədov oğlunun hərbi bileti üçün ondan əvvəlcə 4 min manat pul istəyiblər. Həmin pulu verməyə maddi imkanı olmadığını deyəndə 4 min manat “güzəşt edərək” hərbi bileti 250 manata verəcəklərini söyləyiblər. “Biz aztəminatlı ailə olduğumuza görə, o pulu verməyə maddi gücümüz çatmır. Təklif etdim ki, əgər oğlum sağlamdırsa hərbi xidmətə getsin, xəstədirsə yararsızlıq hərbi bileti verilsin. Lakin vermədilər. Mənim oğlum ilə eyni dönəmdə yoxlamadan keçən xəstə uşaqlara hərbi bilet verildi. Hətta elə uşaqlar oldu ki, sağlam olmasına baxmayaraq pul ilə onlara xəstə kimi yararsız hərbi bileti verdilər”. – deyə Məmmədov əlavə etdi.Növbəti belə xoşagəlməz hal Nurlan Süleymanov ilə baş verib. Onun yaxınlarının dediyinə görə, Nurlan xəstə uşaqdır. Böyrəyinin biri həm balacadır, həm də balaca olan böyrəyi öz funksiyasını yerinə yetirə bilmir. “3,5 ildən çoxdur ki, biz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsindən Nurlanın hərbi biletini ala bilmirik. Hər dəfə bilet üçün müraciət edəndə Bakıya yoxlamaya yazırlar. Bu müddət ərzində Nurlan Bakıda 5 dəfə həkim yoxlamasında olub. Hər dəfə də xəstə çıxıb. Lakin yenə də hərbi biletini vermirlər”, – deyə valideyn şikayətlənir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsinə dəfələrlə müraciət etsək də qurumdan cavab ala bilmədik. Bizə hərbi biletlərin hansı səbəbdən yararsız sayılan gənclərə vermədiklərinin səbəbini elə də izah etmədilər.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-08-2019, 11:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-08-2019, 11:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11