Bir milyarda yaxın pul Azərbaycandan necə çıxarılıb? – Qarğıdalı əməliyyatı…
Tanınmış vəkil Adil İsmayılov "Beynəlxalq Bank işi" ilə bağlı növbəti sensasion yazısını yazıb.
Beynəlxalq Bankın cinayət işindəki qanunsuzluqlar təkcə əməlin tövsifi ilə bitmirdi. İşi oxuyarkən gördüyüm qanun pozuntularını sadalayıb vaxtınızı çox almayım. Təsəvvürünüz olması üçün deyim ki, müdafiə etdiyim şəxsin kassasiya şikayəti 12 ölçülü şriftlə 20 səhifə idi. Yəqin hamınız üçün maraqlıdır ki, yüz milyonlarla dollar pul vəsaiti Azərbaycandan necə çıxarılıb. Cinayət işinin materialları ilə tanış olub pulların ölkədən necə çıxarılmasının mexanizmini araşdırmağa çalışdım. Pərdə arxasında nələrin baş verdiyini deyə bilmərəm. Amma işdən görünən o idi ki, bu məsələ istintaqı heç maraqlandırmayıb və bu istiqamətdə heç nə edilməyib. İndi cinayət işinin materialları, əlimdə olan sənədlər və DÜNYAMIN XƏLILOVUN ifadəsinə istinad etməklə bu mexanizmi açmağa çalışacam.
Ondan başlayım ki, Azğrbaycan Respublikası Milli Məclisinin deputatı olmuş Dünyamin Xəlilov Beynəlxalq Bankın İdarə Heyətinin Sədri Cahangir Hacıyevin yaxın çevrəsinə daxil olan şəxsdir. Əslən Gürcüstandan olan Xəlilovun 2005-ci ildə Zaqatala Balakən seçki dairəsindən deputat seçdirilməsi də onunla bağlıdır. Xəlilov ifadəsində Cahangir Hacıyevlə münasibətlərinin 1978-ci ildə yaranmasını, 2001-ci ildə onun təklifi ilə "General Constraktion” MMC-nin direktoru vəzifəsinə təyin olinduğunu, 2002-ci ilin axırlarından isə «Oceanstream» İNC şirkətinin fəaliyyətini müşahidə etməsini, bu şirkətin vasitəsi ilə xaricdən maliyyə vəsaitinin cəlb edilməsini, həmçinin Beynəlxalq Bankın maliyyə dəstəyi ilə xaricdə həyata keçirilən layihələrin maliyyələşdirildiyini göstərmişdir.
Xəlilov ifadəsində göstərir ki, "Cahangir Hacıyevin tapşırığı ilə xarici layihələrin maliyyələşməsi bir çox hallarda «Oceanstream» İNC şirkəti vasitəsi ilə həyata keçirilmişdir. Xaricdə hər hansı layihənin həyata keçirilməsinin bankda ilkin müzakirələri və qərarların qəbul edilməsi mənim iştirakım olmadan aparılmış, qərar verildikdən sonra isə hansı işlərin görülməsi ilə bağlı mənə müvafiq tapşırıq bankın rəhbərliyi tərəfindən verilmişdir. Mən rəhbərlik dedikdə Cahangir Hacıyevi, Emil Mustafayevi və Akif Əliyevi nəzərdə tuturam.
Misal üçün göstərə bilərəm ki, Albaniya və Türkiyədə hansısa layihənin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin layihələrin maliyyələşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar almışam. Bəzi hallarda yeni MMC-lər təsis edilərək fəaliyyətə başlayır, həmin MMC-lər «Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyətindən kredit alır və «Oceanstream» İNC şirkəti vasitəsi ilə layihəyə yönləndirilirdi. Bəzi hallarda isə maliyyə mənbəyi müəyyən edilərək mənə bu barədə məlumat verilirdi”
İstintaq materiallarından görünür ki, 2006-cı ildən başlayaraq Cahangir Hacıyevin tapşırığına əsasən Dünyamin Xəlilov coxlu sayda şirkətlər "qurmuşdu". Bunların sırasına "Alfa Layn” MMC, " Beta Layn” MMC, "Siqma Layn” MMC, "Aqora” MMC, "Pərvanə” MMC, "Uni oyl” MMC, "Kondor qrup”MMC və başqaları daxil idi. Bu şirkətlərin qurulmasında yeganə məqsəd Beynəlxalq Bankdan onların adına kreditlərin rəsmiləşdirilməsi və saxta müqavilələr əsasında bu pulların ölkədən çıxarılması idi. Əksəriyyəti eyni gündə təsis edilmiş bu şirkətlərin təsisçisi və direktorları bir qayda olaraq Dünyamin Xəlilovun rəhbərlik etdiyi "General Konstrakşn” MMC-nin əməkdaşları və ya Cahangir Hacıyevin qulluqçuları olurdu. Bu adamlar təsisçiliyə razılıq verdikləri və sənədləri imzaladıqlarına görə ayda 100 manat məvaciblərinə əlavə alırdılar. Sonda bu 100 manata görə 30 nəfərdən çox adam məhkəməyə verilib. Onlardan bir hissəsi müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.
Cinayət işində olan sənədlərdən görünür ki, Beynəlxalq Bankdan verilmiş kreditlər son nəticədə bu Şirkətin hesabına köçürülüb. «Oceanstream» İNC şirkəti 04.06.2002-ci ildə Panamada qeydiyyata alnıb. Cinayət işi üzrə müdafiəçi kimi işə baladıqdan sonra bu şirkətə aid müəyyən sənədləri əldə etdim və onları kassasiya şikayətinə əlavə edərək Ali Məhkəməyə təqdim etdim. Təəssüf ki, bu sənədlərə baxan da olmadı. Ali Məhkəmənin qərarında onların adı belə çəkilmir. Həmin sənədlərə əsasən 23 fevral 2006-cı ildən şirkətin qanuni təmsilçiləri Bakı şəhəri Topçubaşov küçəsi, ev 21, mən.32-də qeydiyyatda olan Xəqani Bəşirov, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 41, mən.25-də qeydiyyatda olan Dünyamin Xəlilov və H.Cavid prospekti 522-ci məhəllə,ev D, mən.14-də qeydiyyatda olan Bəşir Bünyatov olmuşdur.(Xəqani Bəşirov və Bəşir Bünuatov da Dünyamin Xəlilov kimi Vneşekspertservisin əməkdaşlarıdır).
25 iyun 2007-ci ildən Dünyamin Xəlilovu Anar Rəhimov əvəz etmişdir. 2011-ci ilin iyununda bu siyahıya Fərhad Rəhimov əlavə edilmişdir. 2012-ci ilin avqustunda təmsilçilər Xəqani Bəşirov, Fərhad Rəhimov və Eva Rodick olmuşdur. Cinayət işi məhkəməyə göndərildikdən sonra 14.12.2016-cı ildən isə qanuni təmsilçiləri Bakı şəhəri, Nəsimi rayonu Cavadxan kücəsi ev 3, mən 12-də qeydiyyatda olan Fərhad Ələkbərov və Masallı şəhəri, M.Müşfiq küçəsi ev 10-da qeydiyyatda olan Əhməd Cavanşır oğlu Həsənovdur...
İndi "Kondor qrup”MMC-nin timsalında Beynəlxalq Bankdan götürülmüş kreditlərin Azərbaycandan hansı yolla çıxarılmasını diqqətinizə çatdırmaq istəyirəm. 5 aprel 2007-ci ildə Nizamnamə fondu 100 manat olan "Kondor qrup”MMC təsis edilir. 13 aprel 2007-ci ildə MMC "Cargill, incorporated” Amerika şirkətindən ümumi məbləği 6.100.000 (altı milyon yüz min) dollar təşkil edən qarğıdalı alınması barədə müqavilə imzalayır.
Həmin müqaviləni Beynəlxalq Banka təqdim edərək satıcı şirkətə ödənməsi üçün bu məbləğdə kredit ayrılmasını xahiş edir. Bank kreditin ayrılmasına dərhal razılıq verir. 23 aprel 2007-ci ildə "Kondor qrup”MMC həmin qarğıdalını Azərbaycana gətirmədən üzərinə azacıq gəlir qoymaqla elə Amerikada "Oсeanstream İNK” (Panama) şirkətinə satır. O isə öz növbəsində bu qarğıdalını yenidən bir qədər ucuzuna təzədən "Cargill” şirkətinə satır.
Bundan bir gün sonra 24 aprel 2007-ci ildə eyni əməliyyat təkrar olunur. Bu dəfə alqı-satqının predmeti 3.600.000 ( üç milyon altı yüz) dollarlıq taxıl məhsulları olur. Bu qaydada 24-25 sentyabr 2007-ci il və 04 iyun 2008-ci ildə daha 3 əməliyyat keçirilməklə cəmi 5 halda 28.200.000 (iyirmi səkkiz milyon iki yüz min) dollarlıq əməliyyat təkcə "Kondor qrup”MMC " vasitəsi ilə həyata keçirilib.
Əvvəlki yazını oxuyanda istər-istəməz sual yaranır ki, "Cargill” şirkəti bu əməliyyatlarda nə rol oynayır və onun marağı nədir? Cavab verim ki, "Cargill” şirkəti öz satdığı malı eyni gündə 9 % ucuz almışdır. Ümumilikdə 2006-2015-ci illər ərzində Azərbaycan Beynəlxalq Bankının üzərindən "Cargill” şirkətinin iştirakı ilə 100 milyonlarla dollarlıq bu cür əmtəəsiz əməliyyat həyata keçirilmişdir. Hər yüz milyonda 9 milyon gəlir Amerika üçün böyük rəqəmdir.
"Cargill” şirkəti barəsində yazmamışdan əvvəl də kifayət qədər araşdırmışam. Məlum olub ki, bu şirkət kənd təsərrüfatı məhsulları ilə yanaşı pul satmaqla da məşğuldur. Bu şirkətin sayəsində Ukraynanın iki bankı da müflis olub. Və nəhayət Azərbaycan Beynəlxalq Bankının 2 milyard 300 milyon ABŞ dolları xarici borcunun 715 milyon dolları təkcə Cargill şirkətinə olan borcdur. Öhdəliyin növü ticarətin maliyyələşdirilməsi göstərilmişdir.
Beynəlxalq Bank barəsində olan cinayət işinin materiallarına və ittiham aktına əsasən öyrəndim ki, əmtəəsiz əməliyyatlara görə ödənişlər "CARGİLL İNCORPORATED” şirkətinin Almaniya Federativ Respublikasının Hamburq şəhərində yerləşən "COMMERZBANK AC” bankında olan hesabına, Niderland Krallığının Rotterdam şəhərində yerləşən "DEMİR HALK BANK” bankında olan hesabına, İsveçrənin Cenevrə şəhərində yerləşən "CREDİT SUİSSE” bankında olan hesabına, Avstriya Respublikasının Vyana şəhərində yerləşən "RAİFFEİSNLANDESBANK OBEROSTERREİCH AG” bankında olan hesabına, Almaniya Federativ Respublikasının Frankfurt şəhərində yerləşən "DZ BANK AG DEUTSCHE ZENTRAL GENOSSENSHAFTSBANK” bankında olan hesabına və " Cargill” şirkətinin digər bank hesablarına keçirilmişdir. Amma buna baxmayaraq 2017-ci ilə ABB-nin "Cargill” şirkətinə yuxarıda qeyd etdiyim kimi 715 milyon dolları borcu qalmışdır. Sual yaranır əgər ABB bu pulları istintaqın və məhkəmənin iddia etdiyi kimi "Cargill” şirkətinə ödəmişdirsə onda bu borc haradan yarandı? Yox əgər pul "Cargill” şirkətinə deyil başqa ünvana gedibsə bu ünvan sahibi kimdir?
Təəssüf ki, bu suallara istintaq materiallarında birbaşa cavab yoxdur. Beynəlxalq Bankın Cargill şirkətinin adı ilə yuxarıda adlarını çəkdiyim banklara və digər banklara pul köçürməsi məlumdur. Köçürmələrin edildiyi hesablar da məlumdur, amma bu hesabların Cargilə aid olub-olmadığı bilinmir. Cinayət işinin materiallarında istintaqın bu istiqamətdə hər hansı addım atdığı görünmür. Bu məsələ ilə əlaqədar bir məqamı vurgulamaq yerinə düşər. Dünyamin Xəlilov kredit pulların hara göndəilməsi barədə belə ifadə verir: "Həmin vəsait xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsi məqsədi ilə akkreditiv yolu ilə rəsmiləşdirilmiş və ayrılan vəsaitin hamısı «Oceanstream» İNC şirkətinin "Bank BSP”-də (İsveçrə) olan hesabına daxil olmaqla xərclənmişdir”.
Yuxarıda kreditə ayrılmış pulların Azərbaycandan necə çıxarılması barədə yazmışdım. Yazdıqlarımın daha aydın olması üçün bunu sadə dillə izah etməyə ehtiyac olmasını görürəm. Əvvəl-əvvəl bu mexanizm məni də çaş-baş salmışdı. Demək belə. Azərbaycan şirkəti ("Kondor”) Amerika şirkətindən ("Cargill”) 1 milyon dollarlıq taxıl almaq üçün müqavilə imzalayır. Beynəlxalq Bank bu məqsədlə "Kondora” 1 milyon dollar məbləğində kredit ayırır. Müqavilənin şərtinə görə bank geri çağırılmayan akkreditiv açır və həmin məbləğ 360 gündən sonra satıcı "Cargill”ə ödənir.
"Kondor” eyni gündə "Cargill”dən aldığı taxılı üzərinə 10 min dollar qoymaqla Panama şirkəti «Oceanstream»ə satır. Sonuncu isə yenə həmin gün taxılı ziyanla 900.000 dollara "Cargill”satır. "Cargill" həmin pulu dərhal "Oceanstream"ın hesabına köçürür. Beləliklə əslində heç bir əməliyyat aparılmadan daha doğrusu əmtəəsiz əməliyyat nəticəsində Amerika şirkəti bir ildən sonra 1 milyona qarşı 100 min gəlir əldə edir.
Bu suala cavab yəqin ki Cargill və Beynəlxalq Bank, istintaq və məhkəmə verməli idi. Görünən odur ki, etməyib.Yeri gəlmişkən "Cargill" nədənsə sorğulara cavab vermir. Belə çıxır ki, əməliyyatdan yeganə qazanc əldə edən tərəf «Oceanstream» Panama şirkəti olub. Özü də bu şirkət ikiqat qazanc əldə edib. Əvvəlcə "Cargill”ə satdığı taxıla görə 900 min dollar alıb, sonra isə " Cargill”ə çatacaq 1 milyon dollar da onun hesabına köçürülüb. Mənim gəldiyim nəticə bu idi. Bu işdə yeganə zərərçəkən tərəf isə Azərbaycan və onun vətəndaşları idi. Çünki dövlət "Cargill”ə dəymiş zərəri öz üzərinə götürdü. Mənə indiyə kimi də aydın deyil ki, niyə Panama şirkətinin borcunu biz ödəməliyik.
Suala ətraflı cavab verəcəm və bilirəm ki, bu cavab hamınızı şoka salacaq, necə ki məni salmışdı. Öncə onu deyim ki, bank əməliyyatları sahəsində peşəkar olmadığımdan məsləhət üçün bir neçə qalstuksuz müəllimə müraciət etdim. Onlardan ağlabatan cavab ala bilmədim. Sonda Maliyyə Naziri Samir Şərifova müraciət edib məni qəbul etməsini xahiş etdim ondan da səs çıxmadı...
Paylaş:
Müəllif : Redaktor
Tarix:22-08-2019, 21:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:22-08-2019, 21:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |