Bizi ərəblərə möhtac qoyan AZAL - Dünya bazarından 4 dəfə bahalı biletlər
Avropalı turistlərin istirahət və gəzmək üçün ölkəmizi seçməməsinin başlıca səbəblərindən biri də Azərbaycan Hava Yollarının (AZAL) monopolist siyasətidir.
Aviabiletlərin qiyməti o qədər yüksəkdir ki, ölkə əhalisi belə xarici ölkəyə üz tutanda, qonşu ölkələrin, daha çox Gürcüstan Hava Yollarının xidmətindən istifadə edir. Bununla bağlı faktlar da kifayət qədər çoxdur. Onlayn bilet sifarişi bölməsində qısa axtarış etmək kifayətdir ki, qiymətlər arasındakı fərqli, belə demək mümkündürsə, uçurum açıq şəkildə görünsün.
Cebhe.info xəbər verir ki, belə bir faktla qarşılaşan Vüqar Abbasov adlı "Facebook" istifadəçisi yazır:
“Niderlanddan (Eindhoven şəhərindən) Gürcüstana (Kutaisi şəhərinə) gediş-dönüş üçün aviabiletin qiyməti cəmi 83 avro 11 sentdir və həm də uçuş birbaşa həyata keçirilir. Həmin tarixdə məmləkətimizə (Bakıya) ən ucuz qiymət 325 avro 39 sentdir, uçuş isə birbaşa deyil.
Qiymətləri müqayisə etsək görərik ki, arada 4 dəfə fərq var. Digər tərəfdən, 83 avro 11 sent ödəməklə 4 saata, 325 avro 39 sent ödəməklə isə 9 saata mənzil başına çatırsan.
Bu, bir istiqamətdə olan aviabiletlərin müqayisəsidir. AZAL-dan və digər özəl aviaşirkətlərdən eyni şəhərə, eyni məsafədən bilet qiymətlərini müqayisə etsəz, fərqli siz də açıq şəkildə görə bilərsiz.
Bu faktın özü AZAL-ın ölkənin turizm potensialının inkişafına vurduğu zərbənin miqyasını göstərir. Son illər Bakıda “göz çıxaran” ərəb turistlərlə bizi də “üz-üzə qoyan” məhz AZAL-dır. Avropalı turistləri ölkəmizdə görmək demək olar ki, mümkün deyil. Gələnlər isə ya rəsmi səfərə, ya da hansısa idman yarışına görə gələnlərdir.
Digər tərəfdən AZAL-ın qiymətlərinin baha olması həm də özünün şirkət kimi rentabelliyini aşağı salır. Əgər bazarda normal, rəqabətli mühit olsaydı, AZAL bu qiymət siyasəti ilə çox davam gətirə bilməzdi. Amma AZAL-ın alternativi, monopolist şirkət olması, onun hələ də varlığını qorumağa imkan verir.
Türkiyənin ucuz bilet satması ilə məşhur olan "Pegasus” şirkəti əvvəllər Azərbaycanda bir müddət fəaliyyət göstərdi və AZAL onunla rəqabətə davam gətirmədiyi süni maneələr yaradaraq, ölkədən getməsinə səbəb oldu. Amma bir müddət sonra Türkiyənin "Pegasus" aviaşirkəti Azərbaycana reysləri həyata keçirmək üçün ölkədən icazə aldı və məlumatlara görə, müqavilə şərtlərində ciddi məhdudiyyətlər mövcuddur.
Qeyd edək ki, hazırda AZAL şirkəti Bakıya, Gəncəyə və Naxçıvana uçuşlar həyata keçirən "Türk Hava Yolları" ilə sıx əməkdaşlıq edir. “Türk Hava Yolları” ilə AZAL-ın uçuş qiymətləri arasında isə elə də ciddi fərq yoxdur. Burada söhbət Bakı Heydər Əliyev adına Hava Limanından həyata keçirilən uçuşlardan gedir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:21-08-2019, 10:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:21-08-2019, 10:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti