Gömrük rəqəmləri və “növbətçi” məlumatlar - İTTİHAM
Dövlət Gömrük Komitəsinin fəaliyyətindən narazılıq artır.
Komitə faktiki olaraq bu gün ən çox şikayət olan qurumlar siyahısına başçılıq edir. DGK-nin ləğv olunacağı, səlahiyyətlərinin isə başqa qurumlara veriləcəyi ilə bağlı söhbətlər səngimir. Hər gün insanları narazı salan bu qurumun ləğv olunmasını təklif edənlərin sayı artır. Bütün narazılıqlara, təkliflərə baxmayaraq Dövlət Gömrük Komitəsi özünəməxsuz iş “prinsipləri”ni və “fəlsəfəsi”ni dəyişmir. Hətta dəfələrlə rəsmi səviyyədə Komitənin ölkədə inhisarçılığa dəstək verdiyi bildirilib.
Qurum isə bunu təkzib edir, rəqəmlər, statistik məlumatlar paylaşır, amma bu açıqlanan “uğurlu fəaliyyət”in nəticəsi bazarda hiss olunmur. Məsələn, Dövlət Gömrük Komitəsinin aylıq statistikasında göstərilir ki, 2019-cu ilin 7 ayı ərzində xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 24 895 şəxs olub. Bu say 2017-ci ilin 7 ayı ərzində 9 865, ötən ilin eyni dövründə isə 13 934 təşkil etmişdi. Qısası, son 2 ildə idxal və ixrac ilə məşğul olan şəxslərin sayı 2,5 dəfə, son 1 ildə isə 1,8 dəfə artıb.
Təbii ki, bu göstərici alqışlanasıdır. Müsbət nəticədir və bazar münasibətlərində əslində, belə olmalıdır. Gömrük fəlsəfəsi də məhz bu işlərin görülməsini ehtiva edir. Amma təəssüf ki, Komitənin müsbət iş əmsalı o qədər aşağıdır ki, özlərinin görməli olduqları işə görə, quruma təşəkkür etmək məcburiyyətində qalırıq.
Komitənin verdiyi rəqəmlərdən belə qənaətə gəlmək olar ki, ölkədə monopoliya yoxdur və hər bir vətəndaş istədiyi malı ölkəyə gətirə, ölkədən apara bilər. Əgər belədirsə, bu da alqışalayiqdir. Amma rəqabətli mühit, azad bazar yoxdur. Əgər bu yoxdursa, rəqəmlər sadəcə olaraq “növbətçi” məlumatdan o yana keçmir.
Məsələn, bir vətəndaş ölkəyə bir ildə 1 ədəd avtomobil, 10 qutu siqaret gətirə bilər. Digər bütün növ mal və məhsullara məhdudiyyət tətbiq olunur. Hətta telefon bazarında da Gömrük Komitəsi inhisarçılığa dəstək verir.
Məsələn, bir müddət əvvəl ölkəyə telefon gətirmək, o cümlədən sifarişlə, onlayn qaydada mobil telefon almaqda heç bir problem yox idisə, artıq bu məsələdə də müəyyən qadağa mövcuddur. Gömrük Komitəsi bu məhdudiyyətlər özünün tətbiq etdiyi invoys siyasəti ilə dəstək verir. Həm də təkcə telefonlarda deyil, avtomobil və digər qiymətləri avadanlıqlarda da eyni sistem tətbiq olunur və bu da daxili bazarda bahalaşma yaradır.
Məsələn, əgər xaricdən 100 dollara hər hansı bir avadanlıq alınsa və həmin malın daxili bazarda qiyməti 300 dollardırsa, Gömrük Komitəsi 300 dollarlıq invoys tətbiq edir və həmin məbləğin vergisini vətəndaşdan tələb edir. Bununla bağlı faktda var. Faktını isə bu və ya digər formada Gömrük Komitəsi özü də təsdiq edib. Belə ki, Sənan Nağıyev adlı sahibkar ölkəyə 200 ədəd müxtəlif markalı mobil telefonlar gətirib və həmin malların dəyərinin 32 100 ABŞ dolları (54 min 570 manat) olduğunu bəyan edib. Müvəqqəti saxlanca götürülən malların gömrük rəsmiləşdirilməsi prosesində aparılan araşdırma zamanı onların dəyərinin aşağı göstərildiyi, real dəyərin 46 080 ABŞ dolları (78 min 336 manat) təşkil etdiyi müəyyən edilib və bu barədə Sənan Nağıyevə məlumat verilib. Buna etiraz edən Sənan Nağıyev şikayət ərizəsi ilə DGK-ya müraciət edib. Müraciətin araşdırılması prosesində Sənan Nağıyev dəfələrlə Komitəyə dəvət edilsə də, getməyib. Cari ilin iyun ayının 18-də isə həmin şəxs könüllü olaraq gətirdiyi telefonları sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında rəsmiləşdirib və 28 514 manat 80 qəpik məbləğində gömrük ödənişlərinin dövlət büdcəsinə köçürülməsi təmin edilib. Qeyd edək ki, bu haqda məlumatı Dövlət Gömrük Komitəsi özü yaymışdı.
Bu məqamda dəfələrlə gündəmə gələn digər problem isə rüsumların yüksək olmasıdır. Göründüyü kimi, sahibkar gətirdiyi 78 min 336 manatlıq mala görə 28 min 514 manat 80 qəpik, yəni 36.3 faiz rüsum ödəyib.
Avtomobil bazarında isə vəziyyət daha da acınacaqlıdır. Qısa araşdırma aparmaqla vəziyyətin əslində, necə olduğunu açıq şəkildə görmək mümkündür.
Məsələn, 5 min ABŞ dolları məbləğindəki avtomobil üçün 1672.53 manat gömrük rüsumu ödənilməlidir ki, bu da avtomobilin ümumi dəyərinin 20 faizi deməkdir. Yəni gömrük orqanları heç bir xərc çəkmədən hansısa xarici şirkətin öz istehsal etdiyi elektromobilin gəlirindən daha çox vəsait qazanır. Bu, avtomobilə görə istehsalçı şirkətin invoys-rəsmi bank sənədinə görə hesablanmasıdır. Gömrük Komitəsinin isə həmin rəsmi invoysları qəbul etmədiyi, özünün invoys tətbiq etdiyini nəzərə alsaq, ödənilməsi tələb olunan vergi avtomobil zavod dəyəri ilə eyni olur. Yəni 5 min dollara avtomobil almısınızsa, onu ölkəyə gətirmək üçün, təxminən, o qədər də Komitəyə verməlisən. Bütün bunlara nəzərə alsaq, Dövlət Gömrük Komitəsinin yaydığı son rəqəmlər “gözə kül üfürmək”dən başqa bir şey deyil Sanki qurum bütün gücü ilə varlığını qorumağa çalışır. Çünki qurumun ləğv olunması artıq oranın yüksək gəlirli məmurlarından başqa hər kəsin marağındadır.
Yaranan vəziyyəti analiz etsək görərik ki, bu ilin sonuna qədər Komitənin gələcək taleyi ilə bağlı qərar veriləcək. İlk növbədə ƏDV (Əlavə Dəyər Vergisi) toplanması Gömrük Komitəsindən alınaraq Vergilər Nazirliyinə veriləcək. Bu qərardan bir müddət sonra Gömrük Komitəsi ayrıca qurum kimi ləğv edilib Vergilər Nazirliyinə birləşdiriləcək. Gömrüklə bağlı prosedur artıq başlayıb və bunun məntiqini nəticəsini qısa zaman sonra görmək mümkün olacaq.
Cebhe.info
Paylaş:
Müəllif : Redaktor
Tarix:21-08-2019, 10:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:21-08-2019, 10:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti