Erməni əsgərin Azərbaycana qaçmasının dəhşətli səbəbləri - İLGİNC
Kazaryan Aro Xaykoviçin işğal altındakı Dağlıq Qarabağ bölgəsinə yerləşdirilmiş erməni hərbi birləşmələrindən fərarilik edərək, ağ bayraqla Azərbaycan tərəfinə təslim olması Nikol Paşinyan hakimiyyətinin erməni ordusu haqda yaratmaq istədiyi mifi dağıtdı.
Nikolun “dünyanın ən güclü 20 ordusundan biri etmək istədiyi erməni ordusu” təkcə qeyri-qanuni münasibətlər, zorakılıq və dəhşətli hadisələrin yaşandığı yox, həm də mövcud vəziyyətə dözməyən əsgərlərin döyüş postunu tərk etməsi hallarının mütəmadi olaraq baş verdiyi hərbi birləşmədir. Bədənində zədələr, əllərində popiros kötüyünün söndürüldüyü Kazaryanın xilas olmaq üçün Azərbaycan tərəfinə qaçması erməni ordusu haqda yazılanların təbliğat yox, fakt olduğunu təsdiqlədi.
Kazaryan avqustun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində işğalçı ordudan qaçaraq, Azərbaycan Ordusuna sığındı. O, xidmət etdiyi hərbi hissədə mövcud olan özbaşınalıq, qeyri-insani münasibət, komandirlərinin və digər əsgərlərin təzyiqinə məruz qaldığı üçün fərarilik etdiyini deyir.
Mümkündür ki, Kazaryan üzləşdiyi təhqirlərə və alçaldılmasına dözməyərək, şüurlu şəkildə qaçmaq planı qurub və səhər saatlarında postda olanda tək qalan kimi silahını qoyaraq, qaçıb. Erməni əsgərin üzərindəki zədələr, xüsusilə əlində popiros kötüklərinin söndürülməsi nəticəsində yaranan izlər erməni hərbi birləşmələrində baş verənləri əyani şəkildə göstərir. Görünür, 19 yaşlı erməni əsgər üçün yeganə çıxış yolu Azərbaycana sığınmaq olub.
Bu hadisədə üç məqam xüsusilə diqqət çəkir.
Birincisi, Kazaryanın Ermənistan vətəndaşı olmasıdır və bu, işğalçı ölkənin Qarabağdakı separatçı rejimin “özünümüdafiə dəstələri” uydurmalarını ifşa edən növbəti faktdır. 19 yaşlı erməni əsgər Ermənistanın Vayotsdzor vilayətinin Yexeqis kəndindəndir və digər kasıb ailələrin uşaqları kimi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə hərbi xidmətə göndərilib. Bu fakt bir daha təsdiq edir ki, Ermənistan vətəndaşları işğal altındakı bölgədə hərbi xidmət keçir və Qarabağa separatçı rejim yox, rəsmi İrəvan nəzarət edir. Azərbaycan danışıqlar masasında bu faktdan istifadə edə biləcək.
İkincisi, Kazaryan amili Ermənistan ordusunda acınacaqlı vəziyyətin keçmiş rejimin dövründəki kimi davam etdiyini əyani şəkildə sübut etdi. İndiyə qədər erməni mediası orduda korrupsiyanın, özbaşınalığın, qeyri-insani münasibətlərin olduğunu yazır, komandirlərin əsgərləri təhqir etdiyini, əsgərin əsgəri pis əməllər üçün istifadə etdiyini qeyd edirdilər.
“İnqilab heç nəyi dəyişmədi, “daxili düşmən” erməni əsgərlərini qırır. Korrupsiya, səriştəsiz komandirlər, qeyri-qanuni münasibətlər – ordunun ən böyük bəlası hələ də qalmaqdadır”, - ermənilər yazırlar.
Erməni şərhçi Qalust Qriqoryan bu ilin aprel ayında yazırdı ki, Ermənistanda gənclər ordudan yayınmaq üçün özlərini gey kimi təqdim edirlər.
“Son illərdə Ermənistan cəmiyyətində silahlı qüvvələrin nüfuzu sürətlə düşür. Çoxsaylı əsgər ölümləri təkcə ön cəbhədə yox, həm də arxada, döyüşün getmədiyi yerlərdə də qeydə alınır. Zabitlərin əsgərləri təhqiri, genişmiqyaslı korrupsiya, “dedovşina”, normal qidalanma və geyimin yoxluğu, xüsusilə alt paltarlarının çatışmazlığı və digər hallar erməni gənclərinin ordudan qaçmasına səbəb olub. Bütün bunların fonunda erməni generallarının sərbəst həyat tərzi qıcıq yaradır. 2016-cı ilin “aprel müharibəsi”ndə çoxlu erməni əsgərinin ölümünü də əlavə etsək, erməni gənclərinin belə orduda xidmət etmək istəməməsi təbiidir. Hansı ailənin imkanı varsa övladlarını orduya göndərmir, yaxud da arxa cəbhədəki “elit” hərbi hissələrə göndərirlər. Bütün bunlara görə erməni gənclər ordudan yayınmağın çıxış yolu kimi gey olmaqda görürlər, çünki homoseksuallar hərbi xidmətdən azaddır. 2003-cü ildə Ermənistanda homoseksuallığa görə cinayət tərkibi ləğv edilməsi, 2008-ci ildə seksual oriyentasiya və gender bərabərliyi haqqında BMT Bəyannaməsinin imzalanması da buna geniş imkanlar yaradır. Təbii ki, hərbi komissarlığı və tibb komissiyasını aldatmaq elə də asan deyil, lakin bu, hərbi xidmətə getməmək qərarını verən cavan oğlanlar dayandırmır. Onlar hərbi xidmətə getməmək və həlak olmamaq üçün hər şeyə hazırdırlar”, - deyə erməni şərhçi qeyd edirdi.
Kazaryanın başına gətirilənlər erməni gənclərin belə orduda xidmət etməmək üçün hətta gey olmağa da razı olmasını təəccüblü etmir.
İnqilabdan sonra ermənilər bütün sahələrdə olduğu kimi orduda da vəziyyətin düzələcəyinə ümid edirdilər. Lakin bütün sahələrdə olduğu kimi orduda da vəziyyət düzəlmədi, hətta əvvəlkindən daha da çətinləşdi. Erməni mediası yazır ki, Sarkisyan rejimi heç olmasa itkilərin sayını açıqlayırdı, Paşinyan rejimi isə bunu qadağan edib və döyüş, eləcə də qeyri-döyüş şəraitində ölən əsgərlər bir çox halda gizli dəfn edilir, faktın üstünü açmamaları üçün ailələrinə təzyiqlər olunur. Kazaryanın fərarilik etməsinə müdafiə naziri David Tonoyanın münasibəti və bu münasibətə göstərilən reaksiyalar da Paşinyan hakimiyyətinin orduya yanaşmasını göstərir.
“Hazırda istintaq edir, lakin mən əminəm ki, əsgərimiz azıb”, - Tonoyan Kazaryanın fərarilik edərək, Azərbaycan tərəfinə keçməsinə belə münasibət bildirib. Hərçənd, Kazaryanın əlində ağ bayraqla Azərbaycan Ordusunun mövqelərinə yaxınlaşması Tonoyanın sərsəmlədiyini göstərir.
Ermənistan mediası da müdafiə nazirinin açıqlamasını biabırçılıq adlandırıb.
“Armenianreport” saytı yazır ki, Tonoyan Nikol Paşinyanı təkrarlamaqla məşğuldur.
“Tonoyan faktı etiraf edə bilər və belə halların başqa ölkələrdə də yaşandığını deyə bilərdi. Lakin o, qorxusundan səhv yolla getməyi üstün tutdu və kimlərisə cəzalandırmaq haqda danışır. Bu, o Tonoyandır ki, orduda islahatları həyata keçirmək əvəzinə, populist bəyanatlar verməkdən başqa heç nə etmədi. Tonoyan da Paşinyanı təkrarlayır. Baş nazir düşüncəsizcə xalqın etibarını xərclədi, Ermənistanın üzünü Qərbə açmadı, islahatçı olmadı, qanunsuzluğa qalib gələ bilmədi, bir sözlə heç nə bacarmadı. Ordudakı vəziyyət bunun ən parlaq nümunəsidir”, - sayt yazır.
Məqalədə bildirilir ki, orduda zorakılıq, əsgərin alçaldılması hallarını inkar etmək olmaz: “Ermənistan kiçik ölkədir və burada heç nəyi gizlətmək mümkün deyil”.
Erməni şərhçi Qalust Qriqoryan isə yazır ki, Kazaryanın fərariliyi fövqəladə hadisədir, lakin müdafiə naziri yalan danışmağa davam edir.
“Tonoyan ordudakı problemləri gizlətməyə çalışır. Korrupsiyanın, zabit özbaşınalığının olmadığını iddia edir. Xalqın əlində dəmir kimi faktlar var, bunu necə inkar etmək olar?! 2016-cı ilin “aprel müharibəsi”ndə itkilərin sayı gizlədilirdi və bu gün də eyni şeylər təkrarlanır. Görünür, hakimiyyət Robert Koçaryanla mübarizəni daha üstün tutur”, - Qriqoryan yazır.
Bu faktlar işğalçı orduda ciddi çaxnaşmanın olduğunu təsdiqləyir və Ermənistanın hərbi-siyasi rəhbərliyi vəziyyətin qarşısında acizdir.
Üçüncüsü, Kazaryanın fərariliyi ermənilərin özlərinin olmayan torpaq uğrunda döyüşmək istəmədiyini yenidən gündəmə gətirdi. “Aprel müharibəsi”ndə işğalçı orduda fərarilik adi hala çevrilmişdi və postdan qaçan əsgərlər “bizim olmayan torpağa görə ölmək istəmirik” deyirdilər. Eyni vəziyyət davam edir, xüsusilə ermənilər onları alçaldan ordunun sıralarında işğal etdikləri torpaqlarda qalmaq istəmirlər. İndiyə qədər erməni əsgərlərin dəfələrlə ağ bayraqla Azərbaycan tərəfinə keçməsi faktı da bunu sübut edir. Maraqlıdır ki, ermənilər işğal altındakı torpaqlarda hərbi xidmətə gəlməmək üçün hər şeyə əl atırlar: rüşvət verir, özlərini gey kimi aparır, ölkədən qaçır. İndi isə onlar çıxış yolunu Azərbaycan tərəfinə keçməkdə görürlər.
Publika.az
Paylaş:
Müəllif : Yazar
Tarix:15-08-2019, 11:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-08-2019, 11:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01