Generalın həyat yoldaşı və qızı 3 milyonu harda, necə qazanıb? - İLGİNC
Azərbaycanda tikinti şirkətlərinin bir mənzili bir neçə adama satmaları adət-ənənə halını alab. Bu adət-ənənə uzun illərdir davam edir və buna görə bir çox tikinti şirkətlərinin rəhbərləri azadlıqlarından uzun müddət məhrum olsalar da ənənə davam edir. Əslində bu ona görə davam edir ki, Azərbaycanda hələ də tikinti şirkətləri ilə mənzil alıcıları arasında müqavilələr hüquqi əsasda bağlanmır və notarial qaydada təsdiq olunmur. Yəni o müqavilə bir kağız parçasından başqa bir şey deyil.
Müqavilənin hüquqi əsasda bağlanmasını təbii ki, dövlət təmin etməlidir, amma nə sirdisə uzun illərdir müvafiq dövlət qurumları bunu təmin etmirlər. Niyəsi bizim üçün də çox maraqlıdır və ümumiyyətlə deyə bilərik ki, Bakıda tikilən göydələnlərin çox böyük hissəsi əslində hüquqi cəhətdən “gecəqondu” durumundadır. Bu tamamilə geniş bir mövzudur və hesab edirik ki, dövlət qurumları “gecəqondu göydələnlər” problemini çözmək üçün real addımlar atmalıdır.
İndi isə əsas mövzuya keçid edək. Bu həftə yayılan məlumatların içində diqqət çəkənlərdən biri də Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilən çoxmərtəbəli binadan mənzil alan bir qrup sakin misli görünməmiş dələduzluqla üz-üzə qalması ilə bağlı idi. Söhbət “İdeal V” MMC tərəfindən inşa edilən çoxmərtəbəli binadan gedir. O binadan ki, şirkətin təsisçisi və direktoru əlbir olaraq eyni mənzilləri bir neçə nəfərə satıblar. Törətdikləri dələduzluq əməllərinə görə cəzasız qalmayıblar. Şirkətin rəhbərləri İsa Məmmədov və Çingiz Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsi təərəfindən dələduzluqda təqsirli bilinərək müvafiq olaraq 11il və 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Bu neçənci belə dələduzluq hadfisəsidir deyə bilmərik. Statistik olaraq onu deyə bilərik ki, Bakıda onlarla, bəlkədə yüzdən artıq belə hadisə baş verib. Həbs öz yerində, amma bir ətək pul verib mənzil alan şəxslər heç vaxt pullarını geri ala bilmirlər. Bir qayda olaraq həmin pullara tikinti şirkətlərinin rəhbərləri həbsxanada keyf-damaq içində yaşayırlar.
Əslinə baxılırsa, tikinti şirkətlərinin bir mənzili bir neçə adama satmaları “oğrudan oğruya halaldır”, prinsipinə dayanır. Çünki Bakının çoxsaylı “gecəqondu göydələnlər”ində bir deyil, bəzən ondan artıq mənzil alanlar o pulları korrupsiya yolu ilə əldə ediblər. Bakının mərkəzində tikilən binalarda 3 otaqlı bir mənzilin qiymətinin 200-300 min arasında dəyişdiyini nəzərə alarsaq və bu pulun nəqd şəkildə heç bir hüquqi əsası olmaya kağız parçasına imza atmaqla əvvəlcədən odənildiyini də qeyd edərsək, o zaman etiraf tiraf etməliyik ki, bu pulu heç kim aldığı maaşla yığıb toplaya bilməz. Bu faktiki olaraq mümkün deyil. Və yoxlasaq görərik ki, həmin binaların böyük hissəsi məmurlar və onların qohum əqrabaları tərfindən alınıb. O üzdən bir mənzili bir neçə şəxsə satan tikinti şirkətlərinin rəhbərlərinin məntiqini də anlamaq mümükündür.
Və gələk yayılan məlumatın mayasına. Şikayətçilər bildirirlər ki, sözü gedən binanın bütöv bir mərtəbəsinə, tam 12 mənzilə iddia edən iki qadın ortaya çıxıb. Qadınlar Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılan istintaq araşdırması zamanı və “İdeal V” MMC-nin rəybərləri həbs olunana qədər ortaya çıxmayıblar. Məhkəmə bitdikdən sonra tam 12 mənzilə iddialı olduqlarını məhkəmə vasitəsilə ortaya qoyublar.
Öncəlikə maraqlı olan həmin iki xanımın kimlikləridir. Bakının mərkəzində təqribən 3 milyon dəyərində 12 mənzilə iddia irəli sürən qadınlar keçmiş baş hərbi komissar, ehtiyatda olan general-leytenant, Milli Məclisin 4-cü və 5-ci çağırış deputatı Əliağa Hüseynovun həyat yoldaşı Elmira Hüseynova və qızı Esmira Əliyevadır. Qeyd edək ki, Əliağa Hüseynov heç bir zaman biznes sahəsində çalışmayıb. O uzun illər boyu Azərbaycan Respublikasının Hərbi Komissarı, 2009-cu ildən Salyan rayon İcra Hakimiyyətinin başçısı, 2010-cu ildən bu günə qədər isə Milli Məclisin deputatıdır. Ondan əvvəl isə Əliağa Hüseynov müxtəlif rayonların hərbi komissarı olub. Yəni əmək fəaliyyətində olduğu bütün dönəmlərdə qanun Əliağa Hüseynova bizneslə məşğul olmağı qadağan edib.
Təbii ki, Əliağa Hüseynovun xanımı və qızı da bizneslə məşğul olmayıb, çünki onların milyoner iş adamları olmaları ilə bağlı bu günə dər heç bir yerdə məlumat olmayıb. Ölkənin böyük vergi ödəyiciləri olmadıqları da ortadaır. Ən azından sözü hedən 12 mənzilə verilən 3 milyon vəsaitin vergisi dövlətə ödənilməyib. O zaman ortaya çox təbii sual çıxır. Hörmətli Əliağa Hüseynovun xanımı və qızı Bakının mərkəzində aldıqları 12 mənzilin pulunu hansı vəsaitlə ödəyib? Bu pullar hardan necə qazanılıb? Bu sualın cavabı varmı?
Və sonda, şikayətçilər iddia edirlər ki, Əliağa Hüseynovun xanımı və qızı Bakının mərkəzində 12 mənzilə iddia etmək üçün saxta sənədlər düzəldiblər. Bir generalın ailə üzvləri saxta sənəd düzəltdirərək birdən-birə 12 mənzilə niyə iddiaçı olsun ki? Maraqlı sualdır, deyilmi?
Bir ya da iki mənzilə saxta sənədlə iddiaçı olsaydılar, yenə nəyisə anlamağa cəhd eləmək olardı. Amma etiraf etməliyik ki, “gecəqondu göydələnin” tam bir mərtəbəsinə saxta sənədlə iddiaçı olmaq hətta generalı belə aşar...
Qeyd edək ki, dünən general Əliağa Hüseynov məsələ ilə bağlı mətbuata verdiyi açıqlamada 12 mənzili halal pulla aldığını bildirib. Maraqlı yanaşmadır...
Paylaş:
Müəllif : Yazar
Tarix:9-08-2019, 11:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-08-2019, 11:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11