Xəstəxana deyil, lap elə qəssabxanadır... - GİLEY
Redaksiyamıza müraciət edən 3-cü qrup əlil vətəndaş Səfərov Elçin Eldar oğlu həkim səhlənkarlığından giley edir. DİA.AZ narazı vətəndaşın Prezidentə müraciətini olduğu kimi təqdim edir:
"Mən Şirvan şəhəri, Təbriz küçəsi, ev 20 ünvanda yaşayan Səfərov Elçin Eldar oğlu, həkim səhlənkarlığı üzündən ömürlük şikəstə çevrilmiş əlil vətəndaş olaraq mətbuat vasitəsilə ölkə rəhbərimdən və hüquq-mühafizə orqanlarından haqq-ədalət istəyirəm.
Cənab Prezident! Siz hər zaman əhalinin problemlərini daim diqqətinizdə saxlayır və bu problemlərə öz probleminiz kimi yanaşırsınız. Bu sizin böyüklüyünüzdən və humanistliyinizdən irəli gəlir. Özünüz də həmişə çıxışlarınızda qeyd etmisiz ki, Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm. Biz vətəndaşlar tam arxayınıq ki, Azərbaycan dövləti daim xalqın, vətəndaşın yanındadır. Bütün bunları nəzərə alaraq başıma gətirilən müsibətlərlə bağlı Sizdən ədalətli qərar istəyirəm və ümidvaram ki, məni darda qoymayacaqsınız.
Sağlamlığını həkimə etibar edərək şikəst əlilə çevrilmiş vətəndaş qismində ərz edirəm ki, 2015-ci ilin əvvəlində qasıq nahiyəmdə yaranmış kəskin ağrılarla bağlı Şirvan Müalicə-Diaqnostika Mərkəzində müayinə olundum. Müayinə zamanı mənə “sol tərəfli qasıq xaya yırtığı” klinik diaqnozu qoyuldu. Mərkəzin baş həkimi, cərrah Nəsib Səhratov yalnız əməliyyat yoluyla sağalacağımı bildirdi və sosial vəziyyətimi nəzərə almadan əməliyyat üçün məndən 300 manat tələb etdi. Əlavə olaraq 50 manat da aneztezioloq Jalə həkim üçün pul tələb edərək əməliyyatın uğurla keçəcəyinə söz verdi.
Baxmayaraq ki, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respub-likasının Qanununa əsasən, Dövlət tibb müəssisələrində tibbi xidmət pulsuzdur həkimin pasiyentdən rüşvət tələb etməsi faktı CM-nin 312.2 maddəsilə (rüşvət verməyə təhrik etməci)nayət hesab olunur.
Möhtərəm Prezident!
17.02.2015-ci il tarixində Nəsib Səhratov məni əməliyyat etdi və əməliyyat zamanı mə-nə regional anaesteziya əvəzinə spinal anesteziya olundu. Əməliyyatdan sonra sol aya-ğımda kəskin keyimə baş verdi və Nəsib Səhratov bunun müvəqqəti olduğunu və tezliklə ayağımın açılacağını söylədi.Tez bir zamanda sağalacağını vəd etsə də, zaman keçdikcə ayağımın keyi açılmadı. Dəhşətli ağrılarla bağlı mənə 14 gün morfin inyeksiyası vuruldu. Həkimin davranışlarından artıq şübhələnməyə başladım. Aydın oldu ki, həkim əməliyyat zamanı ayaq sinirlərimi kəsib.
Nəsib Səhratovun səhlənkarlığı nəticəsində böyük əziyyətlərlə üzləşdim, sol ayaq sümüyümdə dözülməz ağrılar baş qaldırdı. Ağrılar məni iflic edirdi, güclü ağrıkəsici preparatlar qəbul etdim, xeyri olmadı.Getdikcə hərəkətlərimdə məhdudiyyətlər yarandı, yeriməkdən məhrum oldum.Bir neçə dəfə Nəsib Səhratova müraciət etdim ki, məni bu vəziyyətə sən salmısan, yaxşılaşmağım üçün bir tədbir gör. Cərrahın cavabı isə konkret oldu: "Sevin ki, əlil arabasına məhkum olmamısan” dedi.
Sağalmaq ümidilə 10 000 manat borc-xərc edərək aparıcı klinikalara üz tutdum, bahalı müalicə kursları aldım.Tibb elmləri doktoru Rövşən Həsənovun nevrologiya klinikasına və Kli-niki tibbi mərkəzində oldum.Sonuncu dəfə Koreya Şərq Təbabəti Klinikasında müayinə olundum. Əfsuslar olsun ki, heç bir nəticəsi olmadı. Klinikalar yekdilliklə faktı təsdiq edərək ayaq sinirlərimin kəsilməsini bildirdilər. Fiziki və mənəvi əzablarla üzləşdim.
Bütün bunlar, vicdan sözünü unudaraq xəstəyə pul mənbəyi kimi baxan Nəsib Səhrato-vun səhlənkarlığı və səhvi ucbatından baş verdi.
Külli miqdarda maddi ziyanla yanaşı, 25.02.2016-cı il tarixində, ƏƏSMN-nin 33 saylı Tibbi Sosial Ekspert Komissiyası məni müayinə etdi və“Sol aşağı ətrafın monoparezi, əzələ atrofiyası” diaqnozu qoyarar 3-cü qrup əlillik dərəcəsi təyin etdi. Səriştəsiz cərrah məni ömürlük əlilliyə düçar etdi, sağlamlıqdan məhrum oldum. Ailəmlə birgə ağır psixoloji sarsıntılara məruz qaldıq. 45 yaşım olmasına baxmayaraq artıq yaşamaq ümidim qalmayıb, dəfələrlə həyatla vidalaşmaq istəmişəm, yaxınlarım buna mane olub. Yaşayış vəziyyətimiz də ürək açan deyil.
Məni ömürlük şikəst qoyan Nəsib Səhratov barədə prezidentə, Mehriban Əliyevaya, səhiyyə nazirinə və Zakir Qaralova məktubla müraciətlər etmişəm. Etdiyim müraciətlər hələ də cavabsız qalıb. Məni bugünə qoyan Nəsib Səhratovun cinayət əməli barədə Baş prokurorluğa etdiyim şikayət ərizələrimi araşdıran Şirvan şəhər keşmiş prokuroru savadsız qatil həkimin cinayət əməlinin üstünü ört-basdır etdi. Eşitdim ki, Nəsib Səhratov məsuliyyətdən yayınmaq üçün müəyyən qurumlara külli miqdarda pullar xərcləyib.
Nəhayət ki, son müraciətimdən sonra Şirvana yeni təyin olunmuş prokuror Natiq Abdullayev məni qəbul etdi və həkim rəyi almaq üçün 03.08.19 tarixində Səhiyyə Nazirliyinin "Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya" ETT Birliyinə yolladı. Burada da Nəsib həkimin “səxavəti” nin şahidi oldum. Belə ki, Rafiq adlı həkim ekspertin qəbulunda olarkən şübhə doğuran hallarla rastlaşdım. Həkimin tez-tez otağından çağrılması və pıçıltılı telefon zəngləri, ekspertin Nəsib həkimlə “yaxın əlaqələrindən xəbər verirdi.
Xülasə, Rafiq həkim təkrar müayinədən keçirmək üçün məni1 Saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşkoya) apardı. Bizi həkim otağının qarşısında gözlətdirərək əvvəl özü girdi. Aradan bir müddət keçəndən sonra məni ümumi cərrah Saday Əliyevin yanına apardı. Saday həkim “peşəkarlığını” nümayiş etdirərək dahiyanə şəkildə mobil telefona məxsus kabelvasitəsilə mənim sol ayağımı sağ ayağımın diametrini ölçdü və bundan sonra 10 gün müddətində mənə rəy verəcəyini bildirdi.
Bir vacib nüansı da diqqətinizə yönəltməsik istərdim. Belə ki, Saday həkimin adını və vəzifəsini əks etdirən lövhə olmadığından mən Rafiq həkimdən bizi qəbul edəcək həkimin adını xəbər aldım. “ Məlum” səbəblər üzündən o mənə Saday həkimi öz adıyla deyil, “Mustafa Məmmədov” adıyla qələmə verdi. Sonra internet resursları vasitəsilə öyrəndim ki, həkimin adı Mustafa Məmmədov deyil, məhz Saday Əliyev imiş.
Görünür, mənə veriləcək rəyin cavabı indidən planlaşdırıldığı kimi qeyri-obyektiv olacaqdır və mənim şikayətçi olacağımı bilən Rafiq həkim indidən Saday həkimi belə sığortalayır.
Bu yalanın arxasında nə durur? Təbii ki, rüşvət, korrupsiya şəbəkəsi və vəzifədən sui-istifadə faktları. Belə bir qənaətə gəlmək olar ki, “həkim həmrəyliyinin” başında Şirvan Müalicə-Diaqnostika Mərkəzininin baş həkim-cərrahı Nəsib Səhratov və onun korrpupsiyaya bulaşmış həmkarları durur. Əks halda MTEPAB-nin məsul həkimi bir səbəb olmadan mənə yalan danışmaz, Saday Əliyevi mənə yad bir adla qələmə verməzdi. Belə olan halda cinayət yuvasının baş həkimi barədə niyə lazımi tədbirlər görülmür?
Vətəndaşların sağlamlığı ilə oynayaraq onları şikəst etmək hansı məntiqə sığır? Görəsən saxtakar həkim-cərraha dur deyən tapılacaqmı? Axı söhbət insan taleyindən gedir. Hətta Nəsib Səhratovun səhlənkarlığı dəfələrlə ölüm hallarıyla nəticələnib, hətta Sabirabadın Şəhriyar kəndində qadın pasiyentinin ölümünə səbəb olub. Bu şəxs düşünülmüş şəkildə insanları məhv edir, törətdiyi cinayət faktlarının sayı olduqca çoxdur, sadəcə bütün bunların üstünü ört-basdır edərək Səhiyyə Naziri Oqtay Şirəliyevi aldadır.
Hörmətli ölkə rəhbəri!
Mən mətbuat vasitəsi ilə başda ölkənin rəhbəri olmaqla bütün hüquq-mühafizə orqanlarına müraciət edib xahiş edirəm ki, Şirvan Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi cərrah Nəsib Səhratov və onun cinayət əməllərini ört-basdır edən korrupsioner məmurlar barəsində qanunu tədbirlər görəsiniz. Eləcə də sizdən hüquqları pozulmuş əlil vətəndaş olaraq xahiş edirəm, MTEPAB tərəfindən veriləcək rəyin cavabının fakta əsasən doğru və obyektiv verilməsini təmin edəsiniz. Mənə başqa heç nə lazım deyil.
Bunlar şəxslər öz maraqlarına görə sağlam cəmiyyəti məhv edirlər, insan sağlamlığı ilə oynayırlar. İnsan həyatına biganə yanaşan həkim cəmiyyətin ən qəddar düşmənidir".
Paylaş:
Müəllif : Yazar
Tarix:9-08-2019, 09:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-08-2019, 09:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |