Rüstəmovun narahatlığının arxasında nə dayanır? – Kredit böhranının anonsu
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov maliyyə-bank sektorunda təhlükəli meyil barədə xəbərdarlıq səsləndirib.
Nazirlər Kabinetinin 2019-cu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında çıxış edən baş bankir real sektora verilən kreditlərin azaldığı bir şəraitdə istehlak kreditlərinin (əhaliyə verilən kreditlərin) sürətlə artmasının təhlükəli nəticələri ola biləcəyinə işarə edib:
“2019-cu ilin 6 ayı ərzində cəmi kreditlər 1.6 faiz artıb. Bu artım istehlak kreditlərinin 9 faizdən çox artmasından qaynaqlanıb. Amma biznes kreditləri 0,3 faiz azalıb”.
Elman Rüstəmov əhaliyə verilən cəmi kreditlərin bankların kredit portfelinin yarısına yaxınlaşmasının problemlər yarada biləcəyi barədə xəbərdarlıq edib:
“Mərkəzi Bank hesab edir ki, biz diqqətli olmalıyıq. İstehlak kreditlərinin artması diqqətlə izlənilməlidir. Əhalinin borc yükünün artması, həm də istehlak kreditlərinin cəmi bank sektorunun portfelində 50 faizə yaxınlaşması izlənilməlidir ki, hansı problemlər yarada bilər”.
Mərkəzi Bankın sədri əlavə edib ki, bank sektorunda əhəmiyyətli likvidlik var:
“Yüksək likvidliyə baxmayaraq, biznes kreditləri artmır. Görünür, kompleks requlyativ, stimullaşdırıcı tədbirlər görmək lazım gələcək ki, bu kreditlər bütövlükdə real sektora getsin və bütövlükdə ölkədə daxili investisiya prosesini dəstəkləsin”.
Baş bankirin də dediyi kimi, əhali yeni kreditlə yüklənir. Dövlət üçün də növbəti problemli kredit həcminin yaranma ehtimalı var. Ekspertlər də istehlak kreditlərinin artmasını təhlükəli meyil hesab edir.
İqtisadçı-ekspert Əli Əhmədov “Cümhuriyət” qəzetinə bildirib ki, ötən ilin yekunu ilə müqayisədə bu ilin birinci yarısında Azərbaycanda kredit portfeli artıb:
“Azərbaycanda kredit qoyuluşu 3.55 faiz və ya 462,3 milyon artaraq 13 482 milyon manat olub. Bu ilin birinci yarısına olan hesabata görə, ümumi kreditlərin 482.2 milyon manatını istehlak kreditləri təşkil edib. Ötən ilin yekunu ilə müqayisədə bu ilin birinci yarısında kredit qoyuluşunda azalma ticarət və xidmət , inşaat və əmlak, nəqliyyat və rabitə və ictimai təşkilatlara verilən sahələrdə olub.
Problem ondadır ki, bu artımın böyük hissəsi istehlak kreditlərinin hesabına baş verib. Digər kredit qoyuluşları üzrə kiçik də olsa, azalma var. Bu, indiki vəziyyətdə ciddi problem kimi görünmür, amma ciddi problemə meyil kimi görünə bilər. Ölkədə bir neçə sahədə islahatlar gedir. Belə ki, əməkhaqqı və pensiyaların artırılması ilə sosial sahədə islahatlar aparılır. Digər tərəfdən, biznes üçün şərait yaradılır.
Həmçinin dövlət qurumlarının fəaliyyətində dəyişiklik oldu, problemli məsələlər həllini tapır. Bütün bunların hamısı kreditlərin artmasına təkandır. Maaş və pensiyaların artması istehlak kreditlərinin artması üçün bir siqnal idi. Yəni əhali görəndə ki, maaşı artır istehlak kreditini daha arxayın götürməyə başlayır. Biznes də görəndə ki, problemləri azalır və o daha rahat işləyəcək, bu zaman sahibkar da biznes kreditlərinin daha rahat götürməyə başlayacaq.
Aparılan islahatlar istehlak kreditlərini artırdı, amma biznes kreditlərində artım baş vermədi. İstehlak kreditləri bir problemi həll edir və bir nəfərə fayda gətirir, o da malı və ya məhsulu satana. Tutaq ki, vətəndaş hansısa bir məişət texnikası alır, bundan malı satan xeyir götürür.
Amma biznes kreditləri hissə-hissə iqtisadiyyatın müxtəlif sahələrinə yayılır. Tutaq ki, biznesmen fabrik tikmək üçün kredit götürürsə, bundan maaş verir, avadanlıqlar və digər xidmətləri alır. Bunun da iqtisadiyyata ümumi faydası olur.
Kredit götürmək narahatçılığı biznesdə hələ tam bitməyib. Ola bilər ki, onlar artıq yüklənməmək üçün əllərindəki investisiyaları yatırırlar, bəlkə indiyə qədər girov qoya bildikləri hər şeyi girov qoyublar deyə, kredit götürə bilmirlər və.s. Bunun fərqli səbəbləri var. Amma təhlükəli meyil ondan ibarətdir ki, biznes aktivliyi gözlənildiyi kimi tam deyil. Çünki biznesin aktivliyinin bir göstəricisi də kreditlərdir.
Əgər kreditlər az götürülübsə, hətta azalıbsa, deməli, biznesin aktivliyi gözlənilən həddə deyil”.
“Biznesə əlavə mesajlar verilməlidir...”
Analitik hesab edir ki, hökumət iqtisadi şəraitin yaxşılaşması üçün yaxşı addımlar atıb:
“Biznesə zəmanət verilən güzəştli kreditlər verilir, ixrac təşviqi edilir, bundan əlavə, kənd təsərrüfatı texnikasının güzəştli alınması üçün mexanizm tətbiq edilib. Bu da bazarı liberallaşdırıb, nəticədə qiymətlər düşüb. Yəni hökumət biznesin inkişafı üçün iqtisadi şərtlərin hamısını edib. Əgər biznes bundan sonra da hələ də ehtiyat edirsə, onlara əlavə mesajlar verilməlidir.
Nədir əlavə mesaj? Buraya aiddir - tikinti icazələrinin sadələşdirilməsi. Doğrudur, hökumət burada islahat aparıb, amma ola bilsin ki, bu mesaj biznesə axıra kimi çatmayıb. İkinci, məhkəmələrdə biznes mübahisələrinin həlli ilə bağlı mesaj verilməlidir. Burada da müəyyən işlər görülüb, amma mesajın ünvanına çatması üçün vaxt tələb olunur. Yəni biznes bir neçə dəfə məhkəməyə girib çıxmalıdır və əmin olmalıdır ki, məhkəmədə işə ədalətli və tez baxılır. Bundan sonra o, belə mübahisələrdən qorxmayaraq aktivləşməlidir. Çünki biləcək ki, artıq məhkəmə onu qoruyacaq.
Biznes mübahisələrində olduqca böyük problemlər var. Bəzən məsələlər məhkəməlik olmur, amma qarşı tərəflər bir-birini incitməkdən sanki zövq alırlar, acıq çıxırlar. Məhkəmə qərarlarının icrası da böyük problemdir. Eko sistemin inkişafı üçün təkcə iqtisadi amillər şərt deyil, biznes yaradılan şəraitin mesajını almalıdır. Biznes kreditlərinin azalması indiki halda böyük məbləğ deyil. Amma qarşıdakı aylarda bu tendensiya davam etsə, problem yaranacaq. Çünki istehlak kreditlərinin artması, həm də qiymətlərin artmasına səbəb olur”.
“Biznesmenin 1000 manatı əhalinin 1000 manatından qiymətlidir”
Əli Əhmədov bu il fevral ayında ölkə başçısının fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həllilə bağlı fərmanına da toxunub. O, hökumətin bu addımını sosial addım kimi qiymətləndirib:
“Biznes kreditlərinə görə kompensasiyaların olması hökmən vacibdir. Biznesmenin 1000 manatı əhalinin 1000 manatından daha qiymətlidir. Bu həm hökumətə, həm iqtisadiyyata, həm də əhalinin özünə görə faydalıdır. Çünki əhali əlindəki 1000 manatı aparıb telefon alır, biznesmen isə həmin vəsaitlə iş qurur və onu generasiya edir. Sahibkar o məbləği 5 minə çatdırır və oradan əhali də qidalanır.
Hüquqi şəxslərin problemli kreditlərinə güzəşt olunması ilə bağlı hansısa bir mexanizm olmalıdır. İqtisadiyyatımız üçün ciddi problemlərdən biri də ondan ibarətdir ki, ətrafımızda investisiya qoymaq üçün çoxlu yeni variantlar ortaya çıxıb. Belə ki, iş adamları iş qurmaq üçün təkcə Azərbaycanla məhdudlaşmırlar. Onlar Gürcüstan, Türkiyə, Ukrayna, Qazaxıstan, Rusiya kimi yaxın və proqnozlaşdırıla bilən bazarlara da üz tuturlar.
Yerli iş adamlarının bir hissəsi artıq fərqli ölkələrdə bizneslərini qurublar. Bunlar İT, tikinti, mebel və digər bu kimi istehsal şirkətləridir ki, öz fəaliyyətlərini xaricdə davam etdirirlər. Tutaq ki, sahibkarın 20 milyon aktivi var və istəyir ki, onu işə sərf etsin. O, məcbur deyil ki, həmin vəsaitin hamısını Azərbaycanda qoysun. Bunun üçün o, ən yaxşı variantı axtarır - vəsaitini qoymaq üçün ən etibarlı, ən güvənli və ən çox gəlir gətirən bir yer axtarır. Ehtimal ki, yerli sahibkarlar Azərbaycanda qurduqları biznesin həcmini kifayət qədər böyük olduğunu hesab edirlər və vəsaitlərini başqa ölkələrə yönəltməyə qərar verirlər.
Variantlardan biri də sahibkarların gözləmə mövqeyini tutmasıdır. Onlar ölkədə biznesin şəraitinin yaxşılaşdırılması üçün görülən işlərin necə başa çatdığını gözləyir. Sonda sahibkar hazır layihəsini hansı ölkələrdə həyata keçirərsə, daha faydalı olacağı barədə müqayisə aparıb qərar verir”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:8-08-2019, 16:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov maliyyə-bank sektorunda təhlükəli meyil barədə xəbərdarlıq səsləndirib.
Nazirlər Kabinetinin 2019-cu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında çıxış edən baş bankir real sektora verilən kreditlərin azaldığı bir şəraitdə istehlak kreditlərinin (əhaliyə verilən kreditlərin) sürətlə artmasının təhlükəli nəticələri ola biləcəyinə işarə edib:
“2019-cu ilin 6 ayı ərzində cəmi kreditlər 1.6 faiz artıb. Bu artım istehlak kreditlərinin 9 faizdən çox artmasından qaynaqlanıb. Amma biznes kreditləri 0,3 faiz azalıb”.
Elman Rüstəmov əhaliyə verilən cəmi kreditlərin bankların kredit portfelinin yarısına yaxınlaşmasının problemlər yarada biləcəyi barədə xəbərdarlıq edib:
“Mərkəzi Bank hesab edir ki, biz diqqətli olmalıyıq. İstehlak kreditlərinin artması diqqətlə izlənilməlidir. Əhalinin borc yükünün artması, həm də istehlak kreditlərinin cəmi bank sektorunun portfelində 50 faizə yaxınlaşması izlənilməlidir ki, hansı problemlər yarada bilər”.
Mərkəzi Bankın sədri əlavə edib ki, bank sektorunda əhəmiyyətli likvidlik var:
“Yüksək likvidliyə baxmayaraq, biznes kreditləri artmır. Görünür, kompleks requlyativ, stimullaşdırıcı tədbirlər görmək lazım gələcək ki, bu kreditlər bütövlükdə real sektora getsin və bütövlükdə ölkədə daxili investisiya prosesini dəstəkləsin”.
Baş bankirin də dediyi kimi, əhali yeni kreditlə yüklənir. Dövlət üçün də növbəti problemli kredit həcminin yaranma ehtimalı var. Ekspertlər də istehlak kreditlərinin artmasını təhlükəli meyil hesab edir.
İqtisadçı-ekspert Əli Əhmədov “Cümhuriyət” qəzetinə bildirib ki, ötən ilin yekunu ilə müqayisədə bu ilin birinci yarısında Azərbaycanda kredit portfeli artıb:
“Azərbaycanda kredit qoyuluşu 3.55 faiz və ya 462,3 milyon artaraq 13 482 milyon manat olub. Bu ilin birinci yarısına olan hesabata görə, ümumi kreditlərin 482.2 milyon manatını istehlak kreditləri təşkil edib. Ötən ilin yekunu ilə müqayisədə bu ilin birinci yarısında kredit qoyuluşunda azalma ticarət və xidmət , inşaat və əmlak, nəqliyyat və rabitə və ictimai təşkilatlara verilən sahələrdə olub.
Problem ondadır ki, bu artımın böyük hissəsi istehlak kreditlərinin hesabına baş verib. Digər kredit qoyuluşları üzrə kiçik də olsa, azalma var. Bu, indiki vəziyyətdə ciddi problem kimi görünmür, amma ciddi problemə meyil kimi görünə bilər. Ölkədə bir neçə sahədə islahatlar gedir. Belə ki, əməkhaqqı və pensiyaların artırılması ilə sosial sahədə islahatlar aparılır. Digər tərəfdən, biznes üçün şərait yaradılır.
Həmçinin dövlət qurumlarının fəaliyyətində dəyişiklik oldu, problemli məsələlər həllini tapır. Bütün bunların hamısı kreditlərin artmasına təkandır. Maaş və pensiyaların artması istehlak kreditlərinin artması üçün bir siqnal idi. Yəni əhali görəndə ki, maaşı artır istehlak kreditini daha arxayın götürməyə başlayır. Biznes də görəndə ki, problemləri azalır və o daha rahat işləyəcək, bu zaman sahibkar da biznes kreditlərinin daha rahat götürməyə başlayacaq.
Aparılan islahatlar istehlak kreditlərini artırdı, amma biznes kreditlərində artım baş vermədi. İstehlak kreditləri bir problemi həll edir və bir nəfərə fayda gətirir, o da malı və ya məhsulu satana. Tutaq ki, vətəndaş hansısa bir məişət texnikası alır, bundan malı satan xeyir götürür.
Amma biznes kreditləri hissə-hissə iqtisadiyyatın müxtəlif sahələrinə yayılır. Tutaq ki, biznesmen fabrik tikmək üçün kredit götürürsə, bundan maaş verir, avadanlıqlar və digər xidmətləri alır. Bunun da iqtisadiyyata ümumi faydası olur.
Kredit götürmək narahatçılığı biznesdə hələ tam bitməyib. Ola bilər ki, onlar artıq yüklənməmək üçün əllərindəki investisiyaları yatırırlar, bəlkə indiyə qədər girov qoya bildikləri hər şeyi girov qoyublar deyə, kredit götürə bilmirlər və.s. Bunun fərqli səbəbləri var. Amma təhlükəli meyil ondan ibarətdir ki, biznes aktivliyi gözlənildiyi kimi tam deyil. Çünki biznesin aktivliyinin bir göstəricisi də kreditlərdir.
Əgər kreditlər az götürülübsə, hətta azalıbsa, deməli, biznesin aktivliyi gözlənilən həddə deyil”.
“Biznesə əlavə mesajlar verilməlidir...”
Analitik hesab edir ki, hökumət iqtisadi şəraitin yaxşılaşması üçün yaxşı addımlar atıb:“Biznesə zəmanət verilən güzəştli kreditlər verilir, ixrac təşviqi edilir, bundan əlavə, kənd təsərrüfatı texnikasının güzəştli alınması üçün mexanizm tətbiq edilib. Bu da bazarı liberallaşdırıb, nəticədə qiymətlər düşüb. Yəni hökumət biznesin inkişafı üçün iqtisadi şərtlərin hamısını edib. Əgər biznes bundan sonra da hələ də ehtiyat edirsə, onlara əlavə mesajlar verilməlidir.
Nədir əlavə mesaj? Buraya aiddir - tikinti icazələrinin sadələşdirilməsi. Doğrudur, hökumət burada islahat aparıb, amma ola bilsin ki, bu mesaj biznesə axıra kimi çatmayıb. İkinci, məhkəmələrdə biznes mübahisələrinin həlli ilə bağlı mesaj verilməlidir. Burada da müəyyən işlər görülüb, amma mesajın ünvanına çatması üçün vaxt tələb olunur. Yəni biznes bir neçə dəfə məhkəməyə girib çıxmalıdır və əmin olmalıdır ki, məhkəmədə işə ədalətli və tez baxılır. Bundan sonra o, belə mübahisələrdən qorxmayaraq aktivləşməlidir. Çünki biləcək ki, artıq məhkəmə onu qoruyacaq.
Biznes mübahisələrində olduqca böyük problemlər var. Bəzən məsələlər məhkəməlik olmur, amma qarşı tərəflər bir-birini incitməkdən sanki zövq alırlar, acıq çıxırlar. Məhkəmə qərarlarının icrası da böyük problemdir. Eko sistemin inkişafı üçün təkcə iqtisadi amillər şərt deyil, biznes yaradılan şəraitin mesajını almalıdır. Biznes kreditlərinin azalması indiki halda böyük məbləğ deyil. Amma qarşıdakı aylarda bu tendensiya davam etsə, problem yaranacaq. Çünki istehlak kreditlərinin artması, həm də qiymətlərin artmasına səbəb olur”.
“Biznesmenin 1000 manatı əhalinin 1000 manatından qiymətlidir”
Əli Əhmədov bu il fevral ayında ölkə başçısının fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həllilə bağlı fərmanına da toxunub. O, hökumətin bu addımını sosial addım kimi qiymətləndirib:“Biznes kreditlərinə görə kompensasiyaların olması hökmən vacibdir. Biznesmenin 1000 manatı əhalinin 1000 manatından daha qiymətlidir. Bu həm hökumətə, həm iqtisadiyyata, həm də əhalinin özünə görə faydalıdır. Çünki əhali əlindəki 1000 manatı aparıb telefon alır, biznesmen isə həmin vəsaitlə iş qurur və onu generasiya edir. Sahibkar o məbləği 5 minə çatdırır və oradan əhali də qidalanır.
Hüquqi şəxslərin problemli kreditlərinə güzəşt olunması ilə bağlı hansısa bir mexanizm olmalıdır. İqtisadiyyatımız üçün ciddi problemlərdən biri də ondan ibarətdir ki, ətrafımızda investisiya qoymaq üçün çoxlu yeni variantlar ortaya çıxıb. Belə ki, iş adamları iş qurmaq üçün təkcə Azərbaycanla məhdudlaşmırlar. Onlar Gürcüstan, Türkiyə, Ukrayna, Qazaxıstan, Rusiya kimi yaxın və proqnozlaşdırıla bilən bazarlara da üz tuturlar.
Yerli iş adamlarının bir hissəsi artıq fərqli ölkələrdə bizneslərini qurublar. Bunlar İT, tikinti, mebel və digər bu kimi istehsal şirkətləridir ki, öz fəaliyyətlərini xaricdə davam etdirirlər. Tutaq ki, sahibkarın 20 milyon aktivi var və istəyir ki, onu işə sərf etsin. O, məcbur deyil ki, həmin vəsaitin hamısını Azərbaycanda qoysun. Bunun üçün o, ən yaxşı variantı axtarır - vəsaitini qoymaq üçün ən etibarlı, ən güvənli və ən çox gəlir gətirən bir yer axtarır. Ehtimal ki, yerli sahibkarlar Azərbaycanda qurduqları biznesin həcmini kifayət qədər böyük olduğunu hesab edirlər və vəsaitlərini başqa ölkələrə yönəltməyə qərar verirlər.
Variantlardan biri də sahibkarların gözləmə mövqeyini tutmasıdır. Onlar ölkədə biznesin şəraitinin yaxşılaşdırılması üçün görülən işlərin necə başa çatdığını gözləyir. Sonda sahibkar hazır layihəsini hansı ölkələrdə həyata keçirərsə, daha faydalı olacağı barədə müqayisə aparıb qərar verir”.
Paylaş:
Müəllif :
Redaktor
Tarix:8-08-2019, 16:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01