Azərbaycanlı milyarderə Rusiyada ŞOK ZƏRBƏ - GƏLİŞMƏ
Bu gün xarici dövlətlərdə yaşayıb bizneslə, bəzən isə həmçinin siyasi fəaliyyətlə məşğul olan həmyerlilərimizin sayı kifayət qədərdir. Lakin təəssüflər olsun ki, onlardan heç də hamısının fəaliyyətinin ölkəmizə, xalqımıza başucalığı gətirdiyini söyləyə bilmirik. Son vaxtlar fəaliyyətinə dair daha çox neqativ rəylərin səsləndirildiyi belə şəxslərdən biri də “Konrad” Şirkətlər Qrupunun prezidenti, Rusiyanın Şimal-Qərb Federal Dairəsi üzrə Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişovdur.
Rusiya mətbuatında yayımlanan məlumatlara görə «Деловой Петербург» (“İşgüzar Peterburq”) nəşrinin tərtib etdiyi “Milliarderlər siyahısı”nda Vaqif Məmişov 33 milyard rubl məbləğində dəyərləndirilən sərvətilə 29-cu mövqeydə qərarlaşmışdı. Məmişovun əsas aktivləri olaraq isə həmin vaxt Mexaniki zavod, «Петровский строитель» (“Petrovsk inşaatçısı”), “ЛК «Ликострой»” (“Likostroy” lizinq Kompaniyası) və «Автоарматура» (“Avtoarmatura” ASC) müəssisələri qeyd edilmişdi. Yeri gəlmişkən, həmyerlimizin adının hallandığı son illərin ən böyük qalmaqallarından biri də məhz “ЛК «Ликострой»”-un keçmiş Farforovskiy qəbirstanlığının ərazisində inşaat işləri aparmaq cəhdləri ilə bağlı olmuşdu.
Lakin ehtimal etmək olar ki, Vaqif Məmişovun bu gün üstü açılan “iqtisadi-siyasi maxinasiyaları” həmyerlimiz üçün daha təsirli nəticələrə gətirib çıxara bilər. Məsələ bundadır ki, Peterburqun qubernatoru vəzifəsini Qeorqiy Poltavçenkonun daşıdığı illərdə Vaqif Məmişov da milli məsələlər üzrə qubernatorun müşaviri kimi, Smolnıda (Sankt-Peterburq hökumətinin və qubernatorun iqamətgahının yerləşdiyi bina) böyük nüfuza və təsir gücünə malik idi. Bu təsirin gücü isə V.Məmişovun qubernatorun aparat rəhbəri David Adamiya ilə yaxın münasibətlərindən qaynaqlanırdı. Öz növbəsində Adamiya da Smolnının kadr məsələləri üzrə “boz kardinal”ı kimi tanınırdı. Vaqif Məmişov isə bu əlaqələrindən məharətlə yararlanaraq bir çox aparıcı postlara öz yaxın adamlarını, hətta qohumlarını təyin etdirə bilmişdi. Məsələn, bu yaxınlara qədər Millətlərarası münasibətlər və miqrasiya siyasətinin reallaşdırılması üzrə Komitənin sədri vəzifəsini tutan Oleq Maxno, Peterburqun inşaatda dövlət nəzarəti və ekspertiza Xidmətinin keçmiş rəhbəri Yevgeniy Kim birbaşa Vaqif Məmişovun himayədarlıq göstərdiyi insanlar kimi təqdim edilirlər. Gənclər siyasəti və ictimai təşkilatlarla qarşılıqlı əlaqələr Komitəsinin sədr müavini Nizami Məmişov isə Vaqif Məmişovun qardaşı oğludur. Diqqət etdinizsə, Oleq Maxno Yevgeniy Kimin vəzifə təqdimatları artıq keçmiş zaman formasında verildi. Səbəb isə budur ki, hər iki məmur artıq bir neçə aydır öz vəzifələrindən azad olunublar və onlara qarşı cinayət işi açılma ehtimalı var. Ən azından prokurorluq tərəfindən artıq bir neçə dəfə İstintaq Komitəsinə bu barədə təqdimat göndərilib.
Lakin bizə maraqlı olan məqamlar bütün bu işlərdə Vaqif Məmişovun iştirakı ilə bağlıdır. Belə ki, Peterburqun yeni qubernatoru (vəzifəni müvəqqəti icra edən) Aleksandr Beqlov bu vəzifəyə gələndən dərhal sonra birinci olaraq David Adamiya özü işdən çıxdı. Bundan sonra arxasız qalan Vaqif Məmişov da Smolnıda yerini itirmiş oldu.
Lakin Məmişovun səyləri nəticəsində yüksək dövlət vəzifələrinə təyin olunmuş kadrların dəqiq sayı hələ müəyyən edilməyib. Hesab olunur ki, hətta bəzi rayon administrasiya (icra hakimiyyəti) rəhbərləri də azərbaycanlı milyarderin “adamı” ola bilərlər. Buna misal kimi, hazırda barəsində vəzifəyə uyğunluğu ilə əlaqədar araşdırma aparılan, Moskva rayonu üzrə administrasiya rəhbərinin müavini Nikita Aleksandrovun adı hallandırılır.
Şəxsən Vaqif Məmişova gəlincə isə, Peterburqun hüquq-mühafizə orqanları tərəfindən onun himayəsində sayılan məmurlara qarşı külli-miqdarda dövlət vəsaitlərinin mənimsənilməsi xüsusunda araşdırma və cinayət işinin açılması, son nəticədə həmyerlimizə də yaxşı heç nə vəd etmir.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-08-2019, 15:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-08-2019, 15:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11