Cahangir Novruzov: “AzTV-də yeni ab-hava yaranıb
“Uzun illərdən sonra yenidən AzTV-də tamaşalar ənənəsinin bərpası xəbəri məni çox sevindirdi. Hiss edirəm ki, Azərbaycan Televiziyasında yeni ab-hava yaranıb”.
regionxeberlericom.az “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyənin Adana şəhərində yaşayan Azərbaycanın əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov deyib.
O qeyd edib ki, bu yaxınlarda dostu, “Azərbaycantelefilm”in direktoru Ramiz Həsənoğlu və “Sabah” Yaradıcılıq Birliyinin rəhbəri Şərif Qurbanəliyev telefonla zəng edib: “Televiziyanın yeni rəhbəri Rövşən Məmmədovu aldığı qərarlara görə salamlayır, ona işlərində uğurlar diləyirəm. Yeni rəhbərliyə minnətdaram. Ramiz Həsənoğlunun yenidən fəaliyyətə başlaması onu göstərir ki, AzTV-nin yeni rəhbərliyinin apardığı islahatların Azərbaycan xalqının mədəniyyətinə, mentalitetinin yüksələrək dəyişməsinə böyük yardımları olacaq. Mən buna inanıram. Çox sevinirəm ki, Ramiz Həsənoğlu və Şərif Qurbanəliyev yenidən sevdikləri işlə məşğul olacaqlar”.
“Mən, “İrəli, keçmişə...!” deyə bir şüarı səsləndirirəm. Niyə görə “İrəli, keçmişə?”. Çünki bir zamanlar birdən-birə o sistem dayandı. Və dayanan sistemlə birlikdə inkişaf da sona çatdı. Amma itirilən bu qədər illər ərzində nələr, necə gözəl tamaşalar çəkilə bilərdi?! Bu günün texnikası, imkanları ilə necə gözəl yaradıcılıq işləri ərsəyə gətirmək olardı. Təəssüf ki, indi bir az gec olsa da, hər şeyi yenidən başlamaq imkanı yaranıb”- deyə C.Novruzov bildirib.
O həmçinin vurğulayıb ki, bu yaxınlarda “Sabah” Yaradıcılıq Birliyinin dəvəti ilə Bakıya gələcək və yeni “Zəng” adlı teletamaşanın çəkilişlərinə başlayacaqlar: “Şərifin məni dəvət etməsi böyük sürpriz oldu. Uzun illərdən sonra yenidən ekranlara qayıdıb, Azərbaycan xalqını sevindirəcəyik. Xalqımız üçün yeni, ona layiq olan bir əsərlə görüşlərinə gələcəyik. Şərif bu dəfə də bizim, köhnə qrupu bir araya gətirib. Uzun zamandan sonra biz - köhnələr, yaşlı sənətkarlar ekrana qayıdırıq”.
Hazırda “Zəng” teletamaşası üzərində çalışdığını deyən əməkdar incəsənət xadiminin sözlərinə görə, çox maraqlı, fantasmoqorik bir əsər olacaq: “Bu əsərlə Azərbaycan tamaşaçısına, uzun illər mənə sosial şəbəkələrdən yazan dostlarıma, heç tanımadığın tamaşaçılarıma yeni əsərin müjdəsini vermək istəyirəm. Mənə yazan tamaşaçılarım ötən illərdə çəkilən teletamaşaları böyük sevgi ilə xatırlayır və hər zaman heyfslənirdilər ki, “Niyə o əsərlərin davamı olmadı?”. “Zəng” teletamaşası ilə qədirbilən tamaşaçılarımıza layiq olduqları gözəl sənət əsərini təqdim edəcəyik. Bu hədiyyəni bütün tamaşaçılarımıza çatdırmaq sənət dostlarımla bərabər mənim borcumdur. Uzun illərdir bizdən asılı olmayan səbəblərə görə sevimli tamaşaçılarımıza mənəvi borcumuzu qaytara bilmədik. “Zəng” tamaşası ilə borclarımızı yavaş-yavaş ödəməyə çalışacağıq. Bu mənada mən çox sevincli, çox həyəcanlıyam. Şərif Qurbanəliyevin ssenarisini yazdığı yeni teletamaşa fantasmoqariq təklif olunmuş vəziyyətləri olan əsərdir. Əsərdə ailənin başçısını oynayacağam. Tamaşada düşəcəyim vəziyyət də bir az qəribə və hətta ezoterikdir. İndi əsərin sirrini tamaşaçı üçün açmaq istəmirəm. Qoy, onlara sürpriz olsun”.
Paylaş:
Müəllif : Yazar
Tarix:31-07-2019, 15:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:31-07-2019, 15:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti