Kəmaləddin Heydərovun bank “əriyir” — Aktivlər, depozitlər və mənfəət sürətlə azalır
«AFB Bank» ASC-nin 2019-cu ilin ilk yarısına aid nəticələri açıqlanıb. Rəqəmlər göstərir ki, bankın vəziyyəti ürəkaçan deyil və ciddi geriləmə, hətta “ərimə” müşahidə olunur.
Öncə xatırladaq ki, bir müddət əvvəl “AFB Bank” ASC-nin səhmlərinin 99,64%-nə nəzarət edən “Gilan” MMC payını Hikmət Abuzər oğlu İsmayılova satıb.
“Gilan” MMC isə Kəmaləddin Heydərovun ailə şirkəti kimi tanınır. Bu səbəbdən “AFB Bank” ASC-nin əsas səhmdarının dəyişməsi müxtəlif söz-söhbətlərə səbəb olmuşdu.
Lakin bankın yeni səhmdarı Heydərovlara yad adam deyil. Mətbuatda dərc edilən məlumatlara görə, Hikmət İsmayılov K.Heydərovun həm bacanağı, həm də biznes şəbəkəsinin əsas fiqurlarından biridir. Ona görə də, bankın Heydərovların nəzarətindən çıxarılması iddiaları inandırıcı görünmür. Ancaq maraqlıdır ki, bank “əl dəyişən” kimi, maliyyə göstəricilərində sürətlə geriləmə müşahidə olunmağa başladı.
Hələ bu ilin ilk rübünün göstəriciləri onu deməyə əsas verirdi ki, bank sözün əsl mənasında “əriyir”. Belə ki, bank həmin hesabat dövrünü cəmi 111 min manat mənfəətlə başa vurmuşdu. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 46,8 dəfə (!) azdır. Hansı ki, bankın ötən ilin yekunlarına dair göstəriciləri olduqca yüksək idi. Təkcə onu qeyd etmək kifayətdir ki, “AFB Bank” ötən ili 21 milyon 654 min manat xalis mənfəətlə başa vurmuşdu.
Artıq 2019-cu ilin ilk 6 ayının nəticələri dərc edilib və görünən odur ki, “ərimə” prosesi davam edir. Belə ki, bankın faiz gəlirləri 14,3 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 milyon manat və ya 24,2% azdır.
Əmək haqlarına ayrılan vəsait də kəskin azalıb
“AFB Bank”-ın çətin günlər yaşadığının daha bir göstəricisi budur ki, bank bu il işçilərin əmək haqlarına ayrılan vəsaiti və inzibati xərcləri kəskin azaldıb. 2018-ci ilin ilk yarısında bank işçilərinə (əmək haqqı və digər formada) 4,1 milyon, inzibati xərclərə isə 3,1 milyon manat ödədiyi halda, bu ilin eyni dövründə işçilərə ayrılan vəsait 2,1 milyona, inzibari xərclər isə 1,3 milyon manata düşüb. Başqa sözlə, bank təkcə bu iki maddə üzrə xərclərini 2,8 milyon manat azaltmağa məcbur olub. Təbii ki, bu da əmək haqlarını və işçilərinin sayını azaltmadan mümkün görünmür.
Ötən illə müqayisədə banka ödənilən haqq və komissiyalar (müştəri aktivliyinin və bankda aparılan əməliyyatların aktivliyinin göstəricisidir) da iki dəfə azalaraq, 3,5 milyon manatdan 1,6 milyon manata düşüb. Bu, o deməkdir ki, bankın xidmətindən istifadə edilməsi kəskin şəkildə azalıb.
Bütün bunları nəzərə aldıqdan sonra bankın əməliyyat mənfəəti 3,7 milyon manat təşkil edib. Aktivlәr üzrә mümkün zәrәrlәrin ödәnilmәsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılmış 2,1 milyon manatı nəzərə alanda, «AFB Bank»ın ilk yarım ildə xalis mənfəəti 1 milyon 677 min manat təşkil edib.
Bu, ötən ilin eyni övrü ilə müqayisədə 3 dəfə(!) azdır, çünki ötən il bu göstərici 5,33 milyon manat təşkil edirdi.
Cəmi kapitalı və aktivlərində də ciddi azalma var
2019-cu ildə «AFB Bank»ın cəmi aktivləri 99 milyon manat və ya 19% azalaraq, 523 milyon manatdan 424 milyon manata enib. Bu, bir bank üçün kifayət qədər ciddi siqnal sayıla bilər. Eyni fikri bankın cəmi kapitalına da aid etmək olar. 2018-ci ilin sonunda bu göstərici 88 milyon manata yaxınlaşmışdı. Həmin dövrlə müqayisədə bankın cəmi kapitalında 12 milyon manata yaxın azalma var.
Bank, ötən dövrdə öz öhdəliklərini də «yüngülləşdirib». Bankın öhdəlikləri 100 milyon manat azalaraq, 450,8 milyon manatdan 347,7 milyon manata düşüb.
Daha bir əhəmiyyətli göstərici bankdakı depozitlərdir. Bu göstərici müştərilərin banka münasibətini göstərən əsas kriteriyalardan biridir. Ancaq burada da bank ciddi şəkildə “axsayıb”. Belə ki, bankdakı depozitlər 95 milyon manat azalaraq, 317,1 milyon manatdan 222,1 milyon manata düşüb.
Bir sözlə, qarşılaşdığımız mənzərə sözügedən bankın demək olar bütün əhəmiyyətli istiqamətlər üzrə geriləməsindən xəbər verir.(Azpolitika.info)
Paylaş:
Müəllif : Redaktor
Tarix:26-07-2019, 18:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:26-07-2019, 18:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01