reklam
Regionxeberlericom.az » Gündəm » Şəkidə xəstələnmək NƏYƏ GÖRƏ QADAĞANDIR... - Baş həkimin başı BÖYÜK İŞLƏRƏ QARIŞIB...

reklam

Şəkidə xəstələnmək NƏYƏ GÖRƏ QADAĞANDIR... - Baş həkimin başı BÖYÜK İŞLƏRƏ QARIŞIB...














Gündəlik-Bakının “Məcid Əliyev Şəki və Zaqatala səhiyyəsini bazara çevirib” başlıqlı ötən yazısında Şəki Rayon Mərkəzi Xəstəxanasının ( RMX) Baş həkiminin qanunsuz əməllərindən bəhs etmişdik.

Qısa məlumat üçün qeyd edək ki, Şəki rayonunda iki korpusda rayon Mərkəzi Xəstəxanası (RMX), Doğum evi, Birləşmiş uşaq xəstəxanası, Psixatriya xəstəxanası, Ağ ciyər xəstəlikləri xəstəxanası, 7 poliklinika şöbə və poliklinika, 3 kənd sahə xəstəxanası, 15 kənd həkim məntəqəsi, Təcili yardım və s fəaliyyət göstərir. İndi gördünüzmü, Məcid Əliyevin tabeçiliyində böyük bir səhiyyə şəbəkəsi yerləşir. Məcid Əliyev 2010-2017-ci illərdə Şəki RMX-nin baş həkimi olduğu zaman yol verdiyi ciddi qanunsuzluqlara və külli miqdarda dövlət vəsaitini mənimsəməyə görə tutduğu vəzifədən kənarlaşdırılıb.

Məcid Əliyev Şəki RMX-nin baş həkimi olarkən Baş prokurorluq yanında Korupsiyaya qarş Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamalar zamanı külli miqdarda yeyintilər aşkarlanıb. Məcid Əliyevin həbs olunması məsələsi gündəmdə olub. Lakin bunlara baxmayaraq Məcid Əliyev yüksək vəzifəli məmurun vasitəsilə nəinki, vəziyyətdən çıxa bilib, hətta Zaqatalada xəstəxanaya direktor vəzifəsinə də təyinat alıb.

Sonra isə Zaqatalada Mərkəzi xəstəxananın baş həkimi olub. Onun bu vəzifəyə təyin edilməsində TƏBİB-in rəhbəri Vüqar Qurbanovun da rolu olub. Görəsən az qala həbs olunmaq təhlükəsi ilə üz-üzə qalan Məcid Əliyev necə oldu ki, Zaqatala Mərkəzi Xəstəxanasına baş həkim təyin edildi..? Beləliklə Məcid Əliyev Şəkidəki əməllərini Zaqatalada davam etdirməyə başlayıb. Bəli, Məcid Əliyev Zaqatalada baş həkim kimi çalışarkən, rayonda “ölü canların” maaşını yeyən, korrupsioner birisi kimi tanınıb. Rayon ziyalıları mediaya müraciətində qeyd edirlər ki, bu gün elə bir tibb işçisi yoxdur ki, Məcid Əliyevə rüşvət vermək üçün Kapital Banka müraciət etməsin. Əgər doğrudan da kimlərsə bu məsələni yoxlamaq istəyirsə, buyurun yoxlayın. Məcid Əliyev rayona baş həkim gəldiyi gündən neçə nəfər tibb işçisi bankdan nə qədər kredit götürüb, miqdar isə onun tələb etdiyi qədərdir. Bu rəqəm 3000 – 5000 azn arasıdır. Bu hələ harasıdır..?

Məcid Əliyev elektrik generatotu almaq, hətta tualet kağızı, tibbi əlcək almaq üçün həkimlərdən pul yığır. Bəs görəsən dövlətin ayırdığı külli miqdarda vəsait kimlərin cibinə gedir..? Bütün bunlar ortada ola-ola Məcid Əliyev bir müddət əvvəl yenidən Şəkiyə qayıdıb.

Bəli, TƏBİB İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Məcid Əliyev Şəki rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. Bəli, bu gün Şəkidəki xəstəxanaların işləməyən, ancaq adı olan texniki personalı öz maaşlarını baş həkimlə bölürlər. Məcid Əliyev bir çox kənd sahə xəstəxanalarına və həkim məntəqələrinə öz yaxın adamlarını rəhbər təyin etməklə, onların əli ilə ayrılan vəsaitlərin silinməsinə və bir çox şəxslərin adlarının həmin tibb ocaqlarında getməsinə şərait yaradır. Məcid Əliyev Şəkidə doğuşun, cərrahi əməliyyatların bahalı qiymətini müəyyən edib. Qeysəriyyə üsulu ilə doğmaq 600 manatdır. Deyilənə görə, Məcid Əliyev tibbi stansiyaların müdirlərindən hər ay 1500 alır.

Təsəvvür edirsinizmi, Məcid Əliyev tibbi məntəqələrə lazım olandan çox sanitar-xadimələr götürür və onların da maaşına şərikdir. İndi isə oxucularımıza və TƏBİB-in rəhbərliyinə Məcid Əliyevlə bağlı redaksiyamıza daxil olan yeni məlumatları təqdim edirik.

Daxil olan məlumatlara görə, Məcid doktorun qudası, Dəhnə klanının böyüyü, Moskvada tanınmış mafiya babası, Lotu Qulinin sağ əli kimi tanınan Elçindir.

Bəli, guya humanist həkim peşəsinin sahibi olan Məcid Əliyev adamlara mafiya babası Elçinin adı ilə hədə-qorxu gəlir. Məcid Əliyevin dostlarından biri də Şəkidə Qanköçürmənin sabiq müdiridir. Bu adam qan satdığına görə, vəzifəsindən uzaqlaşdırılıb. Və hazırda qiymətli ağacları kəsərək “ağac kömürü” biznesi ilə məşğul olur. Məcid Əliyev hazırda Qorxmaz adlı şəxsi Ümumi şöbəyə müdir təyin etmək üçün onun sənədlərini TƏBİB-ə göndərib. Ancaq Qorxmaz savadsız olduğu üçün imtahan verə bilmir.

Şəki səhiyyəsində kadr təyinatı məsələsində 113-də işləyən Arzu həkimin də rolu böyükdür. Onun da Məcid doktora təsir imkanları az deyil. Onun da sənədləri baş həkim təyin edilmək üçün TƏBİB-ə göndərilib. Məcid doktorun sürücüsü İlkin də özünə çox yaxın olan xanımı Arxiv şöbəsinə müdir təyin etdirib.

Onu da qeyd edək ki, Mərkəzi Xəstəxanada bir Göynük şəbəkəsi var. Belə ki, Ümumi şöbənin müdiri Göynüklü, müavini Göynüklü, oğlu da Təcili Yardımda işləyir. Baş həkimin müavini Vüqar isə Regional Maliyyə İdarəsinin sabiq müdiri çox hörmətli Həsən müəllimin qaynıdır. Bizim Həsən müəllimlə heç bir işimiz yoxdur, çünki o...

İndi isə keçək Məcid doktorun oğlunun macəralarına. İçki düşkünü olan, oğul 2 gündən bir avtomobilini içkili idarə etdiyi üçün QAİ-yə düşür və...sonda MTN-də çalışdığı vəzifəsindən uzaqlaşdırılıb. Məcid doktorun oğlu atasının pullarını otaqda səpələyərək fotosessiya göstərib və sosial şəbəkədə paylaşıb. Və nəticədə vəzifəsini itirib.

Yeri gəlmişkən, doktorun oğlu Dəhnə mafiyasının başçısı Elçinin kürəkənidir. Məcid Əliyevin bir qohumu Elnarə də Ailə Sağlamlıq Mərkəzində baş tibb bacısıdır. O isə ölülərə sağlamlıq kağızı verdiyi üçün onun barəsində prokurorluq cinayət işi açıb. Və əvvəlki baş həkimin vaxtında vəzifəsindən uzaqlaşdırılıb. Sonradan Məcid Əliyevin köməkliyi ilə məhkəmə yolu ilə işinə bərpa olunub. Məcid Əliyevin biznes şəbəkəsinə, obyektlərinə gəldikdə isə, onun Londonda evləri, Şəkidə “moyka”ları, inkubator fabriki və daha nələri... İşçilərə isə deyir ki, gətirin işdə saxlayaq...

Bir sözlə, Məcid Əliyev Şəkidə əməlli-başlı səhiyyə bazarı açıb. //gundelik-baku.com//






Paylaş:


Müəllif : Tarix:
19-09-2022, 11:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər