reklam
Regionxeberlericom.az » Gündəm » Sakinlər Elxan Yaqubovun qanunsuz əməllərinə etiraz edir…

reklam

Sakinlər Elxan Yaqubovun qanunsuz əməllərinə etiraz edir…

















Sözün düzü, “Planeta” apteklər şəbəkəsinin, “Biloloji Təbabət Klinikası”nın sahibi Elxan Yaqubovun  uzun müsahibəsini  səbrlə oxuyanda sevindim ki, bizdə tibbin bu sahəsi nəhayət inkişaf etməyə başlayıb. 

Amma atalar demişkən, avazın yaxşı gəlir, oxuduğun Quran olsa...

Qısa  məlumat üçün bildirək ki,   Elxan Yaqubov  1968-ci ildə  Göyçayda anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının iqtisadiyyat fakültəsini bitirmişdir.Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitunun dissertantıdır. 

1997-ci ildən “Planeta”  şirkətinin təsisçisi və direktorudur. 2001-ci ildən dünya üzrə mərkəzi Almaniyada yerləşən Bioloji Təbabətlə müalicə metodunu Azərbaycana gətirmiş və fəaliyyətə başlamışdır.

2009-cu ilin fevralından Bioloji Təbabət Klinikasını təsis etmişdir. Və hazırda  bir neçə rayonda, Göyçayda, Masallıda,  Sumqayıtda  klinikanın filialı  fəaliyyət göstərir. 

Elxan Yaqubov  öz müsahibəsində müasir tibbi avadanlıqlardan danışır, hətta deyir ki, bu başqa klinikalarda yoxdur. Hətta onu da deyir ki, bizdə elə müayinə üsulları var ki, qulağın məməciyindən götürülən bir damla qanı qaranlıq sahəli mikraskopda analiz etməklə orqanizmdəki gizli qalan bir çox xəstəlik haqda məlumat ala bilirik. Hansı ki, bu məlumatları heç bir başqa laboratoriyada etmək olmur.

Elxan Yaqubov  öz müsahibəsində  deyir ki, müalicəsi çətin olan bir sıra xəstəliklərə görə böyük pullar xərcləyib xarici ölkələrə üz tutmasınlar. Bizə müraciət etsinlər və şəfa tapsınlar...

Birincisi ondan başlayaq ki, Elxan Yaqubov deyir ki, böyük pullar xərcləyib xaricdən ən müasir tibbi aparatlar gətirmişik. 

Əgər belədirsə, niyə..? 

Bəli, Səhiyyə Nazirliyinin dövlət vəsaiti hesabına alıb Göyçay  Mərkəzi Xəstəxanasına verilən bahalı  müayinə aparatları nə üçün  “Bioloji Təbabət Klinikası”na aparılıb..? 

Bəs deyirsən xaricdən baha qiymətə almışıq, cənab Yaqubov..? 

Bəlkə Göyçay xəstəxanasında baş verən ölüm  hadisəsindən bəhs edək..? 

Həmin olayda  Yaqubovun da adı  hallanır. 

Ona görə də yazının girişində, avazın yaxşı gəlir...dedik. 

Hələ bu harasıdır.? 

“Bioloji Təbabət” klinikasının adı müxtəlif neqativ işlərdə hallanıb. Bu klinikanın müxtəlif filialları var.

Məsələn, Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, klinikanın Bakıdakı filialında stomatoloq Cəfər Fərzəliyev pasienti Sevil Ağamirovanın dişində apardığı əməliyyatı xəstənin narazılığı səbəbindən yarımçıq qoyub və üstəlik onu təhqir edib.

E.Hüseynov bildirib ki, dişindən müalicə alan pasient ödədiyi pula görə klinikadan ona heç bir qəbz verilməyib:

“Cəfər Fərzəliyev dişimi müayinə etmək üçün məni rentgenə göndərdi. 20 manat ödədim, ancaq qəbz verilmədi.

Sonra dişimi düzəltmək üçün bir dişə görə 120 manat istədi. Ümumilikdə doqquz dişim üçün 1000 manat verməli idim.

Sözün qısası, axırda  həkim xəstə xanıma, rus dilində “von otsuda, afiristka, tı afiristka” deyib. 

Yazıq xəstə deyir ki, çənəmin yaraları hələ də sağalmayıb. 

Bu rüsvayçılığa  klinikanın sahibi Elxan Yaqubovun münasibəti necə olsa yaxşıdır:

“Elə bil restoranda 500 manat hesab vermisən, get ver məhkəməyə, qalan 500 manatı da səndən alaq”.

Bax,  müasir  tibbi xidmət deyəndə Elxan Yaqubov bunu nəzərdə tuturmuş…Avazın yaxşı gəlirdi, ay Yaqubov…

Bu hələ harasıdır..? 

Dəfələrlə Yaqubovun “Planet”  apteklər şəbəkəsində vaxtı keçmiş dərmanların satıldığı üzə çıxıb…

2015-ci ildə Səhiyyə Nazirliyinin qanun pozuntularına yol verdiklərinə görə cəzalandırdığı klinikalar siyahısında “Bioloji Təbabət” MMC da var idi.

Hətta mediada gedən informasiyadan bəlli olur ki, vaxtilə müəyyən qurumlar Yaqubovun apteklərində əməliyyat keçirib.

Elxan Yaqubov həm də öz qanunsuz tikintiləri ilə də sakinlərin ciddi narazılığına səbəb olub. 

Belə ki, Elxan Yaqubovun xanımı Səbirə Yaqubova bakıda xeyli torpaq sahəsini özəlləşdirib. Və uşaq bağçasının yerləşdiyi  belə ərazilərin birində Yaqubovun ofis binası tikməsi sakinlərin aksiya keçirməsinə səbəb olub. 

Sakinlərin sözlərinə görə, E.Yaqubov 120 ailənin istirahət etdiyi bağı da zəbt etmək niyyətindədir: “İl yarımdır ki, burada keşik çəkirik. Keçən il sənəd gətirdilər ki, ərazidə ofis binası tikirik. Bizim müraciətimiz əsasında Yaşıllaşdırma İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti sərəncamı ləğv etdi. Sakinlərin təkidi ilə tikinti dayandırıldı”.

Ancaq  Elxan Yaqubov  öz əməlindən geri çəkilmir. Hətta onun adamları  sakinləri döyüblər. 

Sakinlərin sözlərinə görə E.Yaqubov ərazidə yeni klinika inşa etdirmək istəyir: “Elxan burada çoxmərtəbəli yeni klinika inşa etdirəcək. Yeni bina isə bizim binalarımızın 2 metrliyində tikiləcək. Mənzillərimizin pəncərələri bağlanacaq, evlərə günəş işığı düşməyəcək. Binalardan biri qəzalı vəziyyətdədir. Ötən il burada qaz sızmasından bir mənzil partlayıb, 5 nəfər həlak olub. İndi qəzalı binanın yanında dərin özülün qazılması binamızın çökməsinə səbəb olar”.

Məhəllə sakinləri deyir ki, E.Yaqubovun Bakıda onlarla obyekti var: “Elxanın məhəlləmizdə 6 mərtəbəli ”Bioloji təbabət" klinikası var. “Şamaxinka”da, Yeni Yasamalda və başqa yerlərdə də binalar inşa etdirib.

Şikayətçilər tələblərə məhəl qoyulmayacağı təqdirdə etiraz aksiyalarına başlayacaqlarını deyiblər.




Paylaş:


Müəllif : Tarix:
19-08-2022, 08:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər