Məmmədovun 700 milyonluq çöküşü
Nəqliyyat Nazirliyinin ləğv olunmasından, sabiq nazir Ziya Məmmədovun postunu tərk etməsindən 2 ildən artıq vaxt keçsə də, ölkə hələ də onun zamanında görülən keyfiyyətsiz işlərin ağrısını çəkir.
Ziya Məmmədovun 30 il zəmanət verdiyi Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolu heç 3 il davam gətirmədi. Şimal bölgəsinə səfər edən hər kəs Ziya Məmmədovun 30 il zəmanət verdiyi yoldan keçməyə məcburdur. Yüksək texnologiyalar əsasında tikildiyi deyilən beton yoldan artıq əsər-əlamət qalmayıb.
Milyonlar xərcləndi, amma tikilən yol 2018-ci ildə yenidən təmirə bağladı. Artıq Nəqliyyat Nazirliyi ləğv olunduğu üçün yolun təmiri, bərpası, yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətindədir. Hazırda sözügedən yol bərbad vəziyyətdədir və ölkənin turizm bölgəsi hesab olunan şimal rayonlarına məhz bu səbəbdən gedənlərin sayından kifayət qədər azalma müşahidə olunur.
Məsələdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də xəbərdardır və qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli insanların narazılığını haqlı saydıqlarını deyib: "Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 132 kilometrlik Bakı-Gəndob hissəsində tikinti zamanı podratçıların işinə nəzarətin zəif olması nəticəsində buraxılan konstruktiv səhvlər, o cümlədən layihədə nəzərdə tutulmuş ərazilərdə qrunt sularının ötürülməsi üçün drenaj sisteminin pis tikilməsi və ya ümumiyyətlə olmaması, həmçinin Qubadan Bakı şəhərinə doğru normadan artıq yüklənmiş yük maşınlarının hərəkəti nəticəsində yolun monolit-beton örtüyündə çatlar əmələ gəlib, dağılmış hissələr meydana gəlib”.
Göründüyü kimi, rəsmi olaraq yolun tikintisi zamanı məsul qurumların məhsuliyyətsizlik etdiyi etiraf olunur. Xatırlatmaq yerinə düşər ki, 2005-cı ildən tikintisinə başlanan Bakı-Quba-Rusiya avtomobil yoluna ümumilikdə 700 milyon manat xərclənib.
2005-2010-cu illərdə layihəyə dövlət büdcəsinin investisiya xərclərindən 641 milyon 820 min manat pul ayrılıb. Beynəlxalq maliyyə təşkilatlarından alınan kreditlərlə birlikdə layihə 700 milyon manata başa gəlib. 2009-cu ildə istifadəyə verilən avtomagistral yolun beton örtüyü qısa zaman sonra dağılmağa başladı. Zaman-zaman yolun dağılan hissələrini asvalt örtüklə “yamamaqla” vəziyyətdən çıxmağa çalışdılar. Bu gün isə artıq yol bərbad vəziyyətdədir. Yolun bir hissəsi tamamilə sıradan çıxıb. Bir müddət öncə yolun bir hissəsi yenidən təmirə bağlanıb.
Bəs bu yolu çəkiləndə, milyonlarla büdcə vəsaiti xərclənəndə, milyonların müqabilində yeni tikilən yol 3 il davam gətirməyəndə, sadalanan problemlərin “təməli” qoyulanda Ziya Məmmədov nə işlə məşğul olurdu?
Sirr deyil ki, Ziya Məmmədov böyük biznes imperiyasına sahib olan oliqarx məmurlar siyasında ilk yerləri tuturdu. Onun rəhbəri olduğu “Garant Holding” enerji satışından tutmuş bank-sığorta, tikinti, turizm, hotel və restoran biznesinə qədər bir çox sahəni özündə cəmləşdirirdi. Bu böyüklükdə biznes imperiyasını qurmaq və onu idarə etmək çox böyük nüfuz (nazir postu -müəl.) və zaman tələb edirdi. Biznes imperiyasını idarə edən şəxsin rəhbərlik etdiyi nazirliyin məsuliyyət daşıdığı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməsi təbii ki, mümkün deyil.
Bütün bunlar onu deməyə əsas verir ki, 2009-cu ildə istifadəyə verilən yolun tikintisinə cavabdeh olan Nəqliyyat Nazirliyinə rəhbərlik edən Ziya Məmmədov və komandası heç də deyildiyi kimi yüksək texnologiyalardan istifadə etməyib. Ediblərsə də, bu, yalnız sənəd üzərində, ayrılan milyonların mənimsənilməsi üçün olub.
Görünən odur ki, bir dəfə 700 milyon xərclənən yol ikinci dəfə də dövlət büdcəsini ən az bu qədər yük altına salacaq. Çünki AAYDA-nin mətbuat xidmətinin təhbəri Anar Nəcəfli deyib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi yolda təmir-bərpa işlərini həyata keçirməəy çalışır. Lakin yol artıq əsaslı şəkildə yenidən qurulmalıdır: "Yolun müəyyən hissələrində cari təmir işləri həyata keçiririk. Amma bu, həmin yolda yaranan problemin müəyyən qədər həll edilməsi üçün edilir ki, avtomobillərin hərəkətində ciddi problem yaşanmasın. Bununla bağlı aidiyyəti qurumlar məlumatlandırılıb. Yaxın vaxtlarda həmin yolun əsaslı şəkildə yenidən qurulması istiqamətində addımlar atılacaq".
Görünən odur ki, Ziya Məmmədovun əməllərinin acısını bu gün də çəkməyə və yaşamağa məcburuq. Amma yolun yenidən qurulmasından sonra bu problemlərin yenidən yaşanmayacağı ilə bağlı heç bir təminat yoxdur. Çünki AAYDA-nın da təcrübəsində bu cür problemlər yox deyil. Buna misal olaraq 6 ildə 5 dəfə təmirə bağlanan Bibiheybət yolunu göstərmək olar.
Belə ki, Bakı-Ələt yolunun bir hissəsi olan magistralın tikintisi 2013-cü ildə başa çatıb. Bibiheybət yolu həmin magistiralın üzərində yerləşdiyi üçün təbii ki, həmin ərazi də təmir edilib. Ancaq yol keyfiyyətsiz olduğu üçün, yaxud başqa səbəbdən 2015-ci ildə yenidən təmirə bağlanıb. Bu dəfə də aparılan təmir-tikinti işləri keyfiyyətsiz olduğu üçün Bibiheybət yolunda çökmə baş verib. Yolun növbəti təmiri 2017-ci ilə təsadüf edib. Həmin zaman verilən rəsmi məlumatda yolun əsaslı təmir olunduğu bildirilib. Nəticədə isə yol heç 1 il davam gətirməyib. Bibiheybət yolu təmirdən təxminən 9 ay sonra yenidən çöküb. 1 ili tamam olmayan yol 2018-ci ildə yenidən təmirə bağlanıb. 2018-ci ildə isə təmir işlərini aparan “Azəravtoyol”, indiki AAYDA magistralın çökən hissələrini “yamayaraq” yolu istifadəyə açıb. Bu təmirdən sonra da yolun istifadə müddəti uzun çəkməyib. Son olaraq 2019-cu ilin 1 mart tarixində Bibiheybət yolu çöküb.
Göründüyü kimi, vətəndaşlar səriştəsiz, başı ancaq öz şəxsi biznesinə qarışan qurum rəhbərlərinin məhsuliyyətsiziliyinin cəzasını çəkməyə davam edir. Eyni zamanda da dövlət büdcəsi dəfələrlə eyni yükün altına düşməyə məcbur qalır.
Cebhe.info
Paylaş:
Müəllif : Redaktor
Tarix:21-07-2019, 22:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Nəqliyyat Nazirliyinin ləğv olunmasından, sabiq nazir Ziya Məmmədovun postunu tərk etməsindən 2 ildən artıq vaxt keçsə də, ölkə hələ də onun zamanında görülən keyfiyyətsiz işlərin ağrısını çəkir.
Ziya Məmmədovun 30 il zəmanət verdiyi Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolu heç 3 il davam gətirmədi. Şimal bölgəsinə səfər edən hər kəs Ziya Məmmədovun 30 il zəmanət verdiyi yoldan keçməyə məcburdur. Yüksək texnologiyalar əsasında tikildiyi deyilən beton yoldan artıq əsər-əlamət qalmayıb.
Milyonlar xərcləndi, amma tikilən yol 2018-ci ildə yenidən təmirə bağladı. Artıq Nəqliyyat Nazirliyi ləğv olunduğu üçün yolun təmiri, bərpası, yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətindədir. Hazırda sözügedən yol bərbad vəziyyətdədir və ölkənin turizm bölgəsi hesab olunan şimal rayonlarına məhz bu səbəbdən gedənlərin sayından kifayət qədər azalma müşahidə olunur.
Məsələdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də xəbərdardır və qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli insanların narazılığını haqlı saydıqlarını deyib: "Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 132 kilometrlik Bakı-Gəndob hissəsində tikinti zamanı podratçıların işinə nəzarətin zəif olması nəticəsində buraxılan konstruktiv səhvlər, o cümlədən layihədə nəzərdə tutulmuş ərazilərdə qrunt sularının ötürülməsi üçün drenaj sisteminin pis tikilməsi və ya ümumiyyətlə olmaması, həmçinin Qubadan Bakı şəhərinə doğru normadan artıq yüklənmiş yük maşınlarının hərəkəti nəticəsində yolun monolit-beton örtüyündə çatlar əmələ gəlib, dağılmış hissələr meydana gəlib”.
Göründüyü kimi, rəsmi olaraq yolun tikintisi zamanı məsul qurumların məhsuliyyətsizlik etdiyi etiraf olunur. Xatırlatmaq yerinə düşər ki, 2005-cı ildən tikintisinə başlanan Bakı-Quba-Rusiya avtomobil yoluna ümumilikdə 700 milyon manat xərclənib.2005-2010-cu illərdə layihəyə dövlət büdcəsinin investisiya xərclərindən 641 milyon 820 min manat pul ayrılıb. Beynəlxalq maliyyə təşkilatlarından alınan kreditlərlə birlikdə layihə 700 milyon manata başa gəlib. 2009-cu ildə istifadəyə verilən avtomagistral yolun beton örtüyü qısa zaman sonra dağılmağa başladı. Zaman-zaman yolun dağılan hissələrini asvalt örtüklə “yamamaqla” vəziyyətdən çıxmağa çalışdılar. Bu gün isə artıq yol bərbad vəziyyətdədir. Yolun bir hissəsi tamamilə sıradan çıxıb. Bir müddət öncə yolun bir hissəsi yenidən təmirə bağlanıb.
Bəs bu yolu çəkiləndə, milyonlarla büdcə vəsaiti xərclənəndə, milyonların müqabilində yeni tikilən yol 3 il davam gətirməyəndə, sadalanan problemlərin “təməli” qoyulanda Ziya Məmmədov nə işlə məşğul olurdu?
Sirr deyil ki, Ziya Məmmədov böyük biznes imperiyasına sahib olan oliqarx məmurlar siyasında ilk yerləri tuturdu. Onun rəhbəri olduğu “Garant Holding” enerji satışından tutmuş bank-sığorta, tikinti, turizm, hotel və restoran biznesinə qədər bir çox sahəni özündə cəmləşdirirdi. Bu böyüklükdə biznes imperiyasını qurmaq və onu idarə etmək çox böyük nüfuz (nazir postu -müəl.) və zaman tələb edirdi. Biznes imperiyasını idarə edən şəxsin rəhbərlik etdiyi nazirliyin məsuliyyət daşıdığı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməsi təbii ki, mümkün deyil.
Bütün bunlar onu deməyə əsas verir ki, 2009-cu ildə istifadəyə verilən yolun tikintisinə cavabdeh olan Nəqliyyat Nazirliyinə rəhbərlik edən Ziya Məmmədov və komandası heç də deyildiyi kimi yüksək texnologiyalardan istifadə etməyib. Ediblərsə də, bu, yalnız sənəd üzərində, ayrılan milyonların mənimsənilməsi üçün olub.Görünən odur ki, bir dəfə 700 milyon xərclənən yol ikinci dəfə də dövlət büdcəsini ən az bu qədər yük altına salacaq. Çünki AAYDA-nin mətbuat xidmətinin təhbəri Anar Nəcəfli deyib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi yolda təmir-bərpa işlərini həyata keçirməəy çalışır. Lakin yol artıq əsaslı şəkildə yenidən qurulmalıdır: "Yolun müəyyən hissələrində cari təmir işləri həyata keçiririk. Amma bu, həmin yolda yaranan problemin müəyyən qədər həll edilməsi üçün edilir ki, avtomobillərin hərəkətində ciddi problem yaşanmasın. Bununla bağlı aidiyyəti qurumlar məlumatlandırılıb. Yaxın vaxtlarda həmin yolun əsaslı şəkildə yenidən qurulması istiqamətində addımlar atılacaq".
Görünən odur ki, Ziya Məmmədovun əməllərinin acısını bu gün də çəkməyə və yaşamağa məcburuq. Amma yolun yenidən qurulmasından sonra bu problemlərin yenidən yaşanmayacağı ilə bağlı heç bir təminat yoxdur. Çünki AAYDA-nın da təcrübəsində bu cür problemlər yox deyil. Buna misal olaraq 6 ildə 5 dəfə təmirə bağlanan Bibiheybət yolunu göstərmək olar.
Belə ki, Bakı-Ələt yolunun bir hissəsi olan magistralın tikintisi 2013-cü ildə başa çatıb. Bibiheybət yolu həmin magistiralın üzərində yerləşdiyi üçün təbii ki, həmin ərazi də təmir edilib. Ancaq yol keyfiyyətsiz olduğu üçün, yaxud başqa səbəbdən 2015-ci ildə yenidən təmirə bağlanıb. Bu dəfə də aparılan təmir-tikinti işləri keyfiyyətsiz olduğu üçün Bibiheybət yolunda çökmə baş verib. Yolun növbəti təmiri 2017-ci ilə təsadüf edib. Həmin zaman verilən rəsmi məlumatda yolun əsaslı təmir olunduğu bildirilib. Nəticədə isə yol heç 1 il davam gətirməyib. Bibiheybət yolu təmirdən təxminən 9 ay sonra yenidən çöküb. 1 ili tamam olmayan yol 2018-ci ildə yenidən təmirə bağlanıb. 2018-ci ildə isə təmir işlərini aparan “Azəravtoyol”, indiki AAYDA magistralın çökən hissələrini “yamayaraq” yolu istifadəyə açıb. Bu təmirdən sonra da yolun istifadə müddəti uzun çəkməyib. Son olaraq 2019-cu ilin 1 mart tarixində Bibiheybət yolu çöküb.
Göründüyü kimi, vətəndaşlar səriştəsiz, başı ancaq öz şəxsi biznesinə qarışan qurum rəhbərlərinin məhsuliyyətsiziliyinin cəzasını çəkməyə davam edir. Eyni zamanda da dövlət büdcəsi dəfələrlə eyni yükün altına düşməyə məcbur qalır.
Cebhe.info
Paylaş:
Müəllif :
Redaktor
Tarix:21-07-2019, 22:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01