Növbə Mirdaməd Sadıqovda – Prezidentə məktublar başçını ifşa edir
Prezidentin Şamaxı və Ağsu rayonlarına səfərləri bir çox mətləblərin üstünü açdı, problemlərin, qanunsuzluqların olduğunu meydana çıxardı.
Dövlət başçısı özü mikrofonla elan etdi ki, vətəndaşlardan əlbəəl aldığı məktublarda şikayətlər, qanunsuz qərarlarla bağlı müraciətlər var. Bu, Ağsuda yarıtmaz idarəçiliyin hansı fəsadlar doğurduğunu ifşa etdi.
Cahan.info xəbər verir ki, növbə İsmayıllıya çatıb. Ağsunun icra başçısı Ənvər Seyidəliyevin ardınca İsmayıllının rəhbəri Mirdaməd Sadıqovun sınaq müddəti başlayır.
2013-cü ildə məlum hadisələrdən sonra M.Sadıqova etimad göstərildi. Ölkə başçısının ondan gözləntiləri varıydı ki, İsmayıllıda problemləri həll edəcək.
Amma ötən dövrdə rayon camaatının üzləşdiyi haqsızlıqlar, qanunsuzluqlar birə beş artdı. Odur ki, prezidentin İsmayıllıya səfəri, sakinlərin əlbəəl çatdıracağı məktublar M.Sadıqovun necə işlədiyini üzə çıxaracaq.
Ağsunun icra başçısının artıq “qələmi qırılıb”. Növbədə isə M.Sadıqovun olduğu bildirilir. Prezident Şamaxı kimi, Ağsu və İsmayıllıya da gənc kadrların icra başçısı təyin etməyi planlaşdırır.
M.Sadıqovun adını google axtarış sistemində axtarışa verəndə çıxan məqalələrin böyük əksəriyyəti, hətta demək olar ki, 99 faizi məhz tənqid, şikayət, narazılıq motivlidir. Onun korrupsiya əməllərinə yol verməsindən tutmuş, rayonda talamaya yol verməsinə, ölkə rəhbərliyinə qarşı saymazlıq etməsinə, rayon sakinlərini incitməsinə, onlarla kobud rəftar etməsinədək ən müxtəlif problemlərdən bəhs edilir.
M.Sadıqov yerli adamıydı, əslən lahıclıdır, camaatla dil tapa bilərdi, ikincisi iqtisadçıdır, adı korrupsiya və maxinasiyalarda hallanmamışdı. Hakimiyyət güman edirdi ki, belə reputasiyaya malik kadrı İsmayıllıdakı məlum hadisələrdən sonra icra başçısı postuna gətirmək olar.
Elə M.Sadıqov da ilk aylarda göz oxşamağa başladı: sakinlərlə görüşlər, şəhər əhalisi ilə qaynayıb-qarışmaq, mərkəzdə avtomobilsiz hərəkət etmək, vətəndaşların qəbulu, tapşırıq və göstərişlər…
Fəqət M.Sadıqovun kosmetik siyasəti “sabun köpüyü”nə çevrildi. Hətta o məlumatlar belə yayılmışdı ki, MTN-nin rəhbəri Eldar Mahmudova 3 milyonluq villa tikdirib, onunla brilyant biznesi var. Yəni, sələfi Nizami Ələkbərov belə bunu etməmişdi.
Rayondan gələn sahibkar şikayətləri artır və artıq keçmiş nazir Fazil Məmmədov da öz müəllimini qoruya bilməz. Bu günlərdə DogruXeber.az informasiya agentliyi İsmayıllı meşəsində ağacların kütləvi şəkildə qanunsuz olarq kəsilib satılması barədə yazı dərc etmişdi.
Mirdaməd Sadıqov isə bu özbaşınalıqların mətbuatda işıqlanmamasına müəssər olur. Dövlət başçısının əyalətlərdə məmur zülmü ilə bağlı işdən çıxardığı icra başçılarının trendinə M.Sadıqovun da qoşulacağı istisna deyil.
Məlum İsmayıllı hadisələrindən sonra bu bölgəyə qarşı xüsusi həssaslıq var və siyasi rəhbərlik çalışır ki, regiondan şikayət gəlməsin, narazılıq xirtdəyə çatmasın. Amma M.Sadıqovun fəaliyyəti gərginlik yaratmaqdadır. Əsasən də vəzifələrə həmyerliləri olan lahıclıları təyin etməsi, onları daha çox qabağa çəkməsi İsmayıllıda narazılığı artırıb.Növbəti yazımızda oxuculara təqdim edəcəyik:
İcra başçısı əkinə yararlı torpaqları pay torpaqları adı ilə necə satıb?
Mirdaməd Sadıqov İH-də vəzifələrə qohumlarını və yaxınlarını necə təyin edib?
Şəhərin mərkəzində obyekti hansı vəsaitlə tikdirib?
İnşa etdirdiyi özəl bağçanın 1 ildir qapısı niyə qıfıllanıb?
Məlumata görə son illər İsmayıllı rayonunda iqtisadi geriləmənin olması, rayon əhalisinin sosial vəziyyətlərinin sürətlə pisləşməyə doğru getməsi artıq hakimiyyətin yuxarı instansiyalarını hərəkətə keçirib.
Mirdaməd Sadıqovdan əvvəl İsmayıllıya rəhbərlik edən Nizami Ələkbərovun vaxtında rayon əhalisinin sadə təbəqəsi məzlum günündə yaşayırdısa, indi İsmayıllının qismən imkanlı təbəqəsi-iş adamları da rayon rəhbərliyinin ucbatından səfil gününə düşüblər.
Qeyd edək ki, bir müddət öncə İsmayıllı rayonundan tanınmış iş adamı Vidadi İsgəndərov ölkə rəhbərliyinə video müraciət edərək rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun onu aldadaraq müflis etdiyini bildirirdi.
Bütün bu gedişat göstərir ki, prezident İsmayıllıdan sonra lazımi ölçülər götürəcək, tədbirlər görəcək.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Paylaş:
Müəllif : Redaktor
Tarix:15-03-2019, 14:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:15-03-2019, 14:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11