Biznesdə ”yüksək pilotaj”: həbsdən çıxıb AZAL-ın tərəfdaşı olanlar (ARAŞDIRMA)
Yeni yaradılan şirkətlər böyük məbləğdə satınalmalara qoşulub
“Azərbaycan Hava Yolları” QSC dəyəri yüz milyonlarla dollar olan təyyarələri alanda, Bakıda, Qəbələdə, Zaqatalada, Lənkəranda aeroportlar inşa edəndə və oradakı xidmət obyektlərini icarəyə verəndə satınalma prosedurlarına əməl etməyə əhəmiyyət vermir. Bu həqiqəti Hesablama Palatası öz rəylərində xüsusi qeyd edir. Aviaşirkət uzun fasilədən sonra 2017-ci ilin sonuncu rübündən etibarən aşağı məbləğli satınalmaların müsabiqəli əsaslarla təşkilini bərpa edib. Amma bu da var ki, hava limanları infrastrukturunun işlək vəziyyətdə qalması ilə bağlı satınalma müsabiqələrinin təşkilində müəyyən şübhəli məqamlar mövcuddur. Qaliblər arasında peşəkarlığı illərin sınağından çıxmış şirkətlərlə yanaşı, “bu gün yaranıb sabah işə başlayan”, sahibi bilinməyən, mənfi reputasiyalı şəxslərin direktor təyin olunduqları və məqsədi bir qayda olaraq vergidən yayınmaq olan “süzgəc” şirkətlər də var.
Bu ilin yanvarın sonu-fevralın əvvəlində AZAL bir neçə satınalma müqaviləsini ləğv edib. Buna əsas kimi işi üzərinə götürmüş şirkətlərin fəaliyyətini dayandırdığı göstərilir. Bunun belə olub-olmadığını müəyyən etmək çətindir: Həmin müsabiqələrdə qalib gələn şirkətlərin (“KOSIRANO” MMC, “DIRECT COMPANY” MMC, “BARIS LL” MMC və “KRONOS COMPANY” MMC) nə telefon nömrəsi var, nə də internet səhifəsi. Şirkətlər fəaliyyətlərinin dayandırılması səbəbindən müqavilələri icra edə bilməyəcəkləri haqda AZAL-ı özləri xəbərdar edib. Müqavilələr bağlansa da, aviaşirkət tərəfdaş seçdiyi qurumlara pulu ödəməyib. Bu səbəbdən AZAL onlara qarşı cərimə sanksiyası tətbiq etməyib. Bunu AZAL-dan deyiblər.
Jurnalist təhqiqatı gedişində o da məlum olub ki, ləğv olunmuş müqavilələrin predmeti üzrə bu ilin fevral ayında keçirilən yeni müsabiqələrdə də “eyni qəlibdən çıxmış” şirkətlərə üstünlük verilib. Onlarla bağlanmış müqaviləılərin qiyməti isə qəpiyinədək öncəkiləri təkrarlayır.
Amma məsələ bununla bitmir. Müxtəlif şirkətlərin eyni arqumentlə öhdəliklərini icra etməkdən müəmmalı şəkildə yaxasını çəkməsi faktı araşdırılarkən maraqlı nüanslar ortaya çıxıb. Məlum olub ki, “işin öhdəsindən gələ bilməyən” şirkətlərin və onlara bağlı olan şəxslərin başqa dövlət təşkilatarı ilə də işbirliyi varmış… Və milli aviaşirkətlə işbirliyində girişən bu qurumlar biznesə “ağ səhifədən” başlayıbmış.
…Hər şey klassik ssenari üzrə gedib. Adı çəkilən şirkətlərin hamısı AZAL-ın satınalma müsabiqələrinə qatılmağa az qalmış yaradılıb. Şirkətlərin direktorları eyni tarixlərdə 5-10 manat kapitalla təsis olunmuş daha bir neçə şirkətin rəhbərləridir. Onların qeydiyyat ünvanı isə biznes mərkəzləri deyil, fərdi mənzillərdir. Lakin bu amillər adları açıqlanmayan rəqiblərinə üstün gəlməkdə onlara mane olmayıb.
Həbsdən çıxıb AZAL-la tərəfdaş olan iş adamları
Emzar Alatxan oğlu Məmmədov “Kronos Company” MMC-nin direktorudur. Şirkət 15 noyabr 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Həmin gün eyni ünvanda (Bakı şəhəri, Ağa Nemətulla küçəsi, ev 24, mənzil 32) Emzarın direktor təyin olunduğu daha bir neçə şirkət (“Perses” MMC, “İperion” MMC, “ASTORIA 2018” MMC və “Asteria Company” MMC) yaradılıb. “Kronos Company” MMC AZAL-ın Gəncə Beynəlxalq Hava Limanı üçün su ötürücüsü və onun ehtiyat hissələrini satın alınması məqsədilə dekabrın 3-də elan etdiyi kotirovka sorğusunun qalibi seçilib və onunla 21 min 725,80 manat dəyərində müqavilə bağlanıb. İki ay sonra, fevralın 5-də AZAL müqavilənin pozulduğunu açıqlayıb.
Fəaliyyətini dayandırmasını əsas gətirməklə AZAL-ın işinin icrasından yayınan bu şirkət Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu ilə eyni günlərdə (dekabrın 6-da) müqavilə imzalayıb. O, 8 min 769.80 manat dəyərində mal və materialları çatdırmağı öhdəsinə götürüb. İnstitutun tender komissiyasında deyilənə görə, burada problem yaşanmayıb və “Kronos Company” MMC elmi tədqiqat işləri üçün tələb olunan malları vaxtında çatdırıb.
Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsi balansında olan bir neçə (122, 122A, 124, 126 və 3A saylı) yaşayış binalarının cari təmirini “İperion” MMC-yə tapşırıb. Dekabrın 11-də bu məqsədlə bağlanmış müqavilənin dəyəri 35 min 32,50 manatdır. Bu şirkətin də direktoru Emraz Məmmədovdur. Bəs Emzar kimdir?
Mənbələrin tədqiqi onun kriminal keçmişindən xəbər verir. Nərimanov Rayon Məhkəməsinin 11 mart 2015-ci il tarixli hökmü ilə, o, AR CM-nin 177.1-ci maddəsilə (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama) məhkum olunub və 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ilə isə bəraət alıb. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti həmin ilin mayında təmin olunmayıb və qüvvədə saxlanılıb. Lakin dövlət satınalmalarının reyestrindən görünür ki, həbsdən sonra Emraz Məmmədov “uğurlu iş adamına” çevrilib.
29 yaşlı Masallı rayon sakini Elvin Etibar oğlu Səlimbəyli 2015-ci ildə dələduzluqda ittiham edilərək https://goo.gl/xVzU7Y həbsə düşüb. 2018-ci ilin mayında isə, o, artıq 5 şirkətin (“CALLISTO” MMC, “Estella”, “TITANIA NF”, “Pandora ND” və “OPHELIA” MMC-lər) direktoru idi. Onun rəhbərlik etdiyi şirkətlərin tərəfdaşları arasında “Azərbaycan Hava Yolları” QSC, Daxili İşlər Nazirliyi və Siyəzən Rayon İcra Hakimiyyəti də var. Dövlət satınlamalarının reyestrinə görə, “OPHELIA” şirkəti AZAL-a məxsus kondisionerləri ehtiyat hissələri (1265 manat), DİN-i isə mətbəx ləvazimatları (24992 manat) ilə təchiz edib. “Estella” şirkətinə Siyəzəndə bayram tədbirlərinin təşkili üçün 24100 manat ödənilib. Vergilər Nazirliyi adı çəkilən beş şirkətin dövlət büdcəsinə ümumilikdə 29281 manat ödənilməmiş vergi borcunun olduğunu bildirir.
“Ümumi dostların” məsləhəti ilə tapılan şirkət
“Kosirano” MMC Bakı Beynəlxalq Aeroportu üçün 4 ədəd mühərrikin alınması üçün dekabrın 10-da keçirilmiş müsabiqədə qalib gəlib. Şirkət mühərrikləri AZAL-a təqdim etməyə və buna görə ondan 16100 manat almağa razılaşıb. Vaxt keçib, amma mal gəlib çıxmayıb. Nəhayət, yanvarın 25-də aviaşirkətin müsabiqə komissiyası elan edib ki, “qalib şirkətin fəaliyyətini dayandırması səbəbindən” müqaviləni ləğv edib. Amma “Kronos Company” MMC kimi bu şirkətin də AMEA-nın başqa bir qurumu ilə (Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu) dekabrın 14-də avadanlığın alınmasına dair bağladığı 19126 manatlıq müqaviləni icra etdiyi bildirilir. Akademiyanın institutu “Kosirano” MMC ilə müqaviləni bağlamazdan öncə hər hansı satınalma müsabiqəsi elan etməyə lüzüm görməyib. Lakin bu zaman təbii sual yaranır: AMEA-nın institutu bu şirkəti necə “tapıb”? Məsələ burasındadır ki, satınalmalar sahəsində qüvvədə olan normativ aktlara əsasən, kotirovka sorğusunda iştirak üçün yazılı müraciət o şirkətlərə (sayı üçdən az olmamaqla) göndərilə bilər ki, onların satın alınan malın (iş və xidmətlərin) təchizatı sahəsində müəyyən təcrübəsi və bu səbəbdən onlar ilk “yada düşənlərdən” olsun. İnstitutun ümumi şöbəsində jurnalistə deyiblər ki, bu şirkəti “ümumi tanışlar məsləhət görüblər”. “Kosirano” MMC isə ötən ilin oktyabr ayının 11-də qeydiyyatdan keçib və iki ay sonra dövlət satınalmalarına dəvət olunub. Həmin gün bu şirkətlə bərabər Bakı şəhəri, Aşıq Ələsgər küçəsi, ev 30B ünvanında daha bir neçə şirkət (“ASLKHOMI” MMC, “ASBONITA” MMC və “Letkors” MMC ) dövlət qeydiyyatına alınıb. Onlarınhamısına bir şəxs – Faiq Ümüdvar oğlu Hüseynov rəhbərlik edir.
“Etibarsız” “Barıs LL”
Etibarsız malgöndərənlərdən biri də “BARIS LL” MMC-dir. Noyabr və dekabr aylarında, o, AZAL-la ümumi dəyəri 31587,21 manat olan üç müqavilə bağlayıb.
Satın alınan ehtiyat hissələri və mal-materiallar Qəbələ və Bakı beynəlxalq hava limanlarının istilik sistemləri, eləcə də Bakı aeroportunun rabitə qovşaqları və kommutasiya sistemləri üçün tələb olunurdu. Aylar, həftələr keçsə də, şirkət malları təhvil vermir. Yanvarın son günlərində AZAL eyni arqument (fəaliyyətin dayandırılması) gətirən bu şirkətlə də müqavilələrə xitam verir. Bu müqavilələrdən biri (xüsusi təyinatlı anqar kompleksinin istilik qazanlarına ehtiyat hissələrinin təchizatı) fevralın 13-də başqa bir şirkətə – “FUJİ-LTD” MMC-yə təqdim olunub.
“FUJİ-LTD” MMC AZAL-ın bu müqavilə üzrə keçmiş tərəfdaşı (“BARIS LL”) ilə müqaviləni bağlamazdan bir həftə öncə – dekabrın 10-da yaradılıb. Onun direktoru (Solmaz Xanlar qızı Abıyeva) həmin gün daha üç şirkətin (“MECKINLEY”, “Tetan” və “Nanqa” MMC-lər) yaradılmasında iştirak edib.
“BARIS LL” MMC-yə gəlincə, o, 2018-ci ilin iyul ayının 26-da Bakı şəhəri, Xocahəsən yolundakı fərdi evlərdən birində yaradılıb. Ondan bir gün qabaq Xocahəsən yolunda 5 fərqli ünvanda 53 yaşlı Mübariz Baxşeyiş oğlu Muradovun direktor olduğu daha beş şirkət (“Venera S” MMC, “SV TECHIZAT” MMC, “Terkoda” MMC, “FINETECH” MMC və “VEKTOR TRADING” MMC) qurulub. Onlardan üçü sentyabr və oktyabr aylarında dövlət satınalmalarında iştirak edib. “SV TECHIZAT” şirkəti Ədliyyə Nazirliyi Tibb Baş İdarəsini 48000 manat dəyərində vərəm əleyhinə respiratorlarla təchiz edib. Bakı şəhəri Baş Polis İdarəsi oktyabr ayının 9-da adı açıqlanmayan avadanlıqların təmiri və texniki servis xidməti üçün təkliflər sorğusu elan edir və beş gün sonra “VEKTOR TRADING” MMC ilə 112600 manatlıq müqavilə bağlayır. Mənzil İnşaatı Dövlət Agentliyi isə bu qrupa daxil olan “FINETECH” MMC-yə 5810,10 manat dəyərində mal-materialların alınmasını tapşırıb. Bu şirkətlər də nümunəvi vergi ödəyicisi deyil və dövlət büdcəsinə 8102 manat borcu ödənilməmiş qalır.
26 yaşlı işadamının “bir əli göydədir, bir əli yerdə”
“DIRECT COMPANY” MMC 26 yaşlı Vüqar Kamandar oğlu Məmmədovun Bakı şəhərində 6 müxtəlif ünvanda ötən ilin sentyabr ayının 24-də yaradılmış 6 kommersiya qurumundan biridir. AZAL-ın məlumatına görə, bu şirkət noyabr və dekabr aylarında onun 3 kotirovka sorğusunun qalibi olub. Aviaşirkətin təchizat şöbəsində onunla bağlanmış ümumi dəyəri 7427,50 manat olan 2 müqavilənin (dizel-generator üçün idarəetmə bloku və qazanxana üçün qazanın qaz tənzimləyicisinin alınması) icra edildiyini bildiriblər. Dekabrın 5-də Heydər Əliyev Beynəlxalq Aeroportunun havalandırma sisteminin təmiri üçün tələb olunan ehtiyat hissələrinin satın alınması məqsədilə bağlanan müqavilə isə 50 gün sonra ləğv olunub. “DIRECT COMPANY” MMC də eyni səbəb göstərib: şirkət fəaliyyətini dayandırıb.
Vüqar Məmmədovun direktor kimi çalışdığı 6 şirkətdən daha ikisi 3 dövlət təşkilatının 4 satınalmasından qalib çıxıb. Onlardan biri – “Export A” MMC Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə İcra Nümayəndəliyi şəhər küçələrinin cari təmiri üçün tender elan etməzdən qabaq hələ təsis olunmamışdı. Bununla belə, bu, potensialı məlum olmayan bir şirkətlə 134676 manatlıq müqavilə bağlanmasına maneə yaratmayıb. Küçə təmirini apardığı günlərdə (oktyabrın son ongünlüyü) həmin şirkətə Gənclər və İdman Nazirliyi gənclərin hərbi xidmətə həvəsləndirilməsi və ordu sıralarına yola salınması məqsədilə mədəni-kütləvi tədbirlərin keçirilməsi işlərini tapşırıb. Buna görə ona 15000 manat ödənilib. Digər şirkət (“ZERO BIZNES” MMC) AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu üçün oktyabrda 24450 manatlıq laboratoriya inventarı, dekabrda isə 34100 manatlıq avadanlıq satıb. Vüqar Məmmədov həm də “Commerce S” MMC, “Promo TT” MMC və “STOK SERVICE” MMC şirkətlərinin rəhbəridir. Şirkətlərdən birinin (“ZERO BIZNES” MMC) vergi borcu 7400 manatdan çoxdur.
AZAL-ın tərəfdaşının 80 min manat vergi borcu
29 yaşlı Xırdalan sakini Ağayarov Araz Azər oğlunun direktoru olduğu, 2017-ci ilin dekabrında Masallı rayonunda yaradılan beş şirkətdən (“Bakı Təmir Tikinti”, “Azər Resurs”, “BAKU VIZION”, “Turan Group 2000” və “PRIMERA 2018” MMC-lər) birinin AZAL-la yolları kəsişib. “PRIMERA 2018” MMC 2018-ci ilin oktyabrında aviaşirkətə məxsus dizel-generator üçün dəyəri 14 min 18 manat qiymətləndirilən radiator təqdim edib. Ümumilikdə isə bu şirkətlərdən üçünün Quba rayon Mərkəzi Xəstəxanasına avadanlıq və yumşaq inventarın alınması, Tərtər şəhərində küçə işıqlarının təmiri üçün 2018-ci ilin ikinci yarısında dövlət büdcəsindən 247,7 min manat aldığı bildirilir. Ödənilən vergilər haqda məlumat olmasa da, təkcə “Bakı Təmir Tikinti” MMC-nin vergilər üzrə külli miqdarda (79941 manat) borcu ödənilməyib.
AZAL üçün ehtiyat hissələri, instituta meyvə tingləri
31 yaşlı Ucar rayon sakini Nazim Ülfət oğlu Şirinov 2018-ci ilin oktyabr ayının 29-da huquqi ünvanı Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi, ev 84, mənzil 5 olmaqla yaradılan beş şirkətə (“INKO PRODUCTION”, “SAPFIR-88”, “Baycan Group”, “PARADISE PRODUCTION” və “NAZIMOĞLU GROUP” MMC-lər) direktor təyin olunub. “PARADISE PRODUCTION” MMC iki ay sonra “AZALAQRO” Yevlax Aviasiya şirkətinin qaz təminatı sistemləri üçün ehtiyat hissələrinin təchizatçısı olur. AZAL bu sifarişə görə ona 13527 manat ödəyir. Azərbaycan Xalça Muzeyi də N. Şirinovun şirkətlərinin xidmətindən istifadə edib və “INKO PRODUCTION” MMC buna görə ondan 39490 manat alıb. Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu dünyanın bir çox aparıcı tingçilik təsərrüfatı ilə əməkdaşlıq edir. Oktyabr ayında prezident İlham Əliyevin iştirakı ilə elmi tədqiqat institutunun Qubadakı inzibati binasının yenidən qurulmasından az sonra – dekabr ayında “NAZIMOĞLU GROUP” MMC ona 45 min manat dəyərində meyvə tingləri satır. Nə qəzetdə elan verilir, nə də tender.gov.az portalında bildiriş dərc olunur.
“Prezident İlham Əliyevin göstərişi ilə Qubada, 15 hektar sahədə “Ağıllı bağ” salınır. Burada əkilən gilas, nektarin və gavalı elə sortlardandır ki, tingləri hər yerdə tapılmır. “Niyə məhz “NAZIMOĞLU GROUP” şirkətindən o tingləri almışıq” soruşursunuzsa, cavab verirəm: “Mən onları tanımıram, amma mənə deyiblər ki, filankəs bunu (meyvə tinglərini nəzərdə tutur – red.) tapa bilər. Mən ona da, başqasına da göndərirəm məktubu. İndi jurnalist kimi baxırsınız və sizə görə onların (“NAZIMOĞLU GROUP” MMC-nin – red.) potensialı yoxdur. Mənə görə isə var, onun əlaqələri genişdir. Bazarda 12 manata olan meyvə qələmini bu şirkət mənə 5 manata satdı. Tinglər təhvil verilib. Beş hektar sahədə 3333 ədəd ting basdırılıb. Gəlib baxa bilərsiniz.”. Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun baş mühasibi Aybəniz Vahabova deyib.(meydan.tv)
Paylaş:
Müəllif : Redaktor
Tarix:15-03-2019, 10:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:15-03-2019, 10:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti