Azərbaycanlı iri məmurların adlı-sanlı restoranları: - hansı dəbdəbəli yer kimindir?
Azərbaycanda iri məmurların, yüksək vəzifəli şəxslərin və onların ailə üzvlərinin geniş biznes fəaliyyəti ilə məşğul olduğu heç kimə sirr deyil. Bu sırada restoranlar xüsusi yer tutur. Azərbaycanda və onun hüdudlarından kənarda restoran biznesinə sahib olanlar arasında nazirlər də var, icra başçıları da, deputatlar da, digər nüfuzlu məmurlar da...
Öz dəbdəbəli görünüşü, lüks dizaynı və fantastik qiymətləri ilə diqqəti cəlb edən, üstəlik, əslində hansı pullar hesabına tikildiyi, ya da satın alındığı hər kəsə aydın olan bu cür restoranlar, bir qayda olaraq, sadə vətəndaşlar üçün əlçatmazdır.
Beləliklə: hansı məşhur restoran hansı iri məmurumuzundur?
regionxeberlericom.az qaynarinfo-ya istinadən aşağıda bu sualın cavabını araşdırıb.
Müdafiə sənayesi naziri olmuş və ötən il dünyasını dəyişən Yavər Camalov da restoranları ilə tanınırdı. Belə ki, Bakıdakı "Kral Şadlıq Sarayı", "Ambasador" oteli və restoranı, eləcə də "Niaqara" və "Qızıl Tac" restoranları ona məxsus idi.
Azərbaycanlı iri məmurların adlı-sanlı restoranları: hansı dəbdəbəli yer kimindir?
Başqa bir sabiq deputat deputat Fərhad Qəribov da restoranları ilə məşhurdur. Bu yaxınlarda onun paytaxtın "Gənclik" metrosu yaxınlığındakı Atatürk parkında yerləşən "Billur" restoranı sökülsə də, başqa bir adlı-sanlı restoranı - "Şəki" hələ də fəaliyyətdədir.
Bir müddət əvvəl KİV-də yer alan iddialarda bildirilirdi ki, Milli Məclisin üzvü Xanlar Fətiyevin Almaniyada milyonluq restoranı var. Məlumata görə, Berlinin ən mərkəzi küçələrindən (Bakının "Tarqovı” küçəsi kimi) olan Kudam küçəsində (Kurfürstendamm 151 ünvanında) Fətiyevə məxsus bahalı restoran yerləşir. Lakin deputat "Brasil Brasileiro” adlı həmin restoranın ona aid olduğunu inkar edir.
Sabiq vergilər naziri Fazil Məmmədovun da restoranları az deyil. Ona məxsus "Synergy" şirkətlər qrupu investisiyalarının böyük bir bölümü Şəmkir rayonuna yatırıb. Burada nazirin biznes imperiyasına daxil olan çoxsaylı istirahət və iaşə obyektləri arasında "Tut dibi" kafesi, "Borçalı" restoranı, "Annenfeld Pub and Restoran" da var. Bundan başqa, Bakının məşhur və bahalı restoranlarından biri olan "Böyük Saray"ın da F.Məmmədova aid olduğu bildirilir.
1999-cu ildən bu günə kimi səhiyyə nazirinin birinci müavini vəzifəsində çalışan Abbas Vəlibəyovun da bir neçə restoranının olduğu deyilir. Belə ki, onun Bakının Yasamal və Səbail rayonunda restoranları var. Bunlar "Elbaro", "Moon Crown” və "Qrient" restoranlarıdır.
2015-ci ildən paytaxtın Nizami rayonunun icra başçısı işləyən Arif Qasımov isə həmin posta təyin edildikdən bir il sonra Bakının məşhur restoranlarından birini - "Neolit"i alıb.
Bakı rayonlarından daha birinin rəhbəri - Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev də iki adlı-sanlı restoranın sahibidir. Söhbət "Sarı gəlin" və "AQAT" şadlıq saraylarından gedir.
Fövqəladı hallar naziri Kəmaləddin Heydərovun "biznes imperiyası"na da bir çox restoranlar daxildir. Hələ iki il əvvəl məşhur KFC restoranlar şəbəkəsinin sabiq nəqliyyat naziri Ziya Məmmədovdan alınaraq Kəmaləddin Heydərova verildiyi deyilirdi. Ümumiyyətlə, həm Bakıda (məsələn, keçmiş "Çapayev, indiki Təbriz küçəsində), həm Qəbələdə, həm də turistik baxımdan cəlbedici bir neçə digər rayonda Heydərova və ya ona yaxın olan iş adamlarına məxsus restoranların varlığı məlumdur.
İddialara görə, Londonda fəaliyyət göstərən UEI RESTAURANTS LIMITED şirkəti də Heydərovun nəzarətindədir. Bu şirkət İngiltərə paytaxtında fövqəladə hallar nazirinin ailə üzvlərinə məxsus BAKU RESTAURANT-ı idarə edir. Adıçəkilən restoran Londonda kifayət qədər bahalı məkanlardan sayıır. Burda 14 funt-sterlinqdən başlayan qiymətlərlə kabab, 35 funta nərə balığı kababı, hətta 100 funta qara kürüdən dadmaq olar.
Yeri gəlmişkən, Ziya Məmmədov özü də vəzifədə ikən bir neçə dəbdəbəli restorana malik idi. Onlardan biri Bakı Beynəlxalq Avtovagzalı ilə üzbəüz ərazidə tikilmişdi. Obyekt xüsusi zövq və dizaynla təmir olunmuşdu. Ümumi sahəsi 700 kvadrat metr olan restoranın 3 boyuk zalı, 3 kabineti , həyətdə 4 kabineti və acıq verandası var idi.
2015-ci ildə, Ziya Məmmədovun səlahiyyətləri sürətlə əlindən alınmağa başlayanda və prosesin onun "vurulması" ilə yekunlaşacağına heç bir şübhə qalmayanda bu restoran satışa çıxarıldı. Hazırda onun yeni adla və yeni sahibləri ilə fəaliyyət göstərdiyi bildirilir.
Bundan başqa, ona məxsus təmtəraqlı "Nar" restoranı vəzifəsini itirdikdən sonra satışa çıxarılmışdı. Eyniadlı başqa bir restoran Kürdəmir və Ucar rayonlarının arasında yerləşir. Həmin obyektin də Ziya Məmmədova aid olduğu məlumdur. Eks-nazirin Bakıda həmçinin "Karvan" restoranı var.
Xətai rayonunun sabiq icra başçısı, hazırda isə Prezidentinin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışan Razim Məmmədovun da bir neçə restoranının olduğu iddia edilir. Bu yaxınlarda isə onun Novxanı çimərliyində dəyəri bir neçə milyon manatla ölçülən və "Mariana Trench” adlanan yeni restoran inşa etdirdiyinə dair məlumatlar yayılmışdı.
Sumqayıt şəhər İcra Hakimiyyəttinin başçısı Zakir Fərəcov da bir neçə restoranın sahibidir. Onlardan ən məşhuru "Kalyon" restoranıdır. Bu restoran da Xəzərin Novxanı sahillərində yerləşir.
Ötən il isə məlum olmuşdu ki, Baş nazirin müavini Hacıbala Abutalıbovun oğlu restoran açıb. Bildirilirdi ki, İsrafil Abutalıbovun yeni restoranı Biləcəri qəsəbəsində yerləşir. "Adı ''Ətirşah'' olan restoranda müştərilərə spirtli içki, qəlyan çəkmək və söyüş söymək qadağan edilib" – yayılan məlumatda deyilirdi...
Paylaş:
Müəllif : Yazar
Tarix:9-07-2019, 17:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-07-2019, 17:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01