Aqiyə Naxçıvanlı NECƏ QURTULDU? - Ortada suallar var...
Azərbaycan Respubilkası Auditorlar Palatasının Gəncə şəhər Auditor Təşkilatının sabiq direktoru Natiq Məmmədovun 2012-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının maliyyə-təsərrüfat fəaliyyətini yoxlayarkən, filialın sabiq direktoru İsa Veyisovdan 400 min manat məbləğində pul almasına və bu pulu Aqiyə Naxçıvanlıya verməsinə dair KİV-lərdə məlumat yayılıb.
250 min manatı isə Natiq Məmmədovun özü üçün istəməsi və bunu İsa Veyisovun verəcəyi təqdirdə, Aqiyə Naxçıvanlı onu yenidən filiala direktor vəzifəsinə bərpa edəcəyi də xəbərdə qeyd edilib.
Yayılmış məlumatda o da vurğulanıb ki, Aqiyə Naxçıvanlının bu məsələdə adı keçsə də, nə istintaq, nə də məhkəmə zamanı dindirilməyib.
Burada sual oluna bilər ki, "yaddaşlarda ilişib qalanları" niyə indi "ümumiləşdirmək" məcburiyəti yaranıb? 10 il bundan qabaq bu məsələni ictimailəşdirmək olmazdımı?Həqiqətənmi sabiq filial direktorundan 400 min manat alınan pulun Aqiyə Naxçıvanlıya verildiyinə dair istintaq orqanı və ya məhkəmədə əminlik yaransaydı, Aqiyə Naxçıvanlı sorğu-sual edilməzdimi?!
Təfərrüata daha yaxın, qulaq ardına vurulub üstündən keçiləsi, anonim şayələrdən ibarət olan bu xəbərdən sonra yenə də bəzi saytların bu mövzuya qayıtması elementar məntiq üzərindən qəti imkan tədbirində müəyyən fikir söyləməyə əsas yaradır.
Rüşvət və korrupsiyaya qarşı istənilən səviyyədə mübarizə aparılmadığı o zamanlarda, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı İsa Veyisovdan 400 min manatı özü və ya tabeçiliyində olan şəxslərin əli ilə ala bilməzdimi?! Əlbəttə ala bilərdi! Elə isə nə ehtiyac var idi ki, sabiq rektor tanımadığı, tabeliyində olmadığı, qohumluq və tanışlıq əlaqəsi olmadığı auditor təşkilatının sabiq direktoru Natiq Məmmədovun əli ilə məlum məbləği almağa ehtiyac duysun? Təbii ki, yox fikri yetərsay olar!
Və yaxud Aqiyə Naxçıvanlı İsa Veyisovdan 400 min manat pulu Natiq Məmmədovun vasitəçiliyi ilə almışdısa və İsa Veyisovda buna dair əminlik vardırsa, o Natiq Məmmədovdan 2013-cü ildə hüquq-mühafizə orqanlarına şikayət edərdimi?! Onda əminlik olmazdımı ki, Aqiyə Naxçıvanlı onu müdafiə edəcək, filiala təkrar direktor vəzifəsinə qaytaracaq? Olmuş olardı, təbii ki! Belə olan təqdirdə kim təminat verə bilər ki, İsa Veyisov məsələnin nə yerdə olduğuna (aldadıldığına) tam əmin olmadan 2013-cü ildə Natiq Məmmədovdan şikayət etməkdə haqlı olmayıb? Əslində sabiq rektorun o puldan xəbərinin olmamasını yayılmış xəbərin bir cümləsindən müəyyənləşdirmək mümkündür. Belə ki, Aqiyə Naxçıvanlı adı istintaq materialında keçməsinə rəğmən, istintaq orqanına, məhkəməyə gəlməyibsə,əlahiddə fiqur hesab edilə bilərdi. Onda belə bir şəxs İsa Veyisovun verdiyi 400 min manat puluna rəğmən, niyə onu müdafiə etməyib və sabiq filial direktoruna dair pul faktının onu ifşa edə biləcəyindən ehtiyatlanmayıb?! Həqiqətin, məntiqin kimin tərəfində olmasını müəyyənləşdirmək o qədərmi çətindir ki, bəzi saytlar sosial kəşf edirlərmiş kimi, Aqiyə Naxçıvanlının üzərinə heç bir əsas olmadan təkrar-təkrar qayıdırlar?!
Axı ilkin olaraq, qəsdən süni ittiham sübutları ilə təfəkkürləri səfərbər etmək asan olduğu qədər, istənilən şəxsə məntiq və normal analiz üzərindən sonrakı halda bəraət qazandırmaq da çətin deyil. Yəni illuziyalarla, yersiz emosional fikirlərlə tənqid yolunu tutmaq bəzən mətbuat üçün də ictimai rəydə özünü tədriclə nəticələnə bilir.
Gerçəkdənmi Aqiyə Naxçıvanlıya 400 min manat pulun verilməsinə saytlarda əminlik var? Məgər, 400 min manat pul sabiq rektorun adı ilə alınıb "atıla" bilməzdi?! Axı məlum xəbərin özündə Natiq Məmmədovun 2020-ci ildə (yəni 10 il sonra) həbs olunması, onun müxtəlif vaxtlarda - 2014-cü ilin mayında saxta sənədlərlə "Finca Azərbaycan" dan 15 min 600 manat kredit alması, FHN-ə işə düzəltmək adı ilə 5000 manat alıb, məcburiyyətdən bu məbləği geri qaytarması kimi nümunələr var. Bu faktların özü də onun xarakteri haqqında təsəvvür yaratmırmı?! Belə bir şəxs İsa Veyisovu da aldada bilməzdimi?!
Qaldı, Natiq Məmmədovun dediyi kimi, Müəllimlər İnstitutunun Qazax filialı Aqiyə Naxçıvanlının məktubuna əsasən yoxlanılıbsa, demək ki, rektor və direktor arasında zamanla hər hansı "sövdələşmə" olmayıbmış. Elə bunun özü də fikir yürütməyə əsas yaradır ki, Aqiyə Naxçıvanlı o zaman bir çox filiallarda baş verən neqativ halları bölüşmək istəməyib.
FUAD İSGƏNDƏROV
FAKTİNFO.AZ
Paylaş:
Müəllif : Yazar
Tarix:16-03-2022, 09:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |