Süleyman Mikayılovun keçmişi onu bitirir: “Quska”ya sevgi, Talıbova qəzəb
Sovet dönəmində olduğu kimi müstəqillik illərində də rayon rəhbərləri bölgələr üçün “balaca padşahlar”a çevrilib. “Birinci katib” stasusu yalnız ad olaraq dəyişib, forma və məzmunca isə sadə vətəndaş üçün situasiya daha da ağırlaşıb. Eyni zamanda yeni dönəmin “balaca padşahları” öz fəaliyyətləri, müxtəlif olaylar və xobbiləri ilə daha çox təəccübləndirir. Bu yazımızda AzToday.az olaraq artıq karyerasının sonuna çatan Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovla bağlı bəzi məqamlara diqqət yetirəcəyik.
Həyat yolu: musiqi məktəbindən gömrüyə, ordansa…
Süleyman Surxay oğlu Mikayılov 1962-ci ildə aprelin 27-də anadan olub. 1979-cu ildə Naxçıvan şəhər 2 saylı orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.
1979-cu ildə Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb. 1984-1994-cü illərdə Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi rəhbəri, 1994-1995-ci illərdə «Səma» kiçik müəssisəsinin direktoru işləyib. 1995-1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idərənin rəisi vəzifələrində çalışıb. 1999-2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib.
2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı, 2005-2010-cu illərdə isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalşıb. Azərbaycan Respublikası Prezidentinin 4 mart 2010-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse prezidentidir.
İdmançı icra başçısı necə hüquqşünasa çevrildi?
Qaradağ rayon icra hakimiyyətinin başçısının həyat yolu ilə bağlı redaksiyamıza daxil olan informasiyalar kifayət qədər ilgincdir. İcra başçısının 1984-cü ildə Bədən Tərbiyəsi Akademiyasını bitirməsi bir sıra müəmmalara yol açır. Belə ki, yayılan məlumatlara görə, Süleyman Mikayılov bir neçə dəfə Akademiyadan kənarlaşdırılıb. Onun dərslərə dəvamiyyətində və bir neçə dəfə dava etdiyinə görə ali məktəbdən qovulduğu bildirilir. Nəhayət 22 yaşında S.Mikayılov ali məktəbi bitirə bilib. Boksla məşğul olmasına baxmayaraq heç bir əmək fəaliyyəti olmayıb. Bundan sonra isə S.Mikayılov biznes fəaliyyəti ilə məşğul olub. Yalnız regional amillər baxımından o Yardımlı rayonunda icra başçısı təyin edilib. Maddi imkanlarını bir qədər də genişləndirdikdən sonra S.Mikayılov 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hər halda AzToday.az olaraq əlimizdə olan rəsmi tərcümeyi-halda belə yazılır. Apardığımız araşdırmalar zamanı bəlli olub ki, əslində bu icra başçısı Dərdənddə adı bəlli olmayan bir ali məktəbə pulla daxil olub. 2001-ci ildə həmin ali məktəbdə bir il adı tələbə kimi qeyd edilən S.Mikayılov icra başçısı olduğu dönəmdə «perevod» alaraq BDU-nun hüquq fakultəsinin tələbəsinə çevrilib. 42 yaşında BDU-nun məzunu olan icra başçısı tərcümeyi-halına hətta bir zamanlar elmlər namizədi adı da yazdırmaq istəyib. Laki onun bu arzusu hələ də gerçəkləşməyib. Bu mövzu ilə bağlı olaraq da araşdırmalarımız davam edir.
Hər kəs ondan üz çevirdi
Uzun illər Boks Federasiyasının vitse-prezidenti olan S.Mikayılov hər yerdə bu federasiyanın prezidenti olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adından sui-istifadə edib. Bu federasiyada bütün icra işlərini həyata keçirən icra başçısı ilə bağlı çox əhəmiyyətli problem ötən il ortaya çıxıb. Məlum olub ki, Boks üzrə Azərbaycan yığmasının tərkibinin formalaşmasında ciddi yanlışlıqlara yol verilib. S.Mikayılov daha təcrübəli, lakin heç bir himayədarı olmayan boksçuları yığmaya daxil etməyib. Bu məsələ Kəmaləddin Heydərova şikayət edən boksçulardan birinin müraciətinin araşdırılması zamanı agah olub. Bundan sonra isə icra başçısı ilə bağlı olaraq problem yaranıb. Bir neçə dəfə tanınmış dövlət məmurlarının adından istifadə edən icra başçısı hətta YAP funksioneri, millət vəkili Siyavuş Novruzovdan siyasi dəstək istəyib. Hətta onun Nərimanov rayon icra hakimiyyətinin başçısı Abidin Fərzəliyevdən də dəstək istədiyi söylənilir. Məlumatlara əsasən hakimiyyətin yuxarı dairələrində ciddi nifuz problemi yaşayan Qaradağın icra başçısı hələ ki, Nərimanovun icra başçısı himayə etməyə çalışır. Lakin redaksiyamıza daxil olan kifayət qədər ilginc informasiyaya əsasən Səbayel rayon icra hakimiyyəti ilə ciddi problemləri olması üzündən S.Mikayılov ən qısa zamanda işi ilə vidalaşmaq zorunda qala bilər. S.Mikayılovun belə çətin durumu onun idarəetmə sistemindəki problemlərlə bağlıdır.
“Quska”nın adamı olduğuna görə başı dərddədir
Mediada yer alan məlumatlara görə AzToday.az bildirir ki, Mikayılov zatən yaxın günlərdə postunu itirəcək, həm probılem tək bu deyil və başçıya qarşı konkret ittihamlar da var ki, bu da onu həbsə belə apara bilər. Məlumatlı mənbə bildirir ki, Süleyman Mikayılov 4 milyonluq yeyintidə ittiham olunur. Mənbənin söylədikləri: “Zamanında “Quska”nın (Hazırda vergi cinayətlərinə görə həbs olunmuş Hüseyn Abdullayev nəzərdə tutulur -red.) əsas silahdaşı olan Süleyman Mikayılovun Türkiyədən həbs olunaraq Azərbaycana gətirilən Hüseyn Abdullayevlə hansı əlaqələrinin olub-olmadığı, köhnə mehribançılığın hansı səviyyədə olduğu da araşdırılır. Çünki ortada yetərincə şübhəli məqamlar var və bu barədə yerli KİV-də də haqlı olaraq iddialar səslənib ki, Avropada bəzi mühacirlərin başlatdığı söyüş kampaniyasına Bakıdan dəstək verənlər var. Doğrudur, Süleyman Mikayılob birbaşa olaraq belə bir xəyanətkar siyasətə cəlb oluna bilməz. Amma onun Hüseyn Abdullayevlə sıcaq əlaqələrinin olması faktı imkan yaradır ki, Qaradağın RİH başçısından ən azından araşdırma aparılması üçün şübhələnəsən”.
Mənbə iddia edir ki, bütün bu ittiham xarakterli söz-söhbətin fonunda Süleyman Mikayılovun ayağında olan 4 milyonluq yeyinti faktının araşdırılması, onunla bağlı sərt qərarları da gündəmə gətirə bilər: “Bir sözlə, Süleyman Mikayılovun durumu gərgindir. Əgər onun “Quska” ilə hansısa əlaqəsi təsdiqlənərsə, bədəlini ağır formada ödəyəcək”. AzToday.az olaraq xatırladaq ki, həqiqətən də həm AXC-Müsavat iqtidarı və həm də ulu öndər Heydər Əliyevin hakimiyyətinin ilk illərində Süleyman Mikayılovla Hüseyn Abdullayevin yaxın əlaqələri olub. Və hətta Süleyman Mikayılov “Quskanın adamı” kimi də tanınıb. Belə bir şəraitdə Qaradağın rəhbərinin “Quska”ya sədaqət nümayiş etdirə biləcəyi istisna olunmur.
Vasif Talıbovun hədəfində
Vasif Talıbov vəzifəyə gəlməsində yardımı dəymiş S.Mikayılovu indi vəzifədən salmaq üçün əlindən gələni edir: “Bir müddət əvvəl hətta ona Naxçıvanda kiçik bir vəzifə də “ayarlamışdı”. Ölkə rəhbərliyində təmsil olan və qərar vermək gücündə olan bəzi şəxsləri də inandıra bilmişdi ki, Mikayılov ona Naxçıvanda gərəkdir. Sonradan hansısa fövqəladə güc S.Mikayılovu Talıbovun “caynağından” ala bildi. Lakin məsələ yenidən gündəmdədir. Bu dəfə isə daha sərt şəkildə mübarizə gedir. Bundan əvvəl arxasını bərk sayaraq hətta Talıbova qarşı bəzi addımlar atan Süleyman Mikayılovun ayağı yenidən kəndirdədir. Başçı hətta o qədər arxayın düşüb ki, kluarlarda “mən Vasif Talıbova həmişə nifrət etmişəm” deyərək, heç vaxt ona tabe olmayacağını bildirib. Bu səbəbdən də MR rəhbəri daha ciddi-cəhdlə mübarizəyə başlayıb. S.Mikayılovun yaxın günlərdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən alınacağı söhbəti daha sıx danışılmağa başlayıb. Bu dəfə isə onun hər hansı vəzifəyə təyin olunacağı ciddi sual altındadır”.
Bununla bağlı mənbə AzToday.az-a bildirib ki, başçının yerinə təyin ediləcək adamın da adı səsləndirilir. Lakin bununla bağlı daha tutarlı arqumentlər qoyulmadığından kimliyini qeyd etmirik. Sadəcə onun hazırda Milli Məclisdə təmsil olunduğunu deməklə hələlik kifayətlənirik. Məlumata görə, yaxın günlərdə S.Mikayılov haqda çox ciddi informasiyalar mediaya ötürüləcək: “Onun bəzi məclislərdə etdiyi çıxışların səs yazılarının, hansı ki, biz o çıxışlarda nələrin olduğunu hələ bilmirik, üstəlik, yol verdiyi korrupsiya əməllərinin, hətta guya saxta diplomunun olması ilə bağlı məlumatın mətbuatda geniş işıqlandırılması gözlənilir”.
Qeyd edək ki, bir müddət öncə mediada S.Mikayılovun Naxçıvanda yeni vəzifəyə göndərilməsinə hazırlıq getdiyi, lakin onun “Ölərəm, amma Vasif Talıbovun rəhbərliyi altında işləmərəm” deyərək bundan boyun qaçırdığı barədə məlumatlar işıq üzü görmüşdü. Lakin onun hansı səbəblərdən V.Talıbovla çalışmaq istəməməsi haqda heç bir açıqlama verilmirdi.
Paylaş:
Müəllif : Redaktor
Tarix:14-03-2019, 09:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:14-03-2019, 09:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01