reklam
Regionxeberlericom.az » Gündəm » "Azneft" insanların həyatını HEÇƏ SAYIR? - İLGİNC İDDİA

reklam

"Azneft" insanların həyatını HEÇƏ SAYIR? - İLGİNC İDDİA

 "Bildiyiniz kimi "Orion" tipli gəmilər sərnişin daşımaq üçün deyil ki, kimsə (yüksək vəzifəli şəxsin qohumu) ondan " su taksisi" kimi istifadə etsin. Belə ki, "Orion" gəmisi yenə Çilov adası Pirallahı arasında sərnişin daşımaqda davam edir. Düşünürəm ki, buna görə Azneft rəhbərliyi ilə yanaşı, həm də Xəzər Gəmiçiliyi idarəsinə məxsus olan "Orion" gəmisinin kapitanı da cəzalanmalıdır". Bunu Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyinin sədri Mirvari Qəhrəmanlı iradında qeyd edib.

Daha rona tanınmış hüquq-müdafiəçisi öz mövqeyini belə əsaslandırır:

"Ona görə ki:

1.Orion gəmisi yükdaşınması üçün nəzərdə tutulub,sərnişin yox

2.Gəminin göyərtəsini əhatələyən təhlükəsizlik çəpərləməsi yoxdur

3. Sərnişinlərin oturması üçün məkan olmadığına görə sərnişin daşımağa yaramır. və sərnişinlər üçün təhlükə yaradır.

Neftçilər yazır ki, sərnişinləri Orion gəmisinə yerləşdirən İgidəlinin və Daşqın İsgəndərovun qohumu dispeçer Mətləbdir. Əvvəl gəmiyə yük vurur,sonra 12 nəfər insan!

Qeyd: Xəzər Gəmiçlliyi idarəsi tərəfindən bu gəmiyə rəsmi" sərnişin daşıma icazəsi "verilib?"




Hüquq-müdafiəçisinin bu açıqlamasına "Azneft"dən reaksiya verilib. Qurumdan deyilir: "“Orion” tipli gəmilər həm sərnişin və həm də yük daşımaq üçün nəzərdə tutulub. Gəminin texniki pasportunda da bu qeyd olunub. Əgər gəminin istismarı qadağan olmalıdırsa, bunu ilk növbədə nə SOCAR, nə də Gəmiçilik təşkikatına aid olmayan və nəzarət orqanı sayılan Dövlət Dəniz və Liman Agentliyi edə bilər. Gəminin səfərə çıxışına Liman nəzarəti müfəttişi razılıq verirsə, demək gəmi verilən tapşırığı yerinə yetirmək gücündədir".

Qeyd edək ki, qurumun bu açıqlaması da hüquq-müdafiəçisini qane etməyib və etirazını bildirib.




Paylaş:


Müəllif : Tarix:
22-02-2022, 10:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər