“Naxçıvan MR DİN” nağılının qaravəllisi: İfa edir nazir əvəzi Rəşad İsmayılov - Hamam hamam içində...
“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi altında Daxili İşlər Nazirliyində həyata keçirilən köklü islahatlar və Nazirliyin ştat strukturunun real əməliyyat şəraitinə uyğun olaraq yenidən təsdiq olunması daxili işlər orqanlarında idarəçilik və təşkilatçılıq işinin təkmilləşdirilməsinə, orqan və hissələrin qarşısında duran mühüm vəzifə və funksiyaların müasir dövrün tələblərinə uyğun şəkildə icrasına, xidməti və icra intizamının möhkəmlənməsinə əlverişli şərait yaratmaqla polis orqanları əməkdaşlarının üzərinə daha ciddi məsuliyyət qoyub”.
RegionXəbərləri.com Ovqat.com-a xəbər verir ki, bu sözləri Naxçıvan MR Daxili İşlər naziri əvəzi polis mayoru Rəşad İsmayılov dünən keçirdiyi 2021-ci ilin yekunlarına dair iclasda deyib.
(Mənbə: https://www.instagram.com/naxcivan.mr.din/tv/CY1q_9xFOCV/?utm_medium=copy_link)
Sual edə bilərsiniz: Cənab naziri əvəzi böyük bəh-bəhlə öydüyü “struktur islahatları” deyərkən nəyi nəzərdə tutur?
Zənnimizcə, bu suala ən dolğun cavabı saytımızın 23-11-2021 tarixli buraxılışında dərc olunan “Fazil Ələkbərovun sonunu gətirən əlbəyaxa döyüşü: Nazir “Cənab sədr”in səbr kasasını necə doldurdu?” sərlövhəli yazıda tapa bilərsiniz. Yazıda qeyd olunur:
“...Naxçıvan MR DİN-də “nizam-intizam”ı təmin edə bilmədiyinə görə “öz xoşuyla” “gedər-gəlməz” məzuniyyətinə göndərilən Fazil Ələkbərovdan sonra nazirlikdə böyük miqyaslı “struktur islahatları” aparılıb. Nazirliyin bir neçə şöbəsi ləğv edilib və yerinə hər hansı struktur yaradılmayıb. Ləğv edilən strukturlar bunlardır:
Narkotiklərlə mübarizə şöbəsi,
İnsan alveri ilə mübarizə İdarəsi,
Mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi,
Maddi texniki təminat şöbəsi,
Daxili təhlükəsizlik şöbəsi,
Daxili təhqiqatlar şöbəsi,
Təhqiqat şöbəsi,
Xüsusi təyinatlı əməliyyat taboru və s.
Təsəvvür edirsinizmi, Naxçıvan MR DİN-nin nazir əvəzi rəhbəri Rəşad İsmayılov istənilən daxili işlər orqanı üçün “olmazsa olmazlar”dan sayılan struktur vahidlərinin ləğv olunmasını, dolayısıyla qurumun suyu qurumuş dəyirmana çevrilməsini “müasir dövrün tələbləri”, “idarəçilik və təşkilatçılıq işinin təkmilləşdirilməsi” sayır. Halbuki bu strukturlar olmadan DİN də yoxdur. Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikası içərisində dövlət olduğunu, onun DİN-də isə ən mühüm strukturlarının olmadığını nəzərə alsaq, yada uşaq vaxtı dinlədiyimiz nağılların proloqu sayılan məşhur qaravəlli düşür:
“Hamam hamam içində,
Xəlbir saman içində,
Dəvə dəlləklik eylər
Köhnə hamam içində,
Hamamçının tası yox,
Baltaçının baltası yox,
Orda bir tazı gördüm,
Onun da xaltası yox”.
Bu qaravəllidə “hamam” sözünü “dövlət”lə, “hamamçı” sözünü isə “DİN”lə əvəz etsək, daşlar tam yerinə oturar. Həmin “qaravəlli”dən sonra nazir əvəzi Rəşad müəllim öz şirin nağılının sonrakı hissəsinə belə davam edib:
“2021-ci ildə Daxili İşlər Nazirliyi və Prokurorluqda muxtar respublika ərazisində törədilən cinayət hadisələri üzrə 31 cinayət işi başlanaraq istintaqı aparılıb. Baş verən cinayət hadisələrindən 12-si və ya 24,5%-i ehtiyatsızlıqdan törədilən cinayətlər olub. İl ərzində törədilən cinayətlərin açılması 100% təmin edilib, insan alveri ilə bağlı cinayət hadisəsi qeydə alınmayıb. Həmçinin axtarışda olan 2 təqsirləndirilən şəxsin tutularaq istintaq orqanlarına təhvil verilməsi, ümumiyyətlə axtarışda olan şəxslərin tutulması 100% təmin edilib. Hesabat dövründə keçmiş illərdən qapalı qalan 1 cinayət işi üzrə icraat təzələnərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin müvafiq bəndinə əsasən xitam edilib”.
Qeyd edilib ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə dair 2021-ci il ərzində keçirilən tədbirlər nəticəsində 1 cinayət və 18 inzibati fakt aşkar edilib. 2020-ci illə müqayisədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aşkarlanan faktların sayı 2 cinayət, 12 inzibati fakt azalıb. Hesabat ilində daxili işlər orqanları tərəfindən həyata keçirilən profilaktik-maarifləndirmə tədbirləri nəticəsində vətəndaşlar tərəfindən 193 ədəd müxtəlif növ silah, 1 ədəd silah üçün binokl, 1 ədəd minaaxtaran, 1 ədəd metalaxtaran, 1 ədəd siqnalkəsən cihaz, 58 ədəd xəzinə və 8631 ədəd müxtəlif növ döyüş sursаtı könüllü olaraq təhvil verilib.
Rəşad İsmayılov bildirib ki, hesabat ilində dахili işlər оrqаnlаrı tərəfindən 13 min 854 inzibаti prоtоkоl tərtib еdilib. Onlаrdаn 13 min 334-ü yоl hərəkəti qаydаlаrı əlеyhinə оlаn inzibаti хətаlаrа görə dövlət yol polisi əməkdаşlаrı, 438-i pоlis sаhə inspеktоrlаrı, 82-si isə digər xidmətlər tərəfindən tərtib оlunub. 2020-ci illə müqayisədə inzibаti хətаlаra dair protokolların sayı 3523 vahid və ya 20,3% azalıb ki, buna səbəb polisin xidməti fəaliyyətində profilaktikaya geniş yer verilməsi, əhali arasında aparılan hüquqi maarifləndirmə tədbirlərinin davamlı olaraq həyata keçirilməsidir. Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə əməkdaşlar tərəfindən təhsil müəssisələrində müxtəlif mövzularda 434 dəfə profilaktiki söhbətlər aparılıb.
Şəxsi heyət arasında mənəvi-psixoloji durumun yüksəldilməsi istiqamətində görülən işlərdən də bəhs edən Rəşad İsmayılov vurğulayıb ki, xidməti fəаliyyətin yеrinə yеtirilməsində fərqlənən əməkdаşlаrın əməyi qiymətləndirilərək 1146 əməkdаş müхtəlif mükafatlara layiq görülüb.
Məruzə ətrafında Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının komandiri, general-mayor Səlim Niftalıyev, Cinayət Axtarışı İdarəsinin rəisi, polis polkovniki Qasım Həsənov, İctimai Təhlükəsizlik İdarəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis mayoru İman Quliyev, Dövlət Yol Polisi İdarəsinin rəisi, polis mayoru Ayaz Quliyev çıxış ediblər.
İclasda ərazi polis orqanlarının qarşısına dəm qazından zəhərlənmə hallarının qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə qabaqlayıcı profilaktik və maarifləndirici tədbirlərə geniş yer verilməsi, Dövlət Yol Polisi İdarəsinin qarşısına isə taksi fəaliyyəti ilə məşğul olan şəxslərin avtomobillərinin texniki vəziyyətinə, xüsusən nəqliyyat vasitələrinin qış aylarında texniki sazlığına, şəhərdaxili yollarda vətəndaşların piyada keçidlərindən istifadə etməsinə ciddi nəzarət edilməsi tapşırıqları qoyulub.
Sonda qərar layihəsi oxunaraq qəbul edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-01-2022, 12:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |