
“Fəaliyyətim daha güclü şəkildə davam edəcək” – Fuad Abbasov
Bakıda hava Limanının girişində media nümayəndələrinə açıqlama verən F.Abbasov onu dəstəkləyən hər kəsə təşəkkür etdi.
regionxeberlericom.az Musavat.com-a istinadən xəbər verir ki, jurnalist azadlığa çıxmasının onun üçün gözlənilməz olduğunu dedi: "40 gün qapalı vəziyyətdə qaldım. Dünən axşam soruşdurma oldu. Bu sabah gözlənilmədən xəbər çıxdı ki, azadlığa çıxıram”.
F.Abbasov bildirdi ki, dincəlib özünə gələndən sonra mətbuat konfransı keçirəcək: "Baş verən qanunsuzluqlarla bağlı məhkəmə yolu ilə həll edəcəm. Səhhətim qaydasındadır. Heç bir problem yoxdur. 12 gün boyunca aclıq aksiyası oldu. Bundan sonra da jurnalist fəaliyyətim olacaq. Daha güclü şəkildə davam edəcək”.
F.Abbasov media nümayəndələrindən bir neçə gün icazə istəyərək, yaxın zamanda mətbuat konfransı keçirəcəyini bildirdi: "Çox ağır dönəm keçirmişəm. Bir-iki gün icazə verin özümə gəlim, bütün suallarınızı keçirəcəyim mətbuat konfransında cavablandıracam".
Paylaş:
Müəllif : Yazar
Tarix:26-06-2019, 09:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Paylaş:
Müəllif :
Yazar
Tarix:26-06-2019, 09:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 12:52
Dünən, 12:39

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
