"Ombudsman insan hüquqlarını qoruyur, yoxsa məmurların rüşvətini? "
İnsan hüquqları günündə Ombudsman Aparatından qaziyə ittiham
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında “Azərbaycan Respublikasının Konstitusiya Qanunu cəmi 20 maddədən ibarət olmaqla 20 il qabaq - 28 dekabr 2001-ci ildə qəbul olunub. Sözügedən qanunun 1-ci maddəsində müvəkkillik institutunun dövlət və yerli özünüidarə orqanları , vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquq və azadlıqlarının bərpa edilməsi və pozuntuların qarşısısının alınması üçün yaradıldığı doğrulanıb. Müvəkkilin fəaliyyətinin əsaslarından biri 1.9 maddəsində vurğulanıb : “ MÜVƏKKİLİN MƏHKƏMƏLƏRDƏ SÜRÜNDÜRMƏÇİLİK, SƏNƏDLƏRİN İTİRİLMƏSİ və VAXTINDA VERİLMƏMƏSİ, MƏHKƏMƏ QƏRARLARININ İCRASININ GECİKDİRİLMƏSİ İLƏ ƏLAQƏDAR İNSAN HÜQUQLARININ POZULMASINA DAİR ŞİKAYƏTLƏRƏ BAXMAQ HÜQUQU VARDIR”. Bəs Ombudsman niyə bu hüquqdan yararlanmır, əvəzində aparat rəhbəri onlarla illərdir məhkəmə qərarının icra olunmaması ilə bağlı hüquqları pozulan şəxsi İTTİHAM EDİR?!
Xətai məhkəməsinin 26.05.2009 və 21.06.2011 tarixli 2 qətnaməsi ilə 1-ci dərəcəli Qarabağ qazisinə verilən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev -10-dakı qeyri-yaşayış sahəsini borclu dövlət orqanları – Nizami RİH, ƏMDK, Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələri mütəşəkkil cinayətkar dəstə şəklində saxta şəhadətnamə ilə ələ keçirib, məhkəmə qərarından 2 il sonra qondarma şəxsin (öncə həmin ünvandakı “Kapitalbank”ın Nizami filialının, bank bunu yalanlayanda isə 14 yaşlı uşağın) adına sənədləşdirib satıblar. Qarabağ qazisi əlində məhkəmə qərarı olduğu halda, əmlakından yararlana bilmir. Ombudsmanın birbaşa səlahiyyətlərinə aid olsa da, hüquqpozucu dövlət orqanlarının qeyri-prosessual basqısı altında nəinki tədbir görülməsini, vətəndaşın hüququnun bərpasını təmin edir, əksinə, onu ittiham edir! (?) Belə insan hüquqları müvəkkilliyi olar? Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı 10 il qabaqkı “ittiham aktı”na görə xüsusi ittiham qaydasında məhkəməyə çəkilməsindən dərs almayıb, deyəsən. Ümumdünya insan hüquqları günündə A. Səfixanlı Xətai məhkəməsinin 26.05.2009 tarixli qətnaməsi üzrə icra sənədinin bu vaxtadək icra olunmaması barədə Ombudsmana şikayətə cavab olaraq bildirib ki, Ədliyyə Nazirliyinə sorğu göndərilib və nəticəsi barədə şikayətçiyə 05.05.2020 tarixli (yəni 1 il 7 ay qabaq -M. B.) məktubla cavab verilib. Təkrar ərizəyə isə 28.07.2020-ci ildə (1 il 5 ay qabaq – M.B.) cavab verilərək “Ombudsman haqqında” qanunun 11. 1.5 maddəsinə əsasən, təkrar şikayətdə yeni məlumatlar, faktlar, sübutlar olmadıqda həmin şikayətə Ombudsman tərəfindən baxılmadığı bildirilmişdir. Bu cavabın insan hüquqlarına tüpürməkdən özgə, hüququ pozulan şəxsə ittiham yetkisi bağışlaması göz önündədir. Təsəvvür edin, vətəndaş 13 ildir məhkəmə qərarının icrasını tələb edir, ombudsman isə aparat rəhbərinin köhnə tarixə cavabları ilə hüququ “bərpa edir”?! Ümumiyyətlə, Ombudsman Aparatı rəhbərinin insan hüquqlarının pozulması barədə şikayətlərə baxmaq hüququ yoxdur. Belə çıxır, Aydın Səfixanlı sözügedən hüquq pozuntusunda maraqlıdır və şikayəti Müvəkkildən gizlədir. Bu isə Müvəkkilin fəaliyyətinə maneə deməkdir və “Ombudsman haqqında” qanunun 20-ci maddəsinə əsasən, məsuliyyət yaradır. Dəhşətə baxın, qanunun 17-ci maddəsinə uyğun olaraq, Müvəkkilin fəaliyyətinin hüquqi, təşkilati, elmi – analitik , informasiya , maddi -texniki, maliyyə və təsərrüfat təminatının həyata keçirilməsi üçün yaradılan aparat (rəhbəri) onun fəaliyyətinə şikayəti gizlətməklə mane olur! (?) Onu da vurğulayaq ki, Aydın Səfixanlının “təkrar şikayətdə yeni məlumatlar olmaması” haqqında ittihamları da heç bir məntiqə sığmır və tam əsassızdır. Birincisi, şikayətdən sonra da məhkəmə qərarının icrası təmin edilmirsə, bu elə yeni fakt, sübutdur. İkincisi, şikayətdə 26 may 2009 və 21.06.2011 tarixli 2 məhkəmə qərarının icra olunmaması vurğulanıb. Ombudsman Aparatının qeyri-prosessual marağı 21.06.2011 tarixli qətnaməni və onun əsasında verilən 22.07.2011 tarixli icra vərəqəsini görməzliyə gətirib. Baxın, məhkəmələrdə süründürməçilik , sənədlərin itirilməsi və vaxtında verilməməsi, məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulması barədə şikayətə “baxan” aparat rəhbəri özü süründürməçilik edir, sənədləri gizlədir, icranın təmin olunması üçün ombudsmanın səlahiyyətlərindən və hüququndan yararlanmasına mane olur. Belə müvəkkil xidməti qarşılığında, əlbəttə, korrupsiya çiçəklənər.
Məğrur Bədəlsoy
P . S. Ombudsmanın diqqətinə Aydın Səfixanlının gizlətdiyi , görməzliyə vurduğu Xətai məhkəməsinin (hakim İlqar Əliyev ) 22. 07.2011 tarixli icra sənədini bir daha “yeni fakt, sübut” kimi çatdırırıq :” Xətai rayon məhkəməsi 21.06.2011-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və qeyrilərinə qarşı “qətnamənin icrasına mane olduqlarına görə məsuliyyətin müəyyən edilməsi və Nizami rayonu, Bəhruz Nuriyev 10a ünvanında boş olan yerin istifadəsinə verilməsi” tələbinə. .baxaraq qərara aldı : İddia qismən təmin edilsin. Xətai məhkəməsinin 26.05.2009 tarixli 2 (011)-451 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin Bəhruz Nuriyev -10-da davam etdirilməsi Xətai və Nizami icra şöbələrinə həvalə edilsin.
Məğrur Bədəlli
Paylaş:
Müəllif : Fuad
Tarix:11-12-2021, 09:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |