BŞİH qanuna, Konstitusiyaya qadağa qoyub
Eldar Əzizov Hacıbala Abutalıbovun qanunsuzluqlarını “uğurla” sürdürür
Hacıbala Abutalıbovun Bakı şəhəri icra hakimiyyətinin (BŞİH) başçısı olanda özbaşınalıq o həddə idi ki , vətəndaşların Konstitusiya ilə doğrulanan hüquq və azadlıqlarına sərəncamla qadağa qoyulmuşdu. Əlbəttə, söhbət sıradan vətəndaşlardan gedir, məmur – oliqarxların hətta sərəncamla İçərişəhəri, Qız Qalasını söküb – dağıtmaq hüququ varmış ! (?) Qarabağ qazilərinə qaraj, xırda sahibkarlıq köşkünün ayrılmasına belə “rüşvət prizmasından baxan” şəhər başbilənlərinin illərdir əlilliyi olan şəxslərin hüquqlarına qoyduğu qadağalar hələ də sürür. Hacıbala Abutalıbovun qoyduğu rüşvət qaydaları , qanunsuz sərəncamlar hələ də insan hüquq və azadlıqlarının pozulmasına əsas verir. Eldar Əzizov da xalqa, sakinlərə, əlil-qazilərə qarşı sələfinin “qanun(suz)-qayda(sız)” “döyüş” metodlarından , sərəncamlarından yararlanır.
“Əlillərin sosial müdafiəsi haqqında” qanunun tələbinə görə, 1-ci dərəcəli əlillərə və müharibə əlillərinə qaraj tikintisi üçün torpaq sahəsinin ayrılması görəvi icra hakimiyyəti orqanlarının üzərinə qoyulub. Lakin rayon, şəhər icra hakimiyyəti başçıları uyğun aktı imzalamaqdan imtina edir ki, BŞİH başçısının 25 il qabaq imzaladığı sərəncamla qanuna qadağa qoyulub. Savaş əlili, qazisi on illərlə bu yekəlikdə icra hakimiyyəti dəllalarına başa sala bilmir ki, hansısa mərkəzi, yerli icra hakimiyyəti orqanı Konstitusiyaya, qanuna qadağa qoya bilməz! Gözünüzün önünə məmur özbaşınalığının nə həddə olduğunu gətirin, əlilliyi olan şəxs qaraj , kiçik sahibkarlıq obyekti tikməyə torpaq sahəsi istəyir, BŞİH-in keçmiş şöbə müdiri (İlqar Əliyev) , RİH-in 1-ci müavini (icra başçısı heç vaxt vətəndaş müraciətlərinə cavab vermir -M. B. ) cavab verir ki, BŞİH başçısının 30.12.1997-ci il tarixli 1417 saylı sərəncamı ilə “memarlıq tələbləri baxımından kiçik ölçülü, şəhərin görünüşünə xələl gətirən, əyri-üyrü köşklərin quraşdırılmasına, tikintisinə icazə verilməsi dayandırılıb” . Bəyəm əlil – qazi vətəndaş öncədən özü kimi “əlil” obyekt tikəcəyini bildirir? Bir də, axı, icra hakimiyyətinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinə yiyələnməsi hansı qanunda yazılıb? Necə olur, qazi və şəhid ailələrinə tikilən evi zəbt edib, yerində icra hakimiyyətinin “yekəpər məmur-oliqarxları”nın tikdikləri kommersiya obyektləri, villalar “yekə olduğuna” görə qanuni sayılır, amma əlillərə xırda çörək - dərman pulu obyekti də çox görülür? Dəyişən məmur adlarıdır, BŞİH-in keçmiş şöbə müdirinin cavabını indi Aparat rəhbəri Elgün Həbibullayev , 1-ci müavin Şahmar İbadovu Yusif Sadıqov təkrarlayır, nə dəyişib ki? Amma ,”ədalət” adına deyək ki, İqtisadiyyat Nazirliyinin müraciətinə Elgün Həbibullayev “yumşalıb” və qadağanın şəhərin baş planının yenidən hazırlanması ilə bağlayaraq, işlər yekunlaşdıqda qazinin müraciətinə yenidən mahiyyəti üzrə baxıla biləcəyini vurğulayıb. Nərimanov RİH -in yeni 1-ci müavini Yusif Sadıqov isə sələfi Şahmar İbadovun qadağasının hələ də 24 il qabaqkı BŞİH başçısının sərəncamı ilə “qüvvədə olduğunu” və ümumiyyətlə heç vaxt qazinin qanuni hüququnun təmin edilməyəcəyini qətiləşdirib . (?) Onu da vurğulayaq ki, tikintiyə və memarlıq qaydalarına səlahiyyətli qurum -Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəhbərliyi də BŞİH-ə, RİH-ə qanunvericiliyin tələblərinə əməl etməyə məktub versə də, hələ də icra hakimiyyətlərində Prezident fərmanının, qanunun, Konstitusiyanın BŞİH-in sərəncamından aşağıda olması “əsas qanundur”. İcra hakimiyyəti məmurları Torpaq Məcəlləsini, “Torpaq islahatı haqqında” , “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” , “Hərbi qulluqçuların statusu haqqında” qanunun maddələrini qazi və şəhid ailələrinə, hərbi qulluqçulara tətbiq etməkdən imtina edirlər . Ən yaxşı halda, bələdiyyədən hərrac yolu ilə torpaq sahəsi almağı “qanuniləşdirən” icra hakimiyyəti başçılarının müavinlərinin, deyəsən, “Hərbi qulluqçuların statusu haqqında” qanunun 12-ci maddəsindən də xəbərləri yoxdur. Sözügedən maddədə Qarabağ əlillərinin ( və s.) fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə növbədənkənar, özü də pulsuz təmin olunmaları , mənzil hüququ, bu hüququ pozan İCRA HAKİMİYYƏTİ BAŞÇISINA QARŞI MƏHKƏMƏDƏ İDDİA QALDIRMAQ və ZƏRƏRİN ÖDƏNİLMƏSİNİ TƏLƏB ETMƏK HÜQUQU DOĞRULANIB. Bəlkə bu hüquqa da BŞİH sərəncamla qadağa qoyub?
Görünən budur ki, nə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, nə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi BŞİH-in və rayon icra hakimiyyətlərinin Konstitusiyaya, qanuna, Prezident fərmanına, NK qərarına Hacıbala Abutalıbovun 30.12.1997-ci il tarixli sərəncamından aşağıda “baxmasına” son qoymaq gücündə deyil. Baş prokurorluqdan, Ombudsmandan, Ədliyyə Nazirliyindən heç danışmağa dəyməz, “səlahiyyətləri xaricindədir”. Başçının sərəncamını yalnız yeni başçı (Eldar Əzizov) ləğv edə bilər ki, o da ləğvetmədə maraqlı görünmür. Axı, qazilərə çörək , dərmanpulu köşkünə razılıq versə, özünün “sərəncam haqqı” , “çörəyi” əldən çıxacaq. Ümid qalır məhkəməyə. Məhkəmə (hakimiyyəti) də yox (dur). ..
“Yox”un -məhkəmənin üzü qara olsun!
Məğrur Bədəlsoy
Paylaş:
Müəllif : Fuad
Tarix:23-11-2021, 19:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:23-11-2021, 19:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01